Categories
Ərizələr

Aliment tələbi və alimentin artırılması üçün ərizələri heç bir hüquqi biliyə sahib olmadan, 5 dəqiqə ərzində suallara cavab verməklə özün hazırlaya bilərsən.

Cəmi 5 dəqiqə ərzində aliment tələbi və alimentin artırılması ilə bağlı ərizələri 10 manat ödəməklə özün hazırlamaq üçün şəxsi kabinetə daxil ol. Bunun üçün heç bir hüquqi biliyə sahib olmağına ehtiyac yoxdur. Sistem tərəfindən verilən suallara cavab verməklə ərizəni özün tərtib edə bilərsən. Bütün suallarını şəxsi kabinetdə mövcud olan Dəstək bölməsindən verə bilərsən. Hüquqi məsləhət tamamailə ödənişsizdir.

Aliment necə hesablanır?

Aliment məhkəməyə rəsmi iddia ərizəsi ilə müraciət etdiyiniz vaxtdan hesablanır və yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra borcludan tutulur.

Aliment tələbinə dair mülki işlərə məhkəmələrdə bir ay müddətə baxılır və yekun  qərar çıxarılır. Yəni QƏTNAMƏ qət edilir. Həmin qətnamə çıxarıldığı gün qüvvəyə minir və elektron məhkəmə sisteminə əsasən müvafiq icra şöbəsinə göndərilir.

Aliment 2025

2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılmışdır. Alimentin artırılması üçün məhkəməyə müraciət edilməlidir. Mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Eləcə də, heç bir dövlət rüsumu ödənilmir.

Aliment necə hesablanır 2025

Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2025-ci ildə alimentin minumum məbləğinin 246 manat təyin edilmişdir.

Aliment pulu 2025

2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılmışdır.

Aliment məbləği 2025

Aliment məbləği 2025-ci il üzrə 246 manat müəyyən edilmişdir. 2026-cı ildə isə minumum aliment məbləğinin artırılacağı gözlənilir.

Aliment məbləği

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlaya bilərlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödənilə bilər. Bu heç də belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər.Hətta aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda və yaxud valideynlər uşaqları saxlamadıqda, məhkəməyə bu barədə iddia verilmədikdə yerli icra hakimiyyəti orqanı uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Minimum aliment 2025

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman  məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. 

Aliment neçə yaşa qədər verilir

Ümumiyyətlə, aliment uşaqların yetkinlik yaşına çatana qədər, yəni 18 yaşına qədər ödənilir. Yəni, uşağın 18 yaşına çatına qədər aliment almaq hüququ, eləcə də, alimentin minumum miqdarı təyib olunubsa alimentin artırılması ilə bağlı valideynin məhkəməyə müraciət etmək hüququ var.

Aliment üçün müraciət

Alimenti əgər boşanma zamanı tələb etməmisinizsə, ilkin olaraq mediasiyadan keçərək məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edə bilərsiniz.

Aliment almaq üçün ərizə pdf

Aliment tələbi ilə alimentin artırılması tələbi fərqlidir. Aliment tələbi ilk dəfə aliment üçün müraciət etdikdə edilir. Alimentin artırılması isə məhkəmə tərəfindən müəytən edilmiş aliment məbləğinin artırılması üçün ərizədir. Aliment tələbində mediasiyadan keçmək mütləqdirsə, alimentin artırılması tələbində mediasiyasan keçməyə ehtiyac yoxdur. Aliment tələbi və alimentin artırılması tələbi ilə bağlı ərizələri şəxsi kabinetə daxil olaraq 10 manat ödəməklə özünüz hazırlaya bilərsiniz.

Boşanmadan aliment almaq olar?

Bu halda, ilk növbədə atalıq müəyyən olunmalıdır. Bu məsələ iki yolla müəyyən edilir. Birincisi məhkəmə, digəri qeydiyyat şöbələri tərəfindən. Əgər sübut olunsa ki, doğurdan da ata nikahdankənar övlad dünyaya gətirib, o halda aliment ödəməyə borcludur

Alimentlə bağlı qaynar xətt

Alimentiniz borclu şəxs tərəfindən ödənilmirsə, eləcə də, icra məmuru alimentin ödənilməsi üçün heç bir səy göstərmirsə, icra məmuru barəsində şikayət hazırlanaraq Ədliyyə Nazirliyinə və ya inzibati məhkəməyə təqdim oluna bilər.

18 yaşdan sonra aliment

“Təhsil haqqında” Qanuna əsasən, ali təhsil məcburi deyil. Buna görə də aliment təhsil ödənişi üçün şamil edilmir. Bu, yalnız əlillik dərəcəsi olduğu halda mümkündür.

Eyni zamanda bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı mövcuddur. Orada göstərilir.

Aliment neçə yaşa qədər verilir

  • 1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
  • 2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
  • 3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.

1 uşağa görə aliment

Ailə Məcəlləsinə əsasən, 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment olaraq hesablanır.

2 uşağa görə aliment

2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment olaraq hesablanır.

3 uşağa görə aliment

3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Mediasiya aliment

Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur, lakin ilk dəfə aliment tələb etdikdə mediasiyaya mütləq müraciət olunmalıdır. 
Mediasiya üçün lazım olan sənədlər aşağıdakılardır:

  • 1. Təklifİin 1 nüsxəsi;
  • 2. Poçtdan təklifin göndərildiyini təsdiq edən qəbz;
  • 3. Ərizə

Əmək haqqından aliment tutulması

Nazirlər Kabinetinin 98 saylı “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” qərarına əsasən, Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:

Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:

  • pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından;
  • pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən;
  • pul və natura ilə verilən mükafatlardan;
  • iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından;
  • işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;
  • müvəqqəti əvəzetməyə görə ödəmədən;
  • qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;
  • qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;
  • xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;
  • il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;
  • əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;
  • qəzet, curnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.

Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:

  • məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);
  • istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;
  • faktiki alınan pensiyadan;
  • ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;
  • aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;
  • işsizlik müavinətindən.
  • 1.3. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən.
  • 1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.

Aliment hansı hallarda verilmir

Aliment aşağıdakılardan tutulmur:

yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;

ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən;

ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından;

işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;

başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; 

yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan; ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan.

Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur.

Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Alimentin artırılması

Yeni qanuna əsasən əvvəlki illərdə 246 manatdan az məbləğdə bir uşağın saxlanılması üçün aliment alan şəxslər müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə tərəflərin maddi durumunu və işin faktiki hallarını nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 246 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.

Alimentin artırılması iddia ərizəsi

Alimentin artırılması tələbi ilə bağlı iddia ərizələrini cəmi 10 manat ödəməklə Erizem.az veb saytı vasitəsi ilə hazırlaya bilərsən.

Alimentin artırılması dövlət rüsumu

Alimentin artırılması üçün heç bir dövlət rüsumu tələb olunmur. Mediasiyadan keçməyə də ehtiyac yoxdur. Sadəcə qanunvericiliyə uyğun tərtib olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.

Alimentin artırılması 2026

Alimentin məbləği 2026-cı ildə dəyişdikliklər təsdiq edildikdən sonra dərhal məhkəməyə aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə bağlı müraciət edə bilərsiniz. Ərizələri Erizem.az vasitəsi ilə hazırlayaraq həm cibinizə qənaət etmiş olacaqsınız, həm də əlavə vaxt itkisinin qarşısını alacaqsınız.

Aliment 2026

Hal-hazırda alimentin minumum məbləği 246 manatdır. Növbəti aylarda minumum əmık haqqının qaldırılması ilə aliment məbləğinin də qalxacağı gözlənilir.

4 replies on “Alimentlə bağlı bütün sualların cavabı”

Salam. Erizem.az vasitəsi ilə icra məmuru barədə şikayət hazırlaya bilərsiniz. Əksər hallarda alimentin ödənilməsi problemi bu şikayət ərizəsi ilə həll olunur. Ərizəni hazırlamaq üçün, eləcə də, əlavə suallarınıza görə şəxsi kabinetə daxil ola bilərsiniz.

Nigarsays:

Salam,25.06.2025 tarixinde mehkemeye erize teqdim edilib aliment barede,lakin qarşi teref iddia edir ki,25.07.2025 tarixinden etibaren olan borcu ödeyecem,bu ne derecede düzgündü?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir