Boşanma zamanı kredit Ər-arvad nikah dövründə ailə ehtiyacları üçün kredit götürüblərsə, boşanma zamanı həmin kredit bölgüsü üçün məhkəməyə müraciət etmək lazımdır. Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiyada razılaşma olmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, […]
Ölkədən çıxışa qadağa Ölkədən çıxışa qadağa (stop) şəxsin Azərbaycan Respublikasının ərazisini tərk etməsinin qanunla müəyyən müddətə məhdudlaşdırılmasını nəzərdə tutur. Ölkədən çıxışa qadağa (stop) qoyulması əsasən məhkəmə qərarı, icra sənədi və ya qanunda nəzərdə tutulmuş digər əsaslar üzrə tətbiq edilir. Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən müəyyən hallarda ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Ölkədən çıxışa qadağa […]
Dəfn pulu necə alınır? Dəfn üçün birdəfəlik müavinətin təyin olunması üçün şəxs bu hüquq yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun ərazi bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər. Dəfn üçün birdəfəlik […]
Şəxsi məlumatların yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsinə şəxsi məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Şəxsi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla digər şəxslərin hər hansı başqa üsulla tanış olmasıdır. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə […]
Atalığın müəyyən edilməsi iddia ərizəsi Ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, belə olan halda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən […]
Pul tələbinə dair iddia ərizəsi Əgər bir sahibkara və ya hüquqi şəxsə mal/məhsul vermisiniz, lakin pulunuzu geri ala bilmirsinizsə, bu halda pul tələbinə dair kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Belə ki, iddia ərizəsi, habelə ona əlavə olunan sənədlər (alqı-satqı müqaviləsi, qaimə və s.) yalnız elektron məhkəmə informasiya sistemi üzərindən yaradılmış elektron kabinet […]
Kompensasiya nədir? İstifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya işçinin işlədiyi müddətdə istifadə etmədiyi illik məzuniyyət günlərinin qarşılığında ona pul şəklində ödənilən ödənişdir. İşçi həmin məzuniyyət günlərindən istifadə etməyibsə, əmək müqaviləsinə xitam verilərkən ona işəgötürən həmin istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş etməlidir. Belə ki, həmin ödəniş yalnız işdən çıxarkən ödənilir. İşçi işlədiyi müddətdə […]
Atam xəstədir, necə onun qəyyumu təyin oluna bilərəm? Əgər sizin valideyniniz psixi pozuntularına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyilsə, həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz. Bunun üçün ərizə qeydiyyat yeriniz üzrə məhkəməyə təqdim edilməlidir. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir. Erizem.az veb saytı vasitəsi […]
Azərişıq borc Əgər Azərişıq ASC tərəfindən sizin adınıza əsassız borc hesablanıbsa, həmin borcun silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bu zaman məhkəməyə dövlət rüsumu ödənilmir. Əgər məhkəmənin çıxardığı qətnamədən narazısınızsa, o zaman məhkəmə qətnaməsi sizə rəsmi qaydada təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə […]
Azərsu tərəfindən hesablanmış borcu necə sildirə bilərəm? Azərsu (indiki adı ADSEA) ASC tərəfindən sizə əsassız borc yazılıbsa, bununla bağlı həmin quruma şikayətinizi bildirə bilərsiniz. Şikayətinizə cavab olaraq hesablanmış borcun ödənilməsi tələb olunarsa, sudan istifadəyə görə əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edib həmin borcu sildirə bilərsiniz. Məhkəməyə müraciət […]
Ölüm haqqında şəhadətnamənin alınması Ölüm haqqında şəhadətnamənin alınması üçün elektron qaydada, yaxud da qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinə yaxınlaşa bilərsiniz. Ölüm haqqında şəhadətnamə ölüm haqqında tibbi sənəd (şəhadətnamə) əsasında verilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət olunur. Erizem.az veb […]
Doğum haqqında şəhadətnamə elektron Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Belə ki, valideynlər “mygov” üzərindən doğumun […]