Categories
Ərizələr

Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi

Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Ər-arvad əmlak bölgüsü tələbi ilə bağlı ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiya prosesində razılıq əldə edilmədikdə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ər-arvadın nikah dövründə əldə etdiyi əmlak, əgər nikah müqaviləsində və ya onların arasında bağlanmış yazılı razılaşmada başqa hal nəzərdə tutulmayıbsa, birgə mülkiyyət hesab olunur. Yəni, evlilik dövründə alınan daşınmaz və daşınar əmlak, əmək haqqı, kreditlə alınmış əşyalar və s. – istər birinin adına rəsmiləşdirilsin, istərsə də digərinin – hər ikisinin ortaq mülkiyyəti sayılır.

Mülki Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun şəxsi mülkiyyətidir.

Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə gəldikdə isə ər-arvadın nikah dövründə əldə etdiyi əmlak, nikah müqaviləsi və ya yazılı razılaşma ilə başqa cür müəyyənləşdirilməyibsə, birgə mülkiyyət sayılır və bu əmlak bölünə bilər.

Mülki Məcəllənin 223.4-cü maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətində olan əmlakın necə bölünəcəyi və ya bir tərəfin payının necə ayrılacağı həmin Məcəllənin 220-ci maddəsində göstərilən qaydalara uyğun olaraq həyata keçirilir. (Yəni əvvəlcə naturada bölgü, kompensasiya ödənilməsi, qeyd olunanlar mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satış pulunun bölünməsi)

Əmlakın bölünməsi bir neçə şəkildə həyata keçirilə bilər:

  • Razılıqla bölünmə: Ər və arvad öz aralarında razılaşaraq ümumi əmlakın bölünməsi barədə saziş bağlaya bilərlər. Bu saziş notariat qaydasında təsdiq oluna bilər.
  • Məhkəmə yolu ilə bölünmə: Əgər ər-arvad arasında bölünmə barədə razılıq əldə olunmazsa, ümumi əmlakın bölünməsi və hər bir tərəfin payının müəyyən edilməsi məhkəmə qaydasında həll olunur.

Məhkəmə ümumi əmlakı bölərkən, tərəflərin hər birinə düşən əmlakı müəyyən edir. Əgər bir tərəfə dəyəri onun payına uyğun gələndən artıq əmlak verilərsə, digər tərəfə həmin fərqin pul və ya başqa kompensasiya ilə ödənilməsi mümkündür.

Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Əgər fiziki bölünmə və kompensasiya üsulları məqsədəuyğun deyilsə, məhkəmə əmlakın açıq hərracda satılmasına qərar verə bilər. Satışdan əldə olunan vəsait isə ər və arvad arasında onların paylarına uyğun bölüşdürülür.

Əmlakın natura bölünməsi

Nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə edilmiş əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Nikah münasibətlərinə xitam verildikdən və ya nikah davam etdiyi halda tərəflərdən birinin tələbi ilə həmin əmlakın bölünməsi mümkündür.

Ər-arvadın ümumi əmlakı bölünərkən, bir qayda olaraq, tərəflərin həmin əmlakdakı payları bərabər hesab edilir. Bununla belə, konkret hallardan, tərəflərin ailə və əmlak münasibətlərindən, yetkinlik yaşına çatmayan uşaqların mənafelərindən və digər qanuni əsaslardan asılı olaraq payların bərabər bölünməsindən kənara çıxılması mümkündür.

Əmlakın naturada bölünməsi dedikdə, ümumi mülkiyyətdə olan əmlakın faktiki olaraq ayrı-ayrı hissələrə bölünərək hər bir tərəfə onun payına uyğun konkret əmlak hissəsinin verilməsi başa düşülür. Belə bölünmə əmlakın təyinatına, texniki xüsusiyyətlərinə və bölünmənin mümkünlüyünə zidd olmamalıdır.

Məsələn, tərəflərin ümumi mülkiyyətində olan yaşayış evi texniki və hüquqi baxımdan müstəqil hissələrə bölünə bilirsə, hər bir tərəfə öz payına uyğun yaşayış sahəsi, yardımçı sahələr və torpaq sahəsi naturada ayrıla bilər. Əmlakın naturada bölünməsi mümkün olmadıqda isə tərəflərdən birinə əmlakın verilməsi və digər tərəfə onun payının dəyərinə uyğun kompensasiya ödənilməsi məsələsi həll edilə bilər.

Bu baxımdan, məhkəmədən tərəflərin ümumi birgə mülkiyyətində olan əmlakın müəyyən edilmiş paylara uyğun olaraq naturada bölünməsi və hər bir tərəfə düşən payın ayrıca əmlak hissəsi kimi ayrılması tələb edilə bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi üçün mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Əmlak bölgüsü iddia ərizəsi

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əmlak bölgüsü ilə bağlı mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Paylı mülkiyyət nədir?

Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, bir əşya bir neçə şəxsə mənsub olduqda və onların hər birinə düşən pay qanunla və ya razılaşma ilə müəyyən edilibsə, bu əmlak paylı mülkiyyət hesab olunur. İki və ya daha çox şəxsin mülkiyyətində olan əşya adətən paylı mülkiyyət kimi qəbul olunur.

Mülki Məcəllənin 214.1-ci maddəsi göstərir ki, əgər şəxslərin payları qanunla və ya aralarında razılaşma ilə müəyyən edilməyibsə, bu zaman onların payları bərabər hesab olunur.

Paylı mülkiyyətçilər ümumi əmlakdan birlikdə istifadə etməlidirlərMülki Məcəllənin 215.1-ci maddəsinə əsasən, bu istifadə və sahiblik qaydası tərəflərin razılığı ilə müəyyən olunur. Əgər razılaşma mümkün deyilsə, bu məsələ məhkəmə tərəfindən həll edilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Paylı mülkiyyətçi öz payını sata, bağışlaya, vəsiyyət edə və ya girov qoya bilər. Lakin Mülki Məcəllənin 218.1-ci maddəsinə əsasən, digər mülkiyyətçilər həmin payı almaqda üstünlük hüququna malikdirlər.

Paylı mülkiyyət plenum

Əgər söhbət ər-arvadın ümumi əmlakının bölünməsindən sonra yaranan paylı mülkiyyət və həmin payların naturada ayrılmasından gedirsə, əsas Plenum qəraraı – Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, Qərarı — “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”.

Paylı mülkiyyətlə bağlı isə xüsusilə Mülki Məcəllənin 220-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı əhəmiyyətlidir.

Həmin hüquqi mövqeyə görə proses ardıcıl şəkildə belədir:

  1. Əvvəlcə əmlakın naturada bölünməsinin mümkün olub-olmaması müəyyən edilir.
  2. Naturada bölünmə mümkündürsə — pay naturada ayrılır.
  3. Naturada bölünmə mümkün deyilsə — payı ayrılan mülkiyyətçi öz payının dəyərinin digər payçılar tərəfindən kompensasiya edilməsini tələb edə bilər.
  4. Kompensasiya mümkün olmadıqda və ya digər payçılar kompensasiya vermək istəmədikdə — müəyyən hallarda əmlakın açıq hərracdan satılması məsələsi ortaya çıxa bilər.

Paylı mülkiyyətin bölünməsi

Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, əgər bir neçə şəxsin ümumi mülkiyyətində olan əmlak varsa, onlar öz aralarında razılaşaraq həmin əmlakı bölə bilərlər. Bu zaman hər bir şəxsə onun payına uyğun hissə verilir.

Əgər razılaşma yolu ilə bölüşmək mümkün olmazsa, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, həmin şəxs məhkəməyə müraciət edərək öz payının naturada ayrılmasını (yəni konkret maddi hissə şəklində ona verilməsini) tələb edə bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla mediasiya və məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən isə əgər əmlakı nə bölmək, nə də kompensasiya ilə məsələni həll etmək mümkün deyilsə, son çarə olaraq məhkəmə əmlakın açıq hərracda satılmasına qərar verə bilər. Bu halda, satışdan əldə olunan pul ümumi mülkiyyətçilər arasında onların payına uyğun şəkildə bölüşdürülür.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenumunun Qərarına əsasən  Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Habelə, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Birgə mülkiyyət

Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əgər bir neçə şəxsə məxsus əmlakda onların payları əvvəlcədən müəyyən edilməyibsə, belə əmlak birgə mülkiyyət hesab olunur. Yəni burada əmlak hamıya ortaq şəkildə məxsusdur, lakin kimin nə qədər paya sahib olduğu göstərilmir.

Mülki Məcəllənin 222.1-ci maddəsinə görə, birgə mülkiyyətin yaranması üçün adətən bir ümumilik olmalıdır – məsələn, nikah münasibətləri, ailə üzvlüyü və ya ortaq mülkiyyət yaratmaq niyyəti. Bu şəxslər əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Əgər başqa cür razılaşma yoxdursa, əmlakdan istifadə hər kəsin razılığı əsasında həyata keçirilir.

Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən əmlak üzərində sərəncam vermək, yəni onu satmaq, bağışlamaq, girov qoymaq və sair kimi hüquqi addımlar yalnız bütün birgə mülkiyyətçilərin razılığı ilə mümkündür. Əgər bu razılıq əvvəlcədən açıq şəkildə verilməyibsə də, qanun bu razılığı ehtimal edir – yəni əgər birgə mülkiyyətçilərdən biri əmlakla bağlı əqd bağlayıbsa, qarşı tərəf onun digərlərinin razılığı ilə hərəkət etdiyini güman edə bilər.

Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətçilərdən biri əmlakla bağlı razılıq olmadan müqavilə bağlayarsa, bu əqd yalnız o halda etibarsız sayılır ki, əqdin bağlandığı qarşı tərəfin əmlakın birgə mülkiyyət olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

Mülki Məcəllənin 223.2-ci maddəsinə görə birgə mülkiyyətçilər əmlakı bölmək və ya özlərinə düşən hissəni ayırmaq istədikdə, bu proses yalnız əvvəlcə payların müəyyən edilməsi ilə mümkündür. Mülki Məcəllənin 223.3-cü maddəsində isə qeyd edilib ki, əgər razılaşma yoxdursa, paylar bərabər sayılır.

Əmlakın bölünməsi və payın ayrılması prosesi isə Mülki Məcəllənin 220-ci maddəsində göstərilən qaydalara, yəni paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarına əsasən aparılır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla əmlakın bölünməsi üçün mediasiya və məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Boşanma zamanı ev bölgüsü

Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı (evdəki) payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Mülki Məcəllənin 220-ci maddəsinə əsasən isə boşanma zamanı ər və arvadın ümumi mülkiyyətində olan əmlak, o cümlədən ev, onların razılığı ilə bölünə bilər. Bu zaman onlar arasında payların və bölünmə qaydalarının müəyyən edilməsi əsas şərtdir.

Əgər ər-arvad arasında razılıq yoxdursa, hər biri məhkəmədən öz payının naturada ayrılmasını tələb edə bilər. Məsələn, evin müəyyən hissəsi və ya digər əmlak parçası ayrı-ayrılıqda bir tərəfə verilə bilər.

Lakin bəzi hallarda evin və ya əmlakın naturada bölgüsü mümkün olmaya və ya bu bölünmə əmlaka zərər verə bilər. Belə hallarda, payını ayrılmasını istəyən tərəf, öz payının pul şəklində ödənilməsini tələb edə bilər.

Əgər payın naturada ayrılması və ya pul şəklində ödənilməsi mümkün deyilsə və ya məqsədəuyğun sayılmırsa, məhkəmə əmlakın açıq hərracda satılmasına qərar verə bilər. Satışdan əldə olunan vəsait isə ümumi mülkiyyətin sahibləri – ər və arvad arasında onların paylarına uyğun şəkildə bölünür. Bu qayda çıxarışlı, yəni sənədli evlərə aiddir.

Sənədsiz evlər bölünmür, çünki Mülki Məcəllənin 180.2-ci maddəsində qeyd edilib ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir və şəxsin özbaşına tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Buradan belə nəticə çıxarırıq ki, boşanma zamanı ər-arvad sənədsiz evin bölünməsini tələb edə bilmir, çünki ev nikah dövründə tikilsə belə, ərin və ya arvadın evə mülkiyyət hüququ yoxdur. Lakin boşanma zamanı ər-arvad özbaşına tikintinin bölünməsini tələb edə bilməsə də, sənədsiz evin tikilməsinə sərf edilmiş pulun 50%-ni tələb edə bilər.

Ümumi birgə mülkiyyət

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyəti hesab olunur.

Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, nikah dövründə əldə edilmiş əmlak, o cümlədən ər-arvadın hər birinin əmək fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, pensiyalar, müavinətlər və digər pul ödənişləri, habelə daşınar və daşınmaz əmlak, qiymətli kağızlar, paylar, əmanətlər və digər əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

Bu baxımdan, mübahisəli əmlakın yalnız tərəflərdən birinin adına rəsmiləşdirilməsi həmin əmlakın digər tərəfin ümumi mülkiyyət hüququnu istisna etmir.

Hazırda tərəflər arasında sözügedən ümumi birgə mülkiyyətin bölünməsi barədə razılıq mövcud deyildir. Bu səbəbdən iddiaçı özünün ümumi əmlakdakı payının müəyyən edilməsini və həmin payın naturada ayrılmasını tələb etmək hüququna malikdir.

Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də nikah pozulduqdan sonra tərəflərdən birinin tələbi ilə həyata keçirilə bilər.

Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi zamanı onların payları, əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bərabər hesab edilir.

Beləliklə, tərəflərin nikah dövründə əldə etdikləri mübahisəli əmlak onların ümumi birgə mülkiyyəti olduğundan, həmin əmlakın bölünməsi zamanı tərəflərin paylarının 1/2 hissədə müəyyən edilməsi qanuni və əsaslıdır.

Əmlakın faktiki və texniki xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölünməsi mümkün olduğu halda, hər bir tərəfin payına uyğun əmlak hissəsinin ayrıca müəyyən edilərək ayrılması təmin edilməlidir. Naturada bölünmənin mümkünlüyünün müəyyən edilməsi üçün zəruri olduğu halda məhkəmə tərəfindən müvafiq ekspertizanın keçirilməsi məqsədəuyğundur.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla mediasiya və məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Ər arvadın ümumi əmlakının bölünməsi ali məhkəmə

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı birbaşa tətbiq olunan Ali Məhkəmə Plenum qərarı var.

Ali Məhkəmə Plenumunun əsas qərarı – Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarıdır.

Evə mülkiyyət hüququ

Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ – bir şəxsin öz əmlakına (evə, mənzilə və s.) sahib olmaq, ondan istifadə etmək və onu istədiyi kimi sərəncam vermək hüququdur. Bu hüquq dövlət tərəfindən tanınır və qorunur.

Mülkiyyət hüququ üç əsas hissədən ibarətdir:

  1. Sahiblik hüququ – əmlaka faktiki olaraq sahib olmaq, yəni onu fiziki və ya hüquqi cəhətdən idarə etmək imkanını bildirir.
  2. İstifadə hüququ – əmlakdan faydalanmaq, ondan gəlir, məhsul, bəhər və ya digər formada xeyir götürmək imkanıdır. Bu, həm də əşyanın təbii xüsusiyyətlərindən istifadəni əhatə edir.
  3. Sərəncam hüququ – əmlakı satmaq, bağışlamaq, icarəyə vermək və ya digər şəkildə hüquqi taleyini müəyyənləşdirmək imkanıdır.

Mülkiyyətçi, yəni əmlak sahibi (fərdi yaşayış evi, mənzil və s.), qanun və ya bağladığı müqavilə çərçivəsində öz əmlakına istədiyi kimi sahib ola bilər, istifadə edə bilər və ona sərəncam verə bilər. Ancaq bu zaman başqa şəxslərin hüquqları pozulmamalı və hüquqdan sui-istifadə edilməməlidir.

Mülki Məcəllə həmçinin aşağıdakı halları da nəzərə alır:

  • Mülkiyyətçi istəsə, əmlakından istifadə etməyə bilər. Lakin bu, ictimai maraqlara zidd olduqda, ona istifadə və qulluq etmə vəzifəsi daşıya bilər.
  • Əmlak başqa bir şəxsə etibarnamə ilə idarə olunmaq üçün verilə bilər. Bu zaman idarəçi əmlakı yalnız mülkiyyətçinin və ya onun təyin etdiyi şəxsin xeyrinə istifadə etməlidir.
  • Əgər əmlaka həbs qoyulubsa, onun idarə olunması xüsusi qanunlarla müəyyən edilə bilər.
  • Mülkiyyət hüququ həmin əmlakın tərkib hissələrinə də aiddir.
  • Əmlakın təsadüfən zədələnməsi və ya məhv olması riski də, əsasən, mülkiyyətçinin üzərinə düşür.
  • Əgər qanunla başqa cür nəzərdə tutulmayıbsa, əmlakın saxlanması məsuliyyəti də mülkiyyətçiyə aiddir.

Ər arvad arasında əmlak bölgüsü plenum

Ər-arvad arasında əmlak bölgüsü ilə bağlı birbaşa tətbiq olunan Ali Məhkəmə Plenum qərarı:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarıdır.

  • 1.3-cü bənd — ər-arvadın ümumi əmlakına daşınar və daşınmaz əmlak, tələb hüquqları, gəlirlər və digər aktiv və passivlərin daxil olması;
  • 1.5-ci bənd — ümumi əmlakın bölünməsinin mahiyyəti: əvvəlcə ər və arvadın paylarının müəyyən edilməsi, sonra konkret əmlakların həmin paylara uyğun bölüşdürülərək hər birinin ayrıca mülkiyyətinə verilməsi;
  • 3.1-ci bənd — nikah dövründə əldə edilmiş əmlakın, başqa qayda müəyyən edilməyibsə, ər-arvadın ümumi birgə mülkiyyəti olması;
  • 3.2-ci bənd — nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi prezumpsiyası.

Əmlak bölgüsü ali məhkəmə

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı — “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarıdır.

Boşanma zamanı əmlak bölgüsü

Boşanma zamanı ər-arvadın əmlak bölgüsü üçün əsas götürüləcək Ailə Məcəlləsinin müvafiq maddələri:

  1. Ailə Məcəlləsi, maddə 32 — ər-arvadın ümumi birgə mülkiyyəti.
    Nikah dövründə əldə edilmiş əmlakın ümumi birgə mülkiyyət sayılması əsasını müəyyən edir.
  2. Ailə Məcəlləsi, maddə 33 — ər-arvadın ümumi əmlakına sahiblik, istifadə və sərəncam.
  3. Ailə Məcəlləsi, maddə 34 — ər-arvadın hər birinin əmlakının ayrıca mülkiyyət olması.
  4. Ailə Məcəlləsi, maddə 36 — ər-arvadın ümumi əmlakının bölünməsi.
    Əmlakın həm nikah dövründə, həm də nikah pozulduqdan sonra bölünə bilməsini tənzimləyir.
  5. Ailə Məcəlləsi, maddə 37 — ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi.
    Əsas qayda tərəflərin paylarının bərabər, yəni 1/2–1/2 olmasıdır.

Əmlak bölgüsü plenum

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarı. Ali Məhkəmənin rəsmi saytında da bu qərar ayrıca yerləşdirilib.

  • 1.3-cü bənd – ər-arvadın ümumi əmlakının anlayışı;
  • 1.5-ci bənd – ümumi əmlakın bölünməsi: əvvəlcə tərəflərin paylarının müəyyən edilməsi, sonra konkret əmlakın həmin paylara uyğun bölüşdürülməsi;
  • 3.1-ci bənd – nikah dövründə əldə edilmiş əmlakın ümumi birgə mülkiyyət olması;
  • 3.2-ci bənd – nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi prezumpsiyası;
  • 4-cü bölmə – ümumi əmlakın bölünməsi və payların müəyyən edilməsi məsələləri.

Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada, bu əmlakın dövlət reyestrində qeydə alındığı andan başlayır. 

Əgər 10 il ərzində bir şəxs torpaq sahəsinə fasiləsiz və etiraz edilmədən sahiblik edibsə və bu zaman qeydə alınan mülkiyyətçinin hüquqları əsassızdırsa, həmin şəxs torpaq sahəsinin sahibinə çevrilir. 30 il fasiləsiz və etirazsız faktiki sahiblik göstərən şəxs isə məhkəmə vasitəsilə mülkiyyət hüququnu rəsmiləşdirə bilər. Sahibsiz torpaq, ictimai sular, dağlar və faydalı qazıntılar dövlətə məxsusdur.


Mülkiyyət hüququnun itirilməsinə gəldikdə isə, bu, Mülki Məcəllənin 203-cü maddəsinə əsasən aşağıdakı hallarda baş verir:
Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilərsə və ya daşınmaz əmlak tamamilə məhv olarsa, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

Ər arvadın birgə mülkiyyəti

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:

1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Hüquqi məsləhət

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əmlakın bölünməsi tələbinə dair mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir