Əlaqə
Tez-tez verilən suallara cavablar
Onlayn ərizə yazmaq xidməti ilə bağlı istifadəçilərimizin ən çox maraqlandığı sualları topladıq və sizin üçün cavablandırdıq.
İXM 529.3-cü maddənin qeyd hissəsinə əsasən, İXM 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
Yəni, cəriməni ödədiyiniz halda məsuliyyətdən azad olunursunuz.Lakin bunun üçün hüquqi(maddələrə istinad edərək) və faktiki(ödəniş qəbzlərini təqdim edərək) əsaslarla birgə ərizə ilə müraciət etməlisiniz. Ərizə bizim sistemdə mövcuddur. İstifadə edə bilərsiniz.
İXM 529.3-cü maddənin qeyd hissəsinə əsasən, İXM 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yəni, cəriməni ödədiyiniz halda məsuliyyətdən azad olunursunuz. Lakin bunun üçün hüquqi(maddələrə istinad edərək) və faktiki(ödəniş qəbzlərini təqdim edərək) əsaslarla birgə ərizə ilə müraciət etməlisiniz.
Müvəqqəti Təminat Tədbiri məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi zaman, iddia üzrə mübahisə həll olunanadək həmin mübahisə üzrə müvəqüəti qəbul olunan qərardır.
Məsələn: Uşaqla görüş günləri əldə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edirsiniz, lakin məhkəmə işə təxminən 3 ay ərzində baxacaq, siz MTT ilə məhkəməyə müraciət edərək, məhkəmədə iddianıza baxılıb qərar qəbul olunanadək uşaqla müvəqqəti görüş hüququ əldə edə bilərsiniz. MTT-lərin qüvvədə olmad müddəti 1 aydır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinəya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər.
Bu mümkün olmadıqda, Boşanmaq üçün 60 AZN mediasiya, 50 AZN isə məhkəmə rüsumu nəzərdə tutulub. Yəni, boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 110 AZN rüsum ödəyir.
Sistemdə mövcud olan bütün ərizələr üçün vahid 10 manat qiymət təyin edilmişdir. Sistemdən mütəmadi istifadə edən vətəndaş, hüquqşünas və vəkillər üçün paketlər mövcuddur. Bu paketlər vasitəsi ilə ərizələri daha ucuz qiymətə hazırlaya bilərsiniz.
Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də boşanma zamanı alimentin minimum məbləği deməkdir.