Categories
Ərizələr

Pul tələbi iddia

Borca verdiyiniz pulu geri qaytarmırlarsa, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək borcun ödənilməsini tələb edə bilərsiniz. Ərizəni Erizem.az ilə hazırlayıb, məhkəməyə təqdim edə bilərsiniz. Belə ki, Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi, habelə pul tələbinə dair iddia ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Vətəndaşlar borca pul versələr də, sonradan həmin pullarını geri ala bilmirlər. Bir şəxs digər şəxsə şifahi və ya yazılı müqavilə bağlamaqla borc verə bilər. Əgər borcun məbləği 3000 manatdan çox olarsa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu halda tərəflər, yəni borcverən və borcalan notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlayırlar. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət nəzərdə tutulmamışdırsa, borcun qaytarılmasını istənilən vaxt tələb edə bilərsiniz.

Borc qaytarılmadıqda pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edə bilərsiniz. İddia cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Məhkəməyə müraciət üçün iddia müddəti 3 ildir. Tələbiniz qiymətləndirilən iddia tələbinə aid olduğuna görə iddia tələbi 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 1000 manatdan yuxarı olduqda isə dövlət rüsumunun məbləği də artır.

Borc müqaviləsi şifahi qaydada bağlandıqda borcun verilməsini məhkəmədə votsap yazışmaları (mesajlar, səs yazıları), şahid ifadələri, borverən və borcalan arasında borcla bağlı hər hansı bir sənədlə sübut edə bilərsiniz.

Pul tələbinə dair iddia ərizəsi

Borca pul verdiyiniz şəxs pulunuzu geri qaytarmırsa, “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu geri ala bilərsiniz. Bunun üçün iddia ərizəsi ona əlavə edilən sənədlərlə birgə qarşı tərəfin qeydiyyat yeri üzrə məhkəməyə təqdim olunmalıdır. Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün erizem.az saytına daxil olub şəxsi kabinet yaradaraq müvafiq iddia ərizəsini özünüz hazırlaya bilərsiniz.

Pul alıb qaytarmamaq

Borcalan borcu (həmçinin hesablanmış faizləri) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmağa borcludur. Əks halda pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnuz vardır.

Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin hesabına mədaxil edildiyi gün hesab olunur.

Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər.

Borcalan aldığı borcu qaytarmadıqda bununla bağlı borcverən iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həm əsas borcu, həm də faizləri tələb etmək hüququna malikdir.

Borc götürmək

Əgər biri sizdən borc götürürsə, yazılı şəkildə borc müqaviləsi bağlamağınız və onu notarial qaydada təsdiq etdirməyiniz tövsiyə olunur. Əgər borc müqaviləniz yoxdursa, ödəniş qəbzləri, borcla bağlı votsap yazışmalarını sübut kimi qiymətləndirilir. Sizdən borc götürən şəxs borcunuzu geri qaytarmazsa, iddia ərizəsi ilə məhkəməyə müracit edərkən həmin sübutlardan istifadə etməyiniz məsləhətdir.

Borcumu ala bilmirəm

Birinə borc verərəkən şifahi və ya yazılı formada borc müqaviləsi bağlaya bilərsiniz. Əgər birinə borc vermisiniz və pulu geri ala bilmirsinizsə, məhkəmədə pul tələbinə dair iddia qaldırın. Əgər boralanın sizi aldatdığını və ya etibarınızdan sui-istifadə etdiyini hesab edirsinizsə və buna dair sübutlarınız varsa, polis orqanına müraciət edə bilərsiniz. Sizdən borc alanın əməlində cinayət tərkibi olmaqda, məsuliyyətə cəlb edilə bilməz. Bu zaman pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu tələb edə bilərsiniz.

Borc alıb qaytarmamaq

Sizdən borc alan şəxs sizə olan borcunu borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır.

Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borc qaytarılmadığı halda polis orqanına və ya məhkəməyə müraciət edərək borcunuzu tələb edə bilərsiniz.

Borca görə həbs

Belə ki, əgər siz borcalan tərəfindən aldadılmısınızsa, borcalanın sizə olan borcunu qaytarmaq niyyəti yoxdursa və bu da sübutlarla öz təsdiqini tapırsa, borcalan sizə qarşı dələduzluq etdiyi üçün bu halda cinayət məsuliyyəti daşıya bilər.

Əgər borcun tələbi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmisinizsə və məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul edibsə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verilməmişdirsə, tələb icraya yönəlir. Boralana borcun könüllü ödənilməsi üçün 10 gün müddət verir. Həmin müddətdən sonra icra məmuru məcburi icra tədbirləri görə bilər. Lakin siz borca görə həbs edilə bilməzsiniz.

Lakin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə -2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Borca görə cinayət işi

geri qaytarmazsa, bu zaman borcun geri qaytarılması üçün ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz. Əgər həmin şəxsin əməlində dələduzluq əməlinin olduğu aşkarlanarsa və bu, sübuta yetirilərsə, o zaman borcalan cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər sübuta yetirilməzsə, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı tərəfdən borc məbləğini tələb edə bilərsiniz.

Əgər məhkəmə pul tələbinə dair iddianız üzrə iddia tələbinizi təmin edərsə, bununla bağlı qətnamə çıxarır və qətnamə qüvvəyə mindikdən sonra icraya yönəlir. Borclu şəxs həmin qətnaməni icra etmədiyi halda inzibati və cinayət məsuliyyəti daşıya bilər.

Pul tələbinə dair qətnamə

Mülki Prosessual Məcəlləyə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə – 2 ay; ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə – 3 ay; digər mübahisələrə (pul tələbi və s.) dair işlərə – 4 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad qəbul olunmalıdır.

Borca görə məhkəmə

Borcalandan pulunuzu geri tələb etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Bunun üçün iddia müddəti 3 ildir. Məhkəmə üçün dövlət rüsumunun məbləği borc məbləğindən asılı olaraq artır. Əgər tələb olunan borcun məbləği 1000 manatadək olarsa, dövlət rüsumunun məbləği 30 manat təşkil edəcək. İddia borcalanın rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

İddia ərizəsinin hazırlanması üçün erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.

Notariat qaydada borc vermək

Notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeydlər aparmalıdır. Notarius vasitəsilə borc verdikdə orada bağladığınız müqavilə və ya yazılan ərizə sübut kimi iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısına daxil edilməlidir.

Borc müqaviləsi notarial

Borc müqaviləsi yazılı formada bağlanırsa, notarial qaydasında təsdiqlənməsi məsləhət görülür. Əgər borc müqaviləsi üzrə tərəf – boralan müqavilə üzrə öhdəliyini icra etməsə, o zaman notariusun icra qeydi və ya məhkəmə qətnaməsi əsasında borcu tələb etmək olar. İcra qeydi aparılmış tələbi məhkəmədə mübahisələndirə bilərsiniz.

Borc məhkəmə

Pul tələbinə dair iddia ərizəsi məhkəməyə yazılı formada verilir. İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Siz başqasına həm şifahi, həm də yazılı müqavilə bağlamaqla borca pul verə bilərsiniz.

Habelə, borcalan borcunuzu geri qaytarmadıqda “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə üçün dövlət rüsumu borcun məbləğindən asılı olaraq dəyişəcək. Əgər borc məbləği 1000 manatadək olarsa, dövlət rüsumu 30 manat olacaq.

Borc müqaviləsi

Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə borcalana verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi həm şifahi, həm də yazılı qaydada bağlana bilər.

Borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Borcun etirafı haqqında müqavilə

Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvədə olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əks halda həmin müqavilənin qüvvəsi yoxdur. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi hesab edilmir.

Mülki məcəllə borc

Borc müqaviləsi üzrə münasibətlər Mülki Məcəllənin 739-742-ci maddələrində öz əksini tapmışdır. Həmin Məcəllənin 739.1-ci maddəsin qeyd edilir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Borc haqqında qanun

Borc münasibətlərini tənzimləmək üçün borc haqqında qanun yoxdur. Borc müqaviləsi ilə bağlı məsələlər Mülki Məcəllənin 739-742 maddələri ilə tənzimlənir.

Borc müqaviləsi pdf

Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə bir tərəf pul vəsaitini digər tərəfə verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi üzrə verilən məbləğ 3000 manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Fiziki şəxslər arasında borc müqaviləsi

Fiziki şəxslər arasında borc müqaviləsi (sahibkar olmayan) həm şifahi, həm də yazılı formada bağlana bilər. Borcalan borc müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi halda, borcverən müqavilənin pozulması əsası ilə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Borc müqaviləsi forması

Borc müqaviləsi tərəflər arasında həm şifahi, həm də yazılı formada bağlana bilər. Əgər birinə borc vermisinizsə və geri ala bilmirsinizsə, pulun tələb olunması zamanı bununla bağlı aranızda razılaşma və ya müqavilə yoxdursa, bu zaman ödəniş qəbzləri, votsap yazışmaları, danışıqları və ya səs yazıları sübut kimi nəzərə alınır. Əgər aranızda borc müqaviləsi varsa, həmin müqavilə də sübut kimi qiymətləndirilir və nəzərə alınır.

Borc müqaviləsi mülki məcəllə

Borc müqaviləsinə görə borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın hesabına mədaxil edildiyi gün hesab olunur.

Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina etmək hüququna malikdir.

Asan xidmət borc müqaviləsi

Notariat xidmətlərindən istifadə edərək aranızda yazılı qaydada bağladığınız borc müqaviləsini notarial qaydada təsdiq etdirmək üçün “ASAN Xidmət” Mərkəzlərində yerləşən notariusa müraciət edə bilərsiniz.

Təsisçi ilə borc müqaviləsi nümunə

Əgər borc müqaviləsi üzrə borc məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı qaydada bağlanılmalıdır.

Əgər tərəflərdən biri hüquqi şəxs, digəri isə fərdi sahibkardırsa (VÖEN varsa), bu zaman pul tələbinə dair işlərə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, bu növ iddialar cavabdehin qeydiyyat yeri üzrə kommersiya məhkəməsinə verilir. Kommersiya məhkəmələrinə iddia ərizələrinin hazırlanması üçün erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.

Borc müqaviləsi notarial rüsum

Borc müqaviləsinin notarial qaydada təsdiqi üçün notariusa ödənilən dövlət rüsumunun məbləği tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə 15 manat, tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə 15 manat, tərəflər digər şəxslərdirsə 100 manat təşkil edir.

Borc müqaviləsi nümunə

Notarius pul məbləğinin verilməsinə dair borc müqaviləsini təsdiqləyərkən tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı onların öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadığı halda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini müqavilədə qeyd etməli və tərəflərə izah verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir