Categories
Ərizələr

İXM 529.3-cü maddə ilə bağlı ərizələri Erizem.az ilə hazırlayıb, məhkəməyə təqdim edərək dərhal həmin qərarı sildirə bilərsiniz. Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

İnzibati xətalar məcəlləsi 529.3 maddə

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Belə ki, həmin inzibati xətanı törədən şəxs məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.

529.3 yol hərəkəti qaydaları

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətməyə görəbarəsində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul olunan şəxs 3 ay müddətində cəriməni ödəmədiyi halda İXM-nin 529.3-cü maddəsinə əsasən onun sürücülük hüququ məhdudlaşdırılır.

529.3 İnzibati Xətalar Məcəlləsi izah

İstənilən yol hərəkəti əleyhinə olan inzibati xətanın törədilməsinə görə barənizdə inzibati cərimə tətbiq edilibsə və həmin cəriməni 3 ay+20 gün müddətində ödəməmisinizsə, sürücülük hüququnuz məhdudlaşdırılır. Başqa sözlə, “pravanız lişeniyaya gedir”. (cərimə olunduğunuz tarixdən etibrən 20 gün müddətində sizin məhkəməyə şikayət vermək hüququnuz var)

İXM 529.3 nədir?

Bu maddə sizin sürücülük hüququnuzun məhdudlaşdırılmasını nəzərdə tutur. Sürücülük hüququnuz yalnız məhkəmə qərarı əsasında məhdudlaşdırıla bilər.

 529.3 maddə cəriməsi

Həmin maddəyə əsasən sürücüyə cərimə tətbiq edilmir. Sadəcə, sizin sürücülük hüququnuz müəyyən müddətə məhdudlaşdırılır. Buna isə xitam verdirmək mümkündür.

Sürücülük hüququnuz kim tərəfindən məhdudlaşdırılır?

Yol polisi əməkdaşı cərmə edildiyiniz tarixdən 3 ay + 20 gün ərzində cəriməni ödəmədiyinizi aşkar etdikdə sizin barənizdə İXM 529.3-cü maddə ilə inzibati xəta haqqında protokol tərtib edir və digər sənədlərlə birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərir. Hakim tərəfindən inzibati cəriməni ödəmədiyiniz aşkarlandıqda sürücülük hüququnuz 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, hakim işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan da baxıb iş üzrə qərar qəbul edə bilər.

İXM 529.3-ə xitam verilməsi

İXM 529.3-cü maddənin qeyd hissəsində göstərilir ki, İXM 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Yəni yuxarıda qeyd olunan bütün ödənişləri ödədiyiniz halda siz məsuliyyətindən azad oluna bilərsiniz. 

Lakin buna görə hüquqi və faktiki əsaslarla birgə ərizə ilə aidiyyəti quruma müraciət etməlisiniz. Hüquqi əsaslar (İXM maddələrinə istinad, faktiki əsaslar – ödəniş qəbzləri)

Sürücülük vəsiqəsi məhdudiyyəti yoxlamaq

Bunun üçün “e-polis” mobil tətbiqindən istifadə edə bilərsiniz. Şəxsi kabinetə daxil olaraq məhdudiyyətin olub-olmadığını aydınlaşdıra bilərsiniz. Habelə, əgər barənizdə İXM 529.3-cü maddə ilə bir neçə iş mövcuddursa, yaxşı olar ki, məhkəməyə ərizə ilə müraciət edib müvafiq işlərin məhkəmə iş nömrələrini və ya protokol nömrələrini əldə edəsiniz. İXM 529.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilən şəxs, həmin işə mxitam verilməsi üçün əhkəməyə müraciət etdikdə hansı iş üzrə xitam verilməsini (protokol və ya qərar nömrəsi) ərizədə qeyd etməlidir. Əks halda işiniz uzana bilər.

İXM 529.3-ə xitam verilməsi üçün müraciət qaydası

İXM 529.3-cü maddə ilə sürücülük hüququnuz məhdudlaşdırıldıqdan sonra 3 ay +20 gün müddətində ödəmədiyiniz cərimələrinizi ödəyin, ödəniş qəbzlərini sübut olaraq saxlayın.
Qeydiyyatda olduğunuz yerin məhkəməsinə hər inzibati cərimə barədə ayrıca ərizə hazırlayın və ödəniş qəbzlərini ərizə ilə birlikdə həmin məhkəməyə təqdim edin. Ərizələri Erizem.az vasitəsi ilə 10 manat ödəməklə özünüz hazırlaya bilərsiniz.

Ərizəyə hansı müddətdə baxılır?

İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasəni inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu kimi inzibati xəta haqqında işlərə inzibati xəta haqqında protokolu və iş üzrə digər materiallarını aldığı gündən 15 gün müddətində baxır. Ərizənizə (vəsatətinizə) məhkəmədə 15 gün müddətində baxılır və qərar çıxarılır.

Ərizənizə əsasən barənizdə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra bu barədəqərar qanuni qüvvəsini aldığı gü qərarın icra edilməsi üçün Baş Dövlət Yol Polisi idarəsinə göndərilməsi məhkəmətərəfindən təmin edilməlidir. Qərarı məhkəmədən götürüb özünüz şəxsən də Baş Dövlət Yol Polisi idarəsinə təqdim edə bilərsiniz.

Əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün (10 gün) qanuni qüvvəyə minmiş hesab olunur.

İXM 529.3 Dövlət rüsumu

İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə görə dövlət rüsumu ödənilməsi nəzərdə tutulmur. Yəni həmin qərardan şikayət verən şəxslər məhkəməyə dövlət rüsumu ödəməkdən azaddır.  

529.3 maddə

Son vaxtlarda İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsi vətəndaşlara (sürücülərə) ən çox tətbiq olunan maddələrdən biridir. Əksər hallarda isə sürücülərin xəbəri olmadan məhkəmə iclasları keçirilərək qərarlar qəbul olunur.

Yol hərəkəti haqqında inzibati xətalar məcəlləsi

Yol hərəkəti ilə bağlı barənizdə tərtib olunmuş istənilən inzibati xəta haqqında iş üzrə qərardan, habelə İXM 529.3 ilə bağlı inzibati qərara xitam verilməsi üçün Erizem.az-da şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizə, vəsatət və şikayətlərinizi özünüz hazırlaya bilərsiniz.

529.3

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

529.3 maddəsi nədir

529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

529.3 maddə nədir

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir