Pulsuz vəkil xidməti şamil olunan şəxslərin siyahısı
Əgər aşağıda göstərilən kateqoriyalardan birinə daxilsinizsə, pulsuz vəkil xidmətindən siz də yararlana bilərsiniz.
Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslər:
1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar;
2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
3. valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
5. işsiz kimi qeydiyyatda olan şəxslər;
6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.
Pulsuz vəkil xidmətindən yararlanmaq üçün vəkil qurumuna ərizə ilə müraciət edə bilərsiniz. Məhkəmə ərizənizə baxıb sizin ödənişsiz vəkillə təmin edilməyiniz barədə qərar qəbul edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə həm vəkil bürosuna, həm də məhkəməyə pulsuz vəkillə təmin olunmaq üçün ərizənizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Pulsuz vəkil xidmətini necə əldə etmək olar?
Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxs pulsuz vəkil xidmətindən yararlanmaq üçün vəkil qurumuna ərizə ilə müraciət edə bilər.
Vəkil qurumunun ərizəsi əsasında isə həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən həmin ərizəyə 15 gün ərzində baxılır.
Erizem.az veb saytı üzərindən şəxsi kabinetə daxil olaraq ərizənizi özünüz heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla hazırlaya bilərsiniz. Hazırladığınız ərizəni vəkil bürosuna və ya məhkəməyə təqdim etdikdən sonra məhkəmədə həmin ərizəyə baxılır. Vəkil tərəfindən hüquqi yardımın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edilir.
Pulsuz vəkil məsləhəti
Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslər dövlət hesabına (pulsuz) vəkillə təmin olunduqları halda vəkil həmin şəxslərə pulsuz hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, verir, sübutlar toplayır, ərizələr, şikayətlər, hüquqi xarakterli sənədləri tərtib edir və digər növ hüquqi yardım göstərir.
Pulsuz vəkil xidməti – mülki işlər üzrə
Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edilməlidir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
İşdə iştirak edən şəxslər vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına həmin şəxsləri vəkillə təmin edə bilər.
Məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən vəkillə təmin olunma məsələsinə baxılır. Məhkəmə işə vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır.
Məhkəmə xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.
Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan şikayət verilə bilər. Həmçinin məhkəmə vəkilə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında göstərə bilər.
Pulsuz hüquqi məsləhət
Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs ödənişsiz (dövlət hesabına) vəkillə təmin olunduqda həmin vəkildən həmin işlə bağlı pulsuz hüquqi məsləhətlər ala, habelə pulsuz ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanmasını istəyə bilər.
Pulsuz hüquqi yardım
Pulsuz hüquqi yardım vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək üçün göstərilən ödənişsiz xidmətlər toplusudur. Əgər siz də yuxarıda göstərilən siyahıdakı şəxslər kateqoriyasına daxilsinizsə, vəkilin pulsuz hüquqi yardımından istifadə edə bilərsiniz.
Pulsuz vəkil xidməti üçün online müraciət – pulsuz online vəkil məsləhəti
Məhkəmədə pulsuz vəkillə təmin olunmaq, habelə pulsuz vəkil məsləhəti üçün Erizem.az veb saytı üzərindən şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində həm vəkil bürosu, həm də məhkəmə üçün ərizənizi özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsi üzərindən istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə etmək üçün yaza bilərsiniz.