Mülki iddia ərizəsi
Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində sizə maddi və mənəvi ziyan vurulmuşdursa, həmin ziyanın əvəzinin ödənilməsi üçün cinayət işinin icraatı zamanı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək iddia qaldıra bilərsiniz.
Məsələn, əgər biri sizə qarşı dələduzluq edibsə, həmin şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Dələduzluq əməlinin törədilməsi nəticəsində siz də maddi və ya mənəvi ziyana məruz qalmısınızsa, iddia qaldırmaqla, sizə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edə bilərsiniz.
Mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda maddi ziyanın cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxsdir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mülki iddia üçün ərizənizi (iddia ərizənizi) heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Dələduzluq şikayət ərizəsi
Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluq əməli nəzərdə tutulmuşdur. Siz birinə pul və ya digər əmlakınızı geri qaytarmaq şərtilə borc olaraq verə bilərsiniz. Əgər həmin şəxsin sizi aldatdığını düşünürsünüzsə və buna dair sübutlarınız varsa, ərazi üzrə polis idarəsinə müraciət edərək şikayətinizi bildirə bilərsiniz.
Əgər şəxsin dələduzluq etdiyi müəyyən edilərsə, o bu əmələ görə cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər şəxsin əməli sübuta yetirilməzsə, o, məsuliyyətə cəlb edilə bilməz. Bu zaman iş mülki xarakter daşıdığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu və ya digər əmlakınızı cavabdehdən tələb edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizənizi və şikayətinizi özünüz hazır edə bilərsiniz.
Dələduzluq nədir?
Törədilmiş əməl o halda dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlak üzərində sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
Dələduzluq cinayət məcəlləsi
Cinayət Məcəlləsinin IX bölməsinin 23 fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü şəkildə vermiş olur.
Dələduzluq iki üsulla törədilə bilər: aldatma və etibardan sui-istifadə
Aldatma, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsidir (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunmasıdır.
Dələduzluq ali məhkəmə plenum qərarı
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli Qərarına əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq olaraq qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.
Dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs hesab olunur. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs hesab olunmalıdır.
Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.
Dələduzluq əməli törədilərkən təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir.
Dələduzluq konstitusiya məhkəməsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Qərarının nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.
Həmin Qərarın 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışarsa və ona dəymiş ziyanı tamamilə ödəyərsə, cinayət məsuliyyətindən azad edilə bilər.
Dələduzluq maddəsi
Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir.
Dələduzluq cəzası
Dələduzluq əməlini törədən şəxs barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Dələduzluq əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda (5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq əməli mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda 50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq əməli xüsusilə külli miqdarda (500000 manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla törədildikdə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq ali məhkəmə
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir.
Cinayət məcəlləsi 178 maddə
Dələduzluq əməlini törətmiş şəxs aşağıdakı hallarda cinayət məsuliyyətindən azad edilir:
Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli (dələduzluq) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Cinayət Məcəlləsinin 178.3, 178.4, maddələrində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
Dələduzluq maddəsi neçə ildir?
Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cinayət Məcəlləsinin 178.3-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, azadlıqdan məhrum etmənin müddəti 10 ildən 14 ilədək müəyyən olunur.
Dələduzluq plenum qərarı
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluq cinayətidir.
Dələduzluq etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir. Burada şəxsin niyyətinin nə olduğu müəyyən edilməlidir.
Şəxs ələ keçirdiyi əmlak üzərində istədiyi kimi sərəncam verdiyi vəya istədiyi kimi istifadə imkanına malik olduğu andan dələduzlu qəməli bitmiş hesab olunur.
178 maddə dələduzluq
Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Həmin əmlak üzərində istədiyi kimi sərəncam verildiyi və ya ondan istəfadə imkanının yarandığı andan cinayət başa çatmış hesab edilir.
Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasıdır.
Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.
Dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri 500 manatdan artıq olsun.
178.2 1 maddəsi
Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən tətbiq edilən cəzalar aşağıdakılardır:
Dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xırda dələduzluq
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyət yaradır.
Həmin əməli törədən şəxs barəsində 160 saatdan 240 saata qədər ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.
Xırda talama zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatadək ziyan vurulduğu hallarda inzibati məsuliyyət yaradır. Dəymiş ziyan 500 manatdan çox olduqda cinayət məsuliyyətinə səbəb olur.
178.2 4 maddəsi
Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq əməli xeyli miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xeyli miqdar 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğdir.
Kiber dələduzluq
Kiberdələduzluğun müxtəlif formaları vardır və onlardan qorunma da mümkündür.
Phishing və scamming Azərbaycanda ən geniş yayılmış kiberdələduzluq formalarıdır.
Phishing – bu, kiberfırıldaqçılığın bir növüdür və hədəf şəxslərin şəxsi məlumatlarını (məsələn, parollar, kredit kartı məlumatları, bank hesabı nömrələri) aldadıcı üsullarla ələ keçirmək məqsədilə həyata keçirilir. Phishing hücumları adətən elektron poçt, mesaj və ya saxta veb-saytlar vasitəsilə həyata keçirilir.
Scamming– fırıldaqçılığın bir forması olub, internet və rəqəmsal platformalarda insanların aldadılması, yalan məlumatlarla manipulyasiya edilməsi və nəticədə pul, əmlak və ya şəxsi məlumatların ələ keçirilməsinə yönəlmiş fəaliyyətlər toplusudur.
Bu gün kiber dələduzluq, yəni internet vasitəsilə insanları aldatmaq, onların pulunu, bank məlumatlarını və ya şəxsi hesablarını ələ keçirmək cəmiyyət üçün ciddi təhlükədir. Cinayət Məcəlləsinin 178-ci maddəsi olan dələduzluq onlayn mühitdə edilən saxtakarlıqları da əhatə edir və bu əmələ görə cinayət məsuliyyət nəzərdə tutur.
Kiberdələduzluğun qurbanı olmamaq üçün aşağıdakı şəxs/məxfi məlumatlarınızı qorumalısınız.
-Şəxsiyyət vəsiqəsi məlumatları
-Ünvan
-Bank kartı və hesab nömrələri
-Mobil nömrə
-Biometrik məlumatlar
Kiber dələduzluqla qarşılaşdıqda 961 və ya 102 qaynar xətt nömrələri ilə əlaqə saxlayın və dərhal məlumat verin.
Külli miqdar nə qədərdir?
Cinayət Məcəlləsinin 178-ci maddəsində külli miqdar 50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan məbləği əhatə edir.
Pul atmaq maddəsi
Siz birinə borca pul vermisinizsə, həmin şəxsin sizi aldatdığını və borcunuzu geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.
Əgər şəxs dələduzluq cinayət əməlini törədərsə, o, Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Əgər şəxsin dələduzluq etdiyi sübuta yetirilməzsə, o, cinayət məsuliyyətinə cəlb edilmir.
Bu halda iş mülki məsələ olduğu üçün “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu cavabdehdən tələb edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq “pul tələbinə dair” iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Cinayət işində mülki iddia nümunəsi
Cinayət işlərində mülki iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı sayılır.
Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir.
Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:
1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;
2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.
Mülki iddia verməklə, mülki iddiaçı ona dəymiş maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mülki iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.