Categories
Ərizələr

Borcun hissə-hissə (az-az) ödənilməsi nədir?

Borcun ödənilməsi (pul tələbinə) tələbinə dair çıxarılan məhkəmə qətnaməsində pulun tam məbləğdə birdəfəlik ödənilməsi nəzərdə tutulur. Əgər siz həmin pul məbləğini tam şəkildə ödəyə bilmirsinizsə, borcla bağlı çıxarılan qətnamənin hissə-hissə icrası üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz.

Qətnamənin hissə-hissə icrası – məhkəmə qərarı ilə müəyyən edilmiş borcun tam məbləğdə bir dəfəyə deyil, mərhələlərlə (az-az aybaay) ödənilməsi deməkdir. Məsələn, əgər məhkəmə qərarı ilə sizdən tam məbləğdə 1000 manat borc pul tutulması müəyyən edilmişdirsə, sizin həmin pulu birdəfəlik ödəməyə gücünüz çatmırsa, pulun birdəfəlik yox, az-az (hər ay) tutulması üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz. Belə ki, məhkəmə ərizəniz əsasında sizin maddi və ailə vəziyyətinizi nəzərə alaraq pulun tam deyil, hissə-hissə (az-az) ödənilməsi barədə qərar qəbul edə bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə qətnamənin hissə-hissə icrası barədə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Kredit borcuna görə məhkəmə

Belə ki, kedit ödənişi 30-60 gün və ya daha çox gecikdirildikdə, habelə xəbərdarlıqlara (pretenziyalara) baxmayaraq ödəniş edilmədikdə bank sizi məhkəməyə verə bilər. Məhkəmə də tələb olunan həmin ödənişin birdəfəlik ödənilməsi barədə qərar qəbul edə bilər. Əgər siz həmin ödənişi tam şəkildə ödəyə bilmirsinizsə, çıxarılan məhkəmə qərarının hissə-hissə icra edilməsi barədə həmin məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz. Məhkəmənin qəbul etdiyi qərardad əsasında siz ödənişi birdəfəlik deyil, hissə-hissə ödəyəcəksiniz.

Erizem.az veb saytı vasitəsi ilə borcun hissə-hissə ödənilməsi barədə ərizənizi şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.

Qətnamənin icra müddəti

Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Dərhal icra olunan məhkəmə qərarları aşağıdakılardır:

1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.

Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlıdır. Borcun hissə-hissə ödənilməsi üçün məhkəməyə qərarın hissə-hissə icra edilməsi barədə ərizə ilə müraciət etmək lazımdır.

Erizem.az veb saytı vasitəsi ilə borcun hissə-hissə ödənilməsi barədə ərizənizi şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.

Qətnamə nümunəsi

Məhkəmə qərarı giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

Məhkəmə qərarının icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalı və tərəflərə göndərilməlidir.

Məhkəmənin borcun sizdən birdəfəlik tutulması barədə qərarın icrası sizin maddi vəziyyətinizi çətinləşdirirsə, bu zaman həmin məhkəməyə borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə müraciət edə bilərsiniz. Məhkəmənin xeyrinizə qəbul etdiyi qərardad əsasında məhkəmə qətnaməsi ilə sizdən tutulan pul birdəfəlik deyil, hissə-hissə tutula bilər.

Erizem.az veb saytı vasitəsi ilə borcun hissə-hissə ödənilməsi barədə ərizənizi şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.

Məhkəmə qətnaməsi yoxlamaq

Məhkəmənin kredit və ya digər borcunuzun birdəfəlik ödənilməsi barədə çıxardığı qərarı sizə ya kağız şəklində göndərilir, ya da tərtib olunduqdan sonra 3 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinizə yerləşdirilir. Elektron kabinetinizə daxil olaraq məhkəmə qətnaməsini yoxlaya və yükləyə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə qətnamənin hissə-hissə icrası (borcun hissə-hissə ödənilməsi) barədə ərizənizi isə heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Məhkəmə qərarı ilə əmək haqqından tutulmalar

Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutulur. Borc məbləğinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi, qərardadı və ya notariusun icra qeydi olmadan əmək haqqından tutulmalar ola bilməz.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Məhkəmə qərarı ilə əmək haqqınızdan 50 faizdən çox tutulma həyata keçirilə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir