Bu Razılaşma https://erizem.az veb saytında (bundan sonra Erizem.az) qeydiyyatdan keçmiş şəxs (bundan sonra İstifadəçi) tərəfindən qəbul edilmiş hesab olunur.
Müqavilənin bəndləri istənilən vaxt, əvvəlcədən xəbərdarlıq edilmədən Erizem.az tərəfindən dəyişdirilə, ləğv edilə və ya onlara əlavələr edilə bilər.
İstifadəçi müqaviləyə yalnız saytın dəstək bölməsi vasitəsilə müraciət göndərməklə və hesabını silməklə xitam verə bilər.
Müqavilənin əsasları Qeydiyyat zamanı təqdim etdiyiniz şəxsi və məxfi məlumatlar (bundan sonra şəxsi məlumatlar) üçüncü tərəflərə verilməmək şərti ilə sistemimizdə saxlanılır və gələcəkdə kampaniyalar və bildirişlər üçün istifadə oluna bilər.
Ödəniş qaydaları Ödəniş yalnız o halda geri qaytarılır ki, sistemin təqdim etdiyi ərizə (iddia ərizəsi, vəsatət, şikayət, etiraz və müqavilə — bundan sonra ərizə) müvafiq qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə görə məhkəmə qərardadı ilə geri qaytarılsın və həmin qərardad dəstək bölməsi vasitəsilə bizə göndərilsin.Ərizənin qanunvericiliyə uyğun tərtib olunmaması məhkəmə qərardadı ilə təsdiqlənərsə, ödəniş geri qaytarılır. Ödənişin geri qaytarılması üçün müraciət müddəti məhkəmə qərardadının tarixindən etibarən 15 gündür.
Fraud hesablar Erizem.az fraud hesabları (eyni şəxsin müxtəlif kampaniyalardan yararlanmaq üçün bir neçə dəfə qeydiyyatdan keçməsi və s.) aşkarladığı halda, balansdakı istifadə olunmamış məbləği geri qaytarmadan həmin hesabı silmək hüququna malikdir.Erizem.az istifadəçiyə fraud hesabla bağlı əvvəlcədən xəbərdarlıq etmək öhdəliyinə malik deyil. Saxta hesab eyni şəxs tərəfindən yaradılan birdən çox hesab kimi qəbul edilir.
Texniki və hüquqi məsuliyyət
Erizem.az sistemə daxil olarkən bütün IP məlumatlarınızı qeydə alır və başqa IP ünvanlarından edilən girişlərə görə məsuliyyət daşımır.
Hesab məlumatlarının üçüncü şəxslərə verilməsi nəticəsində şəxsi məlumatların yayılmasına görə məsuliyyət istifadəçiyə aiddir.
Qeydiyyat təsdiqi İstifadəçi qeydiyyat zamanı e-poçt ünvanına və ya mobil nömrəsinə göndərilən kodu təsdiqlədiyi andan bu Razılaşmanın bütün bəndlərini oxumuş və qəbul etmiş hesab olunur.
Ərizələrin idarə olunması
İstifadəçi tərəfindən yaradılan ərizələr avtomatik olaraq qeydiyyat zamanı göstərilən e-poçt ünvanına göndərilir.
Erizem.az ərizələri istənilən vaxt xəbərdarlıq etmədən sistemdən silmək hüququnu saxlayır.
Sistem suallarına səhv cavab nəticəsində yaranan yanlış ərizələrə görə Erizem.az məsuliyyət daşımır. Ərizələrdə redaktə imkanı mövcuddur.
Ödəniş və kart məlumatları Erizem.az heç bir halda ödəniş, bank və kart məlumatlarını sistemdə saxlamır.
İmtina və ödənişin qaytarılmaması İstifadəçinin ərizədən imtina etməsi, müvafiq orqana müraciət etməməsi, işin baxılmamış saxlanılması və ya ümumiyyətlə ərizədən istifadə etməməsi hallarında ödəniş geri qaytarılmır.
Hesab təhlükəsizliyi Hesab şifrəsi itirildikdə, şifrəni yalnız qeydiyyat zamanı göstərilən nömrə vasitəsilə bərpa etmək mümkündür. Əgər istifadəçi ölkə xaricindədirsə və həmin nömrənin WhatsApp hesabı aktivdirsə, yeni şifrə yalnız WhatsApp vasitəsilə göndərilə bilər.
Əlavə şərtlər Bu Razılaşmada nəzərdə tutulmamış digər şərtlər və hallar ayrıca qaydada tənzimlənir.
Təsdiq İstifadəçi təsdiqləyir ki, bu Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları tam şəkildə qəbul edir.