1. Ümumi məlumat

1.1. Bu razılaşma Erizem.az veb saytında qeydiyyatdan keçmiş istifadəçilər (bundan sonra “İstifadəçi”) üçün nəzərdə tutulub.

1.2. İstifadəçi hesab yaratdığı andan razılaşmanın bütün bəndlərini qəbul etmiş hesab olunur.

1.3. Razılaşmanın bəndləri istənilən zaman Erizem.az tərəfindən xəbərdarlıq edilmədən dəyişdirilə, ləğv edilə və ya əlavə oluna bilər.

1.4. Razılaşmaya yalnız dəstək bölməsi vasitəsilə müraciət göndərilməklə və hesabın silinməsi ilə xitam verilə bilər.

2. Şəxsi məlumatların qorunması

2.1. Qeydiyyat zamanı təqdim etdiyiniz şəxsi və məxfi məlumatlar yalnız Erizem.az sistemində saxlanılır və üçüncü tərəf şəxslərə verilməz.

2.2. Məlumatlar gələcəkdə kampaniyalar və bildirişlər üçün istifadə edilə bilər.

3. Ödəniş və ərizələrin geri qaytarılması

3.1. Ödəniş yalnız sistemin təqdim etdiyi ərizələrin müvafiq qanunvericiliyə uyğun tərtib edilməməsi hallarında geri qaytarıla bilər.

3.2. Ödənişin geri qaytarılması tələbi məhkəmə qərardadının tarixindən etibarən 15 gün ərzində mümkündür.

4. Fraud və saxta hesablar

4.1. Erizem.az hesabı fraud (bir şəxs tərəfindən bir neçə hesab yaradılması və s.) hesab etdikdə, balansda qalan məbləği geri qaytarmadan hesabı sistemdən silmək hüququna malikdir.

4.2. Fraud hallarında əvvəlcədən xəbərdarlıq tələb olunmur.

5. IP və təhlükəsizlik

5.1. Sistemə daxil olarkən bütün IP məlumatlarınız qeydə alınır və digər şəxslərin hesabınıza girişinə görə Erizem.az məsuliyyət daşımır.

6. Hesabın təsdiqi

6.1. Qeydiyyat zamanı e-poçt və ya mobil nömrəyə gələn təsdiq kodunu daxil edən İstifadəçi razılaşmanın bütün bəndlərini qəbul etmiş hesab olunur.

7. Ərizələrin idarəsi

7.1. Hesabda yaradılan ərizələr avtomatlaşdırılmış rejimdə e-poçt ünvanınıza göndərilir.

7.2. Erizem.az istənilən zaman xəbərdarlıq etmədən ərizələri sistemdən silmək hüququnu saxlayır.

7.3. Səhv cavabla yaradılan ərizələrə görə məsuliyyət İstifadəçiyə aiddir, amma redaktə imkanı mövcuddur.

8. Ödəniş məlumatları

8.1. Erizem.az heç bir halda ödəniş, bank və kart məlumatlarını saxlamır.

8.2. İstifadəçinin ərizələrdən imtina etməsi və ya istifadə etməməsi ödənişin geri qaytarılmasına təsir etmir.

9. Hesab məlumatları

9.1. Hesab məlumatlarının üçüncü şəxslərlə paylaşılmasına görə məsuliyyət İstifadəçiyə aiddir.

9.2. Sistemə daxil olarkən bütün hesablar üzrə IP-lər qeydə alınır.

10. Şifrə bərpası

10.1. Şifrəni itirdikdə “Şifrənin bərpası” bölməsindən qeydiyyatda olan nömrə vasitəsilə bərpa etmək mümkündür.

10.2. Nömrə əlçatan olmadıqda və ya ölkə xaricində olduqda yalnız WhatsApp aktivdirsə yeni şifrə göndərilə bilər.

11. Digər şərtlər

11.1. Hazırkı razılaşmada nəzərdə tutulmamış şərtlər və vəziyyətlər fərdi qaydada tənzimlənir.

11.2. İstifadəçi razılaşmanın bütün bəndləri ilə tanış olduğunu və onları tam qəbul etdiyini təsdiqləyir.