Uşağın xarici ölkəyə aparılması qaydaları
Digər valideynin razılığı olmadan uşağın xaricə aparılması üçün həmin valideynin notarial qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin valideynin razılığı olmadıqda bu məsələ məhkəmə qaydasında həll edilir. Bunun üçün uşağı xarici ölkəyə aparmaq istəyən valideyn ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Əgər mediasiyada tərəflər arasında razılıq əldə edilməzsə, “cavabdehin razılığı olmadan uşağın yetkinlik yaşına çatanadək ölkədən getməsinə icazənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə həm mediasiya təşkilatına ərizənizi, habelə iddia ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Uşağı xarici ölkəyə aparılması
Yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Belə bir razılıq olmadıqda, yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Belə ki, əgər bir valideyn uşağın ölkədən xaricə aparılmasına notarial qaydada razılıq verməzsə, bunun üçün ilk öncə mediasiya prosesindən keçmək mütləqdir. Mediasiyada razılıq olmadıqda iddia ərizəsi ilə cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə müraciət olunur. İddia təmin edildikdə buna dair çıxarılan məhkəmə qətnaməsi də uşağın xaricə digər valideynin razılığı olmadan aparılması üçün əsasdır.
Uşağın ölkədən çıxarılması iddia ərizəsi
Digər valideynin razılığı olmadan uşağın xaricə aparılması üçün mediasiya təşkilatına təqdim etmək üçün ərizə hazırlanmalıdır. Həmin ərizə mediasiya təşkilatına təqdim edildikdən sonra mediasiya tərəflər mediasiya prosesinə çağırılır. Mediasiya prosesində tərəflər arasında razılıq əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunur.
Həm mediasiya, həm də məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətlər verilməsi üçün peşəkar hüquqi yardım lazımdır. Bunun üçün erizem.az saytına daxil olaraq şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində ərizə və iddia ərizəsini özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Miqrasiya Məcəlləsi
Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Uşağın xaricə aparılması iddiaları üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır.
Uşağın digər valideynin razılığı olmadan ölkədən xaricə aparılması üçün məhkəmə qətnaməsi olmalıdır. Odur ki, bu kateqoriya iddialara məhkəmə baxılarkən tələbin qanuni əsasını Miqrasiya Məcəlləsinin 11-ci maddəsinin təşkil etməsini nəzərə alınmalıdır.
Uşağın xarici ölkəyə getməsinə icazənin verilməsi qaydası
Mediasiya Təşkilatına müraciət:
Digər valideynin razılığı olmadan uşağın xaricə aparılması üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır.
Belə ki, uşağı xaricə aparmaq istəyən valideyn digər valideyndən notarial qaydada təsdiq edilmiş razılıq ala bilmədikdə, əvvəlcə mediasiya prosesindən keçməlidir. Bunun üçün mediasiya xərci 60 manat təşkil edir. Həmin xərc mediasiya təşkilatına müraciət edən şəxs tərəfindən ödənilir.
Məhkəməyə müraciət:
Mediasiya prosesində razılıq olmadıqda “cavabdehin razılığı olmadan uşağın yetkinlik yaşına çatanadək ölkədən getməsinə icazənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə müraciət olunur. Məhkəmə rüsumu 50 manat təşkil edir. Bunun üçün erizem.az saytına daxil olaraq şəxsi kabinet yaradaraq ərizə və iddia ərizələrinizi özünüz hazırlaya bilərsiniz.
Asan xidmət valideyn icazəsi
Uşağın xaricə aparılmasına razılıq vermiş valideyn bununla bağlı istənilən ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə yaxınlaşıb, bu barədə razılıq ərizəsini notariat qaydasında təsdiq etdirə bilər. Notariusun xidmətlərindən istifadə olunarkən xidmət haqqı da tutulur.
Digər valideyn öz razılıq ərizəsində uşağın istənilən xarici ölkəyə aparılmasına heç bir etirazının olmadığını qeyd edir və öz imzanı ilə təsdiq edir.
Valideyn icazə kağızı necə yazılır
Uşağın xaricə aparılması üçün digər valideynin notarial qaydasında təsdiq olunmuş razılıq ərizəsinin verilməsi zəruridir. Əgər ərizəsinin verilməsi üçün ərazi üzrə istənilən notariat ofisinə yaxınlaşa və ya ASAN Xidmət Mərkəzinin tərkibində fəaliyyət göstərən notariusun xidmətlərindən yararlana bilərsiniz.
Razılıq ərizəsində uşağın xaricə aparılmasına razılıq verən valideyn onların ölkədən kənara – istənilən xarici ölkəyə gedib qayıtmasına etirazının olmadığını bildirir. Lakin bu razılıq ərizəsi istənilən zaman ləğv oluna bilər. Əgər razılıq ərizəsi ləğv edilərsə və valideyn razılıq ərizəsini yenidən verməkdən imtina edərsə, bu məsələ məhkəmə qaydasında həll edilir.
Valideyn icazə kağızı
Miqrasiya Məcəlləsinə əsasən uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı mütləqdir. Uşaq ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Uşağın xaricə aparılmasına razılıq verilməsi iləbağlı ərizə üçün həmin valideyn istənilən notarius ofisinə yaxud da ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə yaxınlaşa bilər.
Uşağın xaricə aparılması ilə bağlı razılıq əldə edilmədikdə, həmin məsələ məhkəmə qaydasında həll edilir.
Belə ki, “cavabdehin razılığı olmadan uşağın yetkinlik yaşına çatanadək ölkədən getməsinə icazənin verilməsi” barədə çıxarılan məhkəmə qətnaməsi digər valideynin razılığı olmadan uşağın (uşaqların) ölkədən çıxarılması üçün əsas hesab edilir.