Mediasiya prosesi nədir?
“Mediasiya haqqında” Qanuna görə mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli prosesidir. Başqa sözlə, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək lazımdır. Bunun üçün mediasiya təşkilatına ərizə yazılmalıdır. Mediasiya prosesindən keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Həm ailə mübahisələri, həm də əmək mübahisələrinin həlli üçün mediasiya prosesindən keçmək mütləqdir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya təşkilatına ərizənizi pulsuz (ödənişsiz), məhkəmə üçün iddia ərizənizi isə heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Mediasiya nədir?
Mediasiya prosesi mübahisələrin məhkəməyə müraciət etmədən həlli prosesidir. Bu proses tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.
Prosesin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə müddət daha 30 gün müddətinə qədər uzadıla bilər.
Bu prosesə aşağıdakı hallarda xitam verilir:
- tərəflər arasında barışıq sazişi bağlandıqda;
- mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə;
- tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə;
- tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, mediasiya prosesinin müddəti bitdikdə;
- tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda;
- tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
- tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;
- mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda və ya mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə;
- arayış tərtib olunduqda.
Mediasiya prosesi
Bu prosesin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına ərizə ilə müraciət edə bilərlər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, pulsuz şəkildə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Tərəflər istənilən vaxt prosesin keçirilməsindən imtina edə bilərlər.
Bu prosesdə birbaşa olaraq özləri və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər.
Mediasiya müraciət forması
İlkin mediasiya sessiyasında iştirak üçün müraciət edən tərəf mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz şəkildə özünüz hazırlaya bilərsiniz.
İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır.
Əgər tərəflər mediator və ya təşkilat barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilir.
Mediator nədir?
Mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunan fiziki şəxsdir. Mediator olmaq üçün əsas tələblər:
- ali təhsilə malik olmalıdır;
- 25 yaşı tamam olmalıdır;
- ən azı 3 illik iş stajına malik olmalıdır;
- mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu barədə sertifikatı əldə etməlidir;
- Mediasiya Şurasının üzvlüyündən çıxarılmış mediator yenidən üzlüyə qəbul olmaq üçün 1 il müddətin keçməsini gözlənilməlidir.
İlkin mediasiya sessiyası nədir?
Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər mütləq ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.
Bu sessiyada iştirak üçün müraciət edən tərəf mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Ərizə poçt vasitəsilə təşkilata göndərilir (1-3 müddətində çatdırılır)
Tərəflərdən biri və ya hər ikisi prosesi davam etdirməyə razılıq vermədikdə, habelə mediator prosesin həyata keçirilməsindən imtina etdikdə, mediator prosesə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
Belə ki, tərəflərdən biri prosesə gəlmədikdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə, tərəflər prosesdə iştirak etdikdə, lakin prosesin davam etdirilməsini istəmədiyi halda “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış təqdim edilir.
Barışıq sazişinin təsdiq edilməsi
Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakterə malikdir. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
Əgər barışıq sazişinin könüllü icra olunmazsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsini istəyən tərəf qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər.
Barışıq sazişinin təsdiq edilməsinə dair işlərə icraat xüsusi icraat qaydasında baxılır və ərizə ilə məhkəməyə müraciət etməklə barışıq sazişinin təsdiqlənməsi mümkündür. Ərizənizə 10 gün müddətində baxılır və qətnamə qəbul edilir.
Bunun üçün məhkəməyə ödənilən dövlət rüsumu 100 manat təşkil edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə “Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı” ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Barışıq sazişi nümunə
Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar öz əksini tapır:
1. müqavilənin tarixi və tərtib olunduğu yer;
2. tərəflər haqqında məlumat;
3. mübahisənin predmeti;
4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar;
5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri;
6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri.
Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.
Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Tərəflər aralarındakı mübahisəni mediasiya prosesində danışıqlar yolu ilə, razılığa gəlməklə həll etdikdə, tərəflər arasında “Barışıq Sazişi” bağlanılır.
Barışıq sazişinin ləğvi
Ailə, əmək, kommersiya, inzibati mübahisələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz.
Həmin hallar aşkar edildikdə mediator tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə prosesdən imtina edirlər. Barışıq sazişi qanuna və yuxarıda qeyd olunan müddəalarına zidd olmamalıdır. Bu halda barışıq sazişinin təsdiq edilməsindən imtina olunur.
Mediasiya boşanma
Əgər nikahın pozulması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyirsinizsə, bunun üçün ilkin olaraq mediasiya prosesindən keçməlisiniz. Mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət edilməlidir.
Uşaq varsa, nikahın pozulması yalnız məhkəmə qaydasında mümkündür. Uşaq olmadıqda isə hər iki tərəfin iştirakı ilə müvafiq qeydiyyat şöbəsində nikah pozula bilər.
Qeydiyyat şöbəsində də nikahın pozulması barədə razılıq olmadıqda əvvəlcə mediasiyaya, daha sonra məhkəməyə müraciət edə bilərsiniz.
Əgər qarşı tərəf mediasiyada iştirak etməzsə, sizə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış mediator tərəfindən təqdim edilir.
Qarşı tərəf mediasiya prosesində iştirak etdikdə, lakin aranızda razılaşma olmadıqda hər iki tərəfə ilkin mediasiya sessiyasının davam etdirilməməsi barədə arayış təqdim edilir.
Mediasiya xərci 50-60 manat məbləğində müəyyən edilib. Mediasiyadan arayış aldıqdan sonra nikahın pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Məhkəməyə iddia ərizəsini erizem.az saytında şəxsi kabinet yaradaraq cəmi 10 manat ödəniş etməklə sistem tərəfindən sizə verilən sualları cavablamaqla özünüz hazırlaya bilərsiniz.
Mediasiya aliment
Qarşı tərəf mediasiya prosesində iştirak etdikdə, lakin aranızda razılaşma olmadıqda hər iki tərəfə ilkin mediasiya sessiyasının davam etdirilməməsi barədə arayış təqdim edilir. Aranızda barışıq əldə olunduqda isə barışıq sazişi bağlayırsınız.
Mediasiyada olan xərcləri ya razılaşdırılaraq tərəflər arasında bərabər bölüşdürülməklə ödənilir, yaxud da mediasiyaya ilkin müraciət edən tərəfindən tam şəkildə ödənilir.
Mediasiya xərci 50-60 manat məbləğində müəyyən edilib.
Məhkəməyə iddia ərizəsini erizem.az saytında şəxsi kabinet yaradaraq cəmi 10 manat ödəniş etməklə sistem tərəfindən sizə verilən sualları cavablamaqla özünüz hazırlaya bilərsiniz.
Mediasiya onlayn müraciət
Mediasiya prosesinin onlayn qaydada həyata keçirilməsi qanunda nəzərdə tutulmur. Bu prosesin başladılması üçün ya tərəflər özü birbaşa mediasiya təşkilatına müraciət etməli, ya da tərəflərdən biri ərizə ilə mediasiya təşkilatına müraciət etməlidir.
Mediasiya şurası əlaqə
“Mediasiya haqqında” Qanunun 18-ci maddəsinə əsasən Mediasiya Şurası mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Mediasiya Şurasının əlaqə vasitələri aşağıdakı kimidir:
(012) 1927
Whatsapp: 055 444 81 65
Elektron poçt ünvanı (email): info@mediasiya.gov.az
Mediasiya təşkilatları
Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, “Mediasiya haqqında” Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.
Dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir.
Mediasiya harada yerləşir?
Hazırda 62 Mediasiya Təşkilatı fəaliyyət göstərir. Mediasiya.gov.az saytına daxil olaraq Təşkilatlarının siyahısı ilə tanış ola bilərsiniz.
Mediasiya şurası qaynar xətt
Mediasiya Şurasına müraciət etmək üçün, onlayn qaydada qəbula yazıla bilər, yaxud (012) 1927 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.
Asan xidmət mediasiya
“ASAN Xidmət” mərkəzlərində mediasiya təşkilatı mövcud deyil və orada bu xidmət göstərilmir. Lakin istisna olaraq bu xidməti Qəbələ və Balakən regional “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.
Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydası
“Mediasiya haqqında” Qanunun 36.7-ci maddəsinə əsasən xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Şəxs kifayət qədər vəsaiti olmadığını sübut edən sənədlər təqdim etməlidir. Məsələn işsizlik arayışı və s.
“Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, tərəf əgər mediasiya prosesi zamanı 50 manat mediasiya xərci ödəyibsə, məhkəmə üçün 100 manat məbləğində deyil, 50 manat məbləğində dövlət rüsumu ödəyir.
Mediasiya gov az
29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Qanun 29 mart 2019-cu ildə qəbul edilmişdir. Həmin Qanun 2021-ci ilin iyul ayından qüvvəyə minmişdir. 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir. Mediasiya Şurasının ilk üzvü olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilk mediasiya təlimi qurumu qismində 03.03.202-ci il tarixində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir.
Hal-hazırda respublika üzrə 62 mediasiya təşkilatı fəaliyyət göstərir. Mediatorların sayı isə 386 nəfərdir.
Mediasiya haqqında qanun
“Mediasiya haqqında” Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, onun məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Həmin Qanun 29 mart 2019-cu ildə qəbul olunub və 2021-ci ilin iyulun 1 dən qüvvəyə minib. Azərbaycanda mediasiya prosesinin tətbiqinə 2021-ci ilin iyul ayından etibarən başlanılmışdır.
Mediasiya ərizə forması
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya təşkilatına ərizənizi pulsuz (ödənişsiz), məhkəmə üçün iddia ərizənizi isə heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Mediasiya xərcləri
Mediatora ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri mediasiya xərclərini təşkil edir.
Mediator mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.
Xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 50 manat məbləğində müəyyən edilir. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq, ümumi olaraq isə 60 manat müəyyən edilir. Əgər mediasiya prosesinin vaxtı təxirə salınarsa, bu zaman da əlavə mediasiya xərci müəyyən edilə bilər.
Mediasiya sənəd nümunələri
Mediasiya sənədləri aşağıdakı kimidir:
- Mediasiyaya müraciət ərizəsi
- İlkin mediasiya sessiyası üçün bildiriş
- İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış
- İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış
- Könüllü mediasiya sessiyası barədə bildiriş
- Mediasiya prosesinin tətbiqi barədə müqavilə
- Mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə
- Mediasiya sessiyasına xitam verilməsi barədə protokol
- Barışıq sazişi
Mediasiya rüsumu
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə rüsum aşağıdakı məbləğlərdə müəyyən edilir:
- Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;
- Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat
- Kommersiya mübahisələri üzrə iddianın qiyməti – 500 manatadək olduqda – 20 manat; 501 manatdan 1000 manatadək olduqda – 40 manat; 1001 manatdan 5000 manatadək olduqda – 60 manat; 5001 manatdan 10000 manatadək olduqda – 100 manat; 10001 manatdan 50000 manatadk olduqda – 200 manat; 50000 manatdan çox olduqda – 400 manat müəyyən edilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya təşkilatına ərizənizi pulsuz (ödənişsiz), məhkəmə üçün iddia ərizənizi isə heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.