Categories
Ərizələr

Banka müraciət

Vətəndaş pul köçürülən kartın hansı banka aid olduğunu müəyyənləşdirib, həmin banka müraciət etməlidir ki, ödəniş səhvən həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə onun kart hesabına səhvən vəsait daxil olduğunu bildirməlidir. Bank pul vəsaitinin sizə geri qaytarılmasını təmin etməsə, iddia ərizənizi Erizem.az ilə hazırlayıb, məhkəməyə təqdim edə bilərsiniz.

Belə ki, Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi, habelə “səhvən başqasının kart hesabına köçürülmüş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Səhv karta pul köçürmə

Öz kart hesabınızdan başqasının kartına səhvən pul köçürmüsünüzsə, həmin pulun geri tələb olunması üçün əvvəlcə səhvən pul göndərdiyiniz kartın aid olduğu banka müraciət etməlisiniz. Bank sizə imtina cavabı verərsə, “səhvən köçürülmüş pul vəsaitinin geri tələb olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnuz var.

Bank sirri

Bank səhvən kartına pul köçürülən müştərisi ilə bağlı qarşı tərəfə məlumat verə bilməz. Çünki bu, bank sirrini təşkil edir. Burada bütün məsuliyyət bankın üzərindədir. Bank həmin müştəri ilə əlaqə saxlayaraq, onun kartına başqa bir vətəndaşın pul köçürdüyü haqqında məlumat verir və pulun qaytarılmasını istəyir. Həmin şəxs könüllü pulu qaytararsa, bank onu səhvən pul köçürən şəxsin kartına yönləndirir. Amma həmin şəxs pulu qaytarmazsa, bank bu halda heç nə edə bilmir.

Əsassız varlanma

Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Belə ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmək əsassız varlanma adlanır. Əsassız varlanma zamanı varlanan şəxs əsassız əldə olunmuş əmlakın geri qaytarılması öhdəliyi daşıyır.

Ödənişin geri qaytarılması

Başqasının kart hesabına səhvən göndərdiyiniz pulun bank tərəfindən geri qaytarılması mümkün olmadıqda, həmin vəsaitin geri tələb edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Məhkəmə qətnaməsi pulun sizə geri qaytarılması üçün əsas hesab edilir.

Pulun geri qaytarılması

Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxsin qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

-əldə edilənlərdən götürülən faydaya;

-əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Mülki qanunvericiliyə əsasən səhvən kart hesabına pul köçürdüyünüz şəxs həmin pulu könüllü şəkildə geri qaytarmaq istəmirsə, bununla bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır.

Məhkəməyə müraciət

Kartına səhvən pul köçürülən şəxsi məhkəməyə vermək üçün həmin şəxsin şəxsi məlumatlarını əldə etməlisiniz. Bunu vətəndaş əldə edə bilməz. Bu barədə də məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalı və bankın üzərinə şəxsi məlumatların verilməsi öhdəliyi qoyulmalıdır.

Məhkəməyə müraciət etmək üçün müddət

Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni məhkəməyə müraciət üçün iddia müddəti əsassız varlanma obyektini qaytarma hüququ məhrum olan şəxsə məlum olan vaxtdan iki il müddət təşkil edir.

Məhkəməyə müraciət rüsumu

Məhkəməyə müraciət zamanı tələb olunan pulun məbləğindən asılı olaraq dövlət rüsumunun məbləği dəyişir. Belə ki, iddia tələbi 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 1000 manatdan yuxarı məbləğin dövlət rüsumunu hesablamaq üçün dövlət rüsumunun hesablanması kalkulyatorundan istifadə edə bilərsiniz.

Rüsumun geri qaytarılması

Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdə həm səhvən köçürülmüş pul vəsaitini, həm ödədiyiniz dövlət rüsumunu, həm də digər xərcləri qarşı tərəfdən tələb edə bilərsiniz. Məhkəmə iddianızı təmin edib bu barədə qətnamə qəbul edərsə, həmin ödənişləri qarşı tərəfdən ala bilərsiniz.

Pulu geri qaytarmaq

Səhvən başqasının kart hesabına köçürdüyünüz pul vəsaitinin geri qaytarılması üçün kartın aid olduğu banka müraciət edirsiniz. Bank pul göndərilən müştəri ilə əlaqə saxlayaraq pulun geri qaytarılmasını tələb edə bilər. Həmin şəxs pulun geri qaytarılmasından imtina edə bilər. Bununla əlaqədar da bank da sizə pul vəsaitinin geri qaytarılmasından imtina edə bilər. Bu halda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pulunuzu geri tələb edə bilərsiniz. İddia ərizənizi erizem.az saytına daxil olaraq özünüz hazırlaya bilərsiniz.

Milliön kartdan karta pul köçürmə

Ödəmə terminalları vasitəsilə başqasının kart hesabına səhvən pul yüklədiyiniz bir çox hallarda ödənişin geri qaytarılmasından imtina edilə bilər. Bank da ödənişin geri qaytarılmasının təmin edilməsindən imtina etdiyi halda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pul vəsaitinizi geri ala bilərsiniz.

Kartdan karta pul köçürmə

Öz kart hesabınızdan başqasının kart hesabına ödənişi kartdan karta köçürə bilərsiniz. Səhvən köçürülmüş pul vəsaitinin geri qaytarılması üçün əvvəlcə banka, imtina edilərsə, məhkəməyə müraciət edə bilərsiniz.

Online kartdan karta pul köçürmə

Mobil tətbiqdən istifadə edərək kartdan karta pul köçürərkən səhvən başqasının kart hesabına pul yüklədiyiniz halda bəzi hallarda həmin pulun geri qaytarılması mümkün olmur. Banka müraciət etdiyiniz halda səhvən pul göndərilən kart sahibi ilə əlaqə saxlanılsa da, həmin şəxs pulun geri qaytarılmasından imtina edə bilər. Bank da bank sirrini təşkil edən məlumatlar olduğuna görə kart sahibinin məlumatlarını sizə təqdim etməkdən imtina edir. Bu halda məhkəməyə müraciət etmək lazımdır.

Hüquqi yardım

Pulunuzun geri qaytarılması bank vasitəsilə mümkün olmadıqda, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalıdır. İddia ərizəsi mövcud qanunvericiliyin müvafiq maddələrinə uyğun tərtib edilməlidir. Həm pulun tələb edilməsi, həm də bankın üzərinə məlumatların təqdim edilməsi öhdəliyinin qoyulması üçün iddia ərizəsini erizem.az saytına daxil olub özünüz hazırlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir