Categories
Ərizələr

Uşaqla ünsiyyət hüququ iddia ərizəsi

Uşaqla ünsiyyət (görüş) qaydalarının müəyyə edilməsi üçün məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən iştirak etməlisiniz. Mediasiya prosesində uşaqla ünsiyyət qaydaları barədə razılıq əldə edilmədikdə, iddia ərizəsi ilə məhkəmə müraciət etməlisiniz.

Ərizəni Erizem.az ilə hazırlayıb, məhkəməyə təqdim edə bilərsiniz. Belə ki, Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi, habelə uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

İddia ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilir. İddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir. İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

Uşaqla ünsiyyət hüququ

Əgər valideynlər arasında uşaqla görüşlə bağlı razılaşma olmazsa, bu halda uşaqla ünsiyyətdə olmaq hüququnu tələb edən tərəf (ata və ya ana) əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir.

Əgər onlar mediasiya prosesində uşaqla ünsiyyət (görüş) qaydalarının müəyyən edilməsi barədə razılığa gələ bilməsə, ünsiyyət tələb edən tərəf – ata və ya ana uşaqla ünsiyyət (görüş) qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bu zaman mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edəcək.

Erizem.az veb saytı vasitəsi ilə mediasiyaya ərizəməhkəməyə iddia ərizəsini şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Uşaqla ünsiyyət iddia ərizəsi

Mülki Prosessual Məcəlləyə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilir. İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün erizem.az saytına daxil olub şəxsi kabinet yaradaraq müvafiq iddia ərizəsini özünüz hazırlaya bilərsiniz.

Uşaqla ünsiyyət hüququ ali məhkəmə

Uşaqla görüş (ünsiyyət) qaydalarının müəyyən edilməsi ilə bağlı ünsiyyət hüququnu tələb edən tərəf (ata və ya ana) əvvəlcə mediasiya təşkilatına müraciət edilməlidir. Mediasiya prosesində uşaqla görüş, ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə olunduqda tərəflər arasında Barışıq Sazişi bağlanılır.

Mediasiya prosesində iştirak edən tərəflər uşaqla görüş qaydalarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə etməzsə, o zaman ünsiyyət tələb edən tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Birinci instansiya məhkəməsində çıxarılmış məhkəmə qətnaməsində müəyyən edilmiş görüş qaydaları ilə razılaşmayan valideyn məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində elektron qaydada apellyasiya şikayəti vermək hüququna malikdir.

Əgər tərəflərdən biri apellyasiya məhkəməsinin çıxardığı qətnamə ilə razılaşmırsa, bu halda qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Ali Məhkəməyə kassasiya şikayəti verə bilər. Tərəf Ali məhkəməyə kassasiya şikayətini yalnız vəkil vasitəsilə  və elektron qaydada göndərməlidir.

Məhkəmə rüsumu ödənişi

Uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi üçün mediasiya təşkilatına müraciət olunduqda, tərəflər arasında razılaşma olmadıqda ödənilməli olan mediasiya xərci 60 manat, əgər tərəflər arasında Barışıq Sazişi bağlanarsa, 100-200 manat təşkil edir. Məhkəməyə ödənilən dövlət rüsumunun məbləği isə 50 manat təşkil edir.

Uşağın ata ilə görüşü

Ata uşaqla görüş (ünsiyyət) hüququnun təmin edilməsi və uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi üçün əvvəlcə mediasiya təşkilatına müraciət etməlidir. Mediasiyada ünsiyyət qaydalarının müəyyən edilməsi barədə razılıq olmadıqda ata iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə təqdim edilməlidir.

Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün erizem.az saytına daxil olub şəxsi kabinet yaradaraq müvafiq iddia ərizəsini özünüz hazırlaya bilərsiniz.

Uşaqla görüş (ünsiyyət) qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə ata yekun məhkəmə qətnaməsi qəbul edilənədək uşaqla hər ay görüş hüququnun təmin edilməsi üçün məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə verə bilər.

Qanunvericiliyə əsasən ərizə məhkəməyə iddia ərizəsi verilənədək təqdim edildikdə həmin ərizə üzrə çıxarılan məhkəmə qərardadının müddəti 1 ay olacaq. Ərizənin verilməsi üçün dövlət rüsumunun məbləği 10 manatdır.

Uşaqla görüş vaxtının təyin edilməsi

Uşaqla görüş vaxtı müəyyən edilərkən uşağın yaşı nəzərə alınmalıdır. Belə ki, uşaqla görüş qaydaları müəyyən edilərkən 10 yaşına çatmış uşağın fikri nəzərə alınır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Uşaqla görüş vaxtı müəyyən edilərkən işin bütün halları, o cümlədən ailədə neçə uşağın olması, onların yaşı, səhhəti, məktəbəqədər və ya ümumi təhsil rejimi, hansı valideynə daha çox bağlılığı, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətləri, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alınmalıdır.

Uşaqla görüş istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.

Ananın himayəsində olan uşaqla görüş saatları uşağın yaşından asılı olaraq müəyyən edilir. Həmin görüşlər əsasən ananın iştirakı  ilə təyin edilir. Lakin əgər şərait uşağın ananın iştirakı olmadan ata ilə görüşünə uyğun olarsa, o zaman ananın iştirakı olmadan da görüş saatları müəyyən edilə bilər. Bu görüş saatları 1, 3, 7 və s. saatlar müəyyən edilə bilər. Uşaqlarla görüşlər həftə içi və ya şənbə, bazar, bayram, ad günlərində müəyyən edilə bilər.

Boşanma zamanı uşaqla görüş

Uşağın valideynləri nikahın pozulması üçün mediasiya prosesindən keçdikdə uşaqla ünsiyyət qaydaları ilə bağlı aralarında razılıq əldə edə bilərlər. Həmin razılıq Barışıq Sazişi ilə rəsmiləşdirilir.

Əgər uşaqla görüş qaydaları ilə bağlı tərəflər arasında razılıq olmazsa, uşaqla ünsiyyət istəyən tərəf ayrıca mediasiya təşkilatına ərizə ilə müraciət edə bilər. Mediasiya prosesində tərəflər arasında razılaşma olmadıqda, tərəf uşaqla ünsiyyət (görüş) qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Atanın uşağı görmə hüququ

Ailə Məcəlləsinin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn (məsələn, ata) onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqla ünsiyyətdə olmaq istəyən atanın iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.

Əgər ana uşağı ataya göstərməzsə, ata uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi üçün əvvəlcə  mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiyada uşaqla görüş barədə razılıq əldə edilmədikdə o zaman məhkəməyə iddia ərizəsi ilə müraciət etmək lazımdır. Bu zaman mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edəcək.

Boşanma zamanı uşaqlarla görüş

Uşaqların valideynləri (boşanma) üçün mediasiya təşkilatına ərizə ilə müraciət edərək mediasiya prosesindən keçdikdə uşaqlarla ünsiyyət qaydaları ilə bağlı aralarında razılıq əldə oluna bilər. Həmin razılıq yazılı Barışıq Sazişi ilə rəsmiləşdirilir. Belə ki, Sazişdə uşaqlarla ünsiyyət istəyən valideynin uşaqlarla ünsiyyət (görüş) qaydaları müəyyən edilir.

Əgər uşaqlarla görüş qaydaları ilə bağlı tərəflər arasında razılıq əldə olunmazsa, uşaqlarla ünsiyyət istəyən tərəf ayrıca mediasiya təşkilatına ərizə ilə müraciət edərək mediasiya prosesindən keçməlidir. Mediasiya prosesində tərəflər arasında razılaşma olmadıqda, tərəf uşaqlarla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Uşaqlarla ünsiyyət (görüş) qaydalarının müəyyən edilməsi ilə bağlı çıxarılan məhkəmə qətnaməsini qarşı tərəf icra etməsə, məhkəmə qətnaməsinə əməl etməyən şəxs barəsində inzibati və cinayət məsuliyyəti müəyyən edilə bilər.

Boşanmadan sonra uşaqla görüş

Valideynlər boşansa da, uşaqlardan ayrı yaşayan valideynin uşaqlarla ünsiyyət hüququ təmin olunmalıdır. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Əks halda həmin valideyn məsuliyyət daşıyır.

Əgər uşaqla yaşayan valideyn digər valideynin uşaqla görüşünə imkan vermirsə, uşaqla görüş istəyən valideyn əvvəlcə mediasiya təşkilatına müraciət etməlidir. Mediasiya prosesində görüşlə bağlı razılıq olmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək olar.

Uşaqla ünsiyyət plenum qərarı

Uşaqla ünsiyyət qaydalarına dair “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin 28 oktaybr 2011-ci il tarixli Plenumunun Qərarı qəbul edilmişdir.

Həmin Qərara əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Qanunvericiliyə görə uşaqlarla ünsiyyət hüququnun məhkəmə müdafiəsi yalnız ayrı yaşayan valideynlərə aid edilir. Yəni uşaqlardan yalnız ayrı yaşayan valideynlər arasında uşaqla görüş qaydalarının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilə bilərlər.

Boşanma zamanı atanın hüquqları

Ana boşanma və uşağın saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırdığı halda, ata da uşaqla (uşaqlarla) görüş üçün iddia qaldırmaq və uşaqla (uşaqlarla) ünsiyyət qaydalarının müəyyən edilməsini məhkəmədən tələb etmək hüququna malikdir.

Uşaqlardan ayrı yaşayan ata onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Uşaqla valideyn arasında olan münasibətlərin soyumaması, aralarında olan ünsiyyət bağlarının itirilməməsi üçün qarşı tərəf uşağın atası ilə ünsiyyətdə olmaq hüququna maneə yaratmamalıdır. Əksinə bunun üçün lazımi şərait yaradılmalıdır. Uşağın ana qayğısı və tərbiyəsi ilə yanaşı, ata qayğısına və tərbiyəsinə də çox ehtiyacı var. Ana uşaqla atanın ünsiyyətinə mane olarsa, məsuliyyət daşıyır.

Hüquqi məsləhət

Həm mediasiya təşkilatına, həm də məhkəməyə iddia ərizəsini Erizem.az ilə hazırlayıb, mediasiya təşkilatı və məhkəməyə təqdim edə bilərsiniz. Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir