Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə […]
Əfv komissiyasına müraciət forması Əfv üçün ərizə məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Əfvetmə barədə ərizə məhkum olunmuş şəxsin müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verildikdə, onun soyadı, adı, atasının adı, iş yeri və ya yaşadığı yer göstərilməlidir. Əfvetmə barədə ərizə onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, […]
Xəyanətə görə təzminat Ər-arvad arasında nikahın pozulması səbəblərindən biri də xəyanətdir. Xəyanətə məruz qalmış tərəflər xəyanət nəticəsində şərəf və ləyaqətinin alçaldığını bildirirsə, habelə şəxsiyyət hüquqlarının pozulması əsası ilə məhkəməyə müraciət edərək ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini qarşı tərəfdən tələb edə bilər. Tələb olunan məbləğ real, ağlabatan olmalı və məqsədli şəkildə şişirdilməməlidir. Erizem.az veb saytı vasitəsi […]
Boşanma zamanı kredit Ər-arvad nikah dövründə ailə ehtiyacları üçün kredit götürüblərsə, boşanma zamanı həmin kredit bölgüsü üçün məhkəməyə müraciət etmək lazımdır. Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiyada razılaşma olmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, […]
Ölkədən çıxışa qadağa Ölkədən çıxışa qadağa (stop) şəxsin Azərbaycan Respublikasının ərazisini tərk etməsinin qanunla müəyyən müddətə məhdudlaşdırılmasını nəzərdə tutur. Ölkədən çıxışa qadağa (stop) qoyulması əsasən məhkəmə qərarı, icra sənədi və ya qanunda nəzərdə tutulmuş digər əsaslar üzrə tətbiq edilir. Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən müəyyən hallarda ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Ölkədən çıxışa qadağa […]
Dəfn pulu necə alınır? Dəfn üçün birdəfəlik müavinətin təyin olunması üçün şəxs bu hüquq yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun ərazi bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər. Dəfn üçün birdəfəlik […]
Şəxsi məlumatların yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsinə şəxsi məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Şəxsi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla digər şəxslərin hər hansı başqa üsulla tanış olmasıdır. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə […]
Atalığın müəyyən edilməsi iddia ərizəsi Ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, belə olan halda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən […]
Pul tələbinə dair iddia ərizəsi Əgər bir sahibkara və ya hüquqi şəxsə mal/məhsul vermisiniz, lakin pulunuzu geri ala bilmirsinizsə, bu halda pul tələbinə dair kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Belə ki, iddia ərizəsi, habelə ona əlavə olunan sənədlər (alqı-satqı müqaviləsi, qaimə və s.) yalnız elektron məhkəmə informasiya sistemi üzərindən yaradılmış elektron kabinet […]
Kompensasiya nədir? İstifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya işçinin işlədiyi müddətdə istifadə etmədiyi illik məzuniyyət günlərinin qarşılığında ona pul şəklində ödənilən ödənişdir. İşçi həmin məzuniyyət günlərindən istifadə etməyibsə, əmək müqaviləsinə xitam verilərkən ona işəgötürən həmin istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş etməlidir. Belə ki, həmin ödəniş yalnız işdən çıxarkən ödənilir. İşçi işlədiyi müddətdə […]
Atam xəstədir, necə onun qəyyumu təyin oluna bilərəm? Əgər sizin valideyniniz psixi pozuntularına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyilsə, həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz. Bunun üçün ərizə qeydiyyat yeriniz üzrə məhkəməyə təqdim edilməlidir. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir. Erizem.az veb saytı vasitəsi […]
Azərişıq borc Əgər Azərişıq ASC tərəfindən sizin adınıza əsassız borc hesablanıbsa, həmin borcun silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bu zaman məhkəməyə dövlət rüsumu ödənilmir. Əgər məhkəmənin çıxardığı qətnamədən narazısınızsa, o zaman məhkəmə qətnaməsi sizə rəsmi qaydada təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə […]