Məhkəməyə necə müraciət edə bilərəm

Məhkəməyə müraciət zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun iddia ərizəsi, ərizə, şikayət hazırlanmalıdır. Həmin ərizələr qanunvericiliyin müvafiq maddələrinə uyğun olmadıqda məhkəmələr tərəfindən ərizələrin qəbul edilməsindən imtina edilə bilər. İmtina halları baş verdikdə də yenidən müraciət üçün uzun bir müddət gözləməli olursunuz. Ərizələrdə həm hüquqi hallar, həm də faktiki hallar ətraflı şəkildə və qanuna müvafiq qeyd olunmalıdır. Ailə mübahisələrində isə məhkəmədən əvvəl mediasiya prosesindən keçmək tələb olunur. Mediasiyaya da müraciət üçün müvafiq ərizə forması mövcuddur(mediasiya ilə bağlı ərizələri saytımızda ödənişsiz hazırlaya bilərsiniz.) Qanunvericiliyin müvafiq maddələrinə uyğun ərizələri Erizem.az-da özünüz, heç bir hüquqi biliyə sahib olmadan hazırlaya bilərsiniz.

İddia ərizəsini özüm necə hazırlaya bilərəm

Ərizə, iddia ərizəsi, şikayət hazırlamaq üçün Erizem.az veb saytının şəxsi kabinet bölməsinə daxil olub hesab yaradaraq istənilən növ ərizəni(məsələn boşanmaq üçün ərizə, aliment tələbi ilə bağlı ərizə, pul tələbi ilə bağlı ərizə) özünüz, heç bir hüquqi biliyə sahib olmadan, heç bir hüquqşünasın köməyi olmadan cəmi 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Bütün ərizələrin qiyməti 10 Azn təşkil edir. Nəzərə almaq lazımdır ki, hal-hazırda ölkədə ərizələrin hazırlanması üçün minimal qiymət 50-60 manat təşkil edir. Həmin qiymətlərə yol xərcləri, əlavə vaxt itkisini də nəzərə alsaq Erizem.az-da cəmi 10 manat ödəməklə evinizi tərk etmədən ərizə hazırlamaq imkanı mövcuddur. Həmçinin şəxsi kabinetdə dəstək bölməsindən istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə etmə imkanınız da mövcuddur. Ərizə hazırlamaq üçün heç kimlə görüşmək, zənglə danışmaq, mesajlaşmaq lazım deyil. Sistem tərəfindən əvvəlcədən hazırlanmış suallara cavab verməklə ərizənizi qısa müddət ərzində özünüz hazırlaya bilərsiniz. Ərizə hazırlamaq cəmi 3 dəqiqə vaxtınızı alacaq.

Hazırladığım ərizəni kağız formatda necə əldə edə bilərəm

Ərizənizi hazırladıqdan sonra şəxsi kabinetdə mövcud olan Ərizələrim bölməsindən ərizənizi telefon və ya kompüterinizə yükləyərək istənilən çap yerində çap edərək məhkəməyə təqdim edə bilərsiniz. Həmçinin hazırladığınız ərizələr saytda qeydiyyatdan keçdiyiniz zaman qeyd etdiyiniz e-poçtunuza da göndərilir.

Ərizəmə hansı sənədlərin əlavə olunmasını necə öyrənə bilərəm

Hazırladığınız hər bir ərizənin qoşma hissəsində(ən alt hissədə) həmin ərizə üçün lazım olan sənədlərin siyahısı qeyd olunur. Həmin sənədləri toplayaraq sistemdə hazırladığınız ərizəni məhkəməyə təqdim edə bilərsiniz. Bir müddət sonra hazırladığınız ərizələr məhkəmələrə avtomatik qaydada yönləndiriləcəkdir. Hal-hazırda isə ərizənizi sistemdə hazırladıqdan sonra özünüz çap edərək məhkəməyə təqdim etməlisiniz.

Sistemi ödənişsiz yoxlaya bilərəm

Bəli. Sistemdə hal-hazırda mediasiya üçün ərizələr ödənişsizdir. Mediasiya üçün ərizə hazırlayaraq sistemin necə işlədiyini öyrənə bilərsiniz.