Categories
Ərizələr

Qəza zamanı nə etməli?

Əgər yolda hərəkətdə olarkən qəza baş verərsə, bu halda avtomobilinizi saxlayın və hadisə baş verən yeri tərk etməyin. Hadisə ilə bağlı ümumi vəziyyəti qiymətləndirin və xəsarət alanların olub-olmadığını müəyyənləşdirin. Hadisə nəticəsində xəsarət alan şəxslər olarsa, Təcili Tibbi Yardıma (103), zəruri hallarda Fövqəladə Hallar Nazirliyi (112) dərhal məlumat verin. Habelə, Dövlət Yol Polisi və sığorta şirkətini dərhal məlumatlandırın.

Sığorta şirkətinin nümayəndəsi tərəfindən aparılan dəymiş zərərin qiymətləndirilməsi ilə razılaşmasanız, müstəqil ekpertiza etdirə bilərsiniz.

Habelə, sizə dəymiş zərərin əvəzini nə sığorta şirkətindən, nə də zərərvurandan ala bilməsəniz, iddia ərizəsi ilə məhkəməyə müraciət edib dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Əgər sığorta şirkəti yoxdursa, belə olan halda sizə dəymiş zərərin əvəzini birbaşa olaraq zərərvuran şəxsdən məhkəmə qaydasında tələb edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq “dəymiş zərəri ödənilməsi tələbinə dair” məhkəməyə iddia ərizəsini heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Qəza zamanı dəyən zərər

Qəza zamanı sizin əmlakınıza (avtomobilinizə və s.) yaxud sağlamlığınıza zərər dəyibsə, sizə dəymiş zərərin əvəzi ödənilməlidir. Əgər dəymiş zərərin əvəzi sizə ödənilmirsə, zərərin əvəzinin ödənilməsi tələbi üçün məhkəməyə müraciət etmək hüququnuz var.

Avtomobilinizə başqa avtomobillə toqquşma nəticəsində zərər dəyibsə, avtomobilinizi saxlayın və qəza baş verən yeri tərk etməyin. Sığorta hadisəsinin baş verməsi barədə dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə məlumat verin.

Sizin avtomobilinizə və ya digər əmlakınıza zərər vurularsa, sığorta şirkəti tərəfindən bu zaman – 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir. Yəni ən çoxu 5000 manatadək olan zərərin əvəzinin ödənilməsi nəzərdə tutulur. Məbləğ 5000 manatdan çox olduqda, yenə də həmin zərərin əvəzi 5000 manatla məhdudlaşır.

Əgər sizə dəymiş zərərin məbləği 5000 manatdan çoxdursa və sığorta şirkəti sadəcə 5000 manat hissəni qarşılaya bilirsə, qalan zərərin əvəzini zərər vuran şəxsdən tələb edə bilərsiniz.

Əgər sığorta şirkəti əsassız olaraq dəymiş zərəri az hesablayarsa, o zaman sizə dəymiş zərəri tam şəkildə həmin şirkətdən tələb edə bilərsiniz. Belə ki, həm sığorta şirkətinə, həm də sizə zərər vuran şəxsə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sizə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnuz vardır.

Qəza nəticəsində “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizənizi Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.

Yol nəqliyyat hadisəsi

Yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsi ilə nəticələnən hadisədir.

Yol-nəqliyyat hadisəsi baş verdikdə sizin avtomobilinizə və ya başqa əmlakınıza, habelə sağlamlığınıza zərər dəyərsə, dəymiş zərərin əvəzini sığorta şirkətindən və ya zərərvuran şəxsdən tələb etmək hüququnuz var. Əgər dəymiş zərərin əvəzinin qarşılanmasından imtina olunarsa, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək dəymiş zərərin əvəzini ala bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq “dəymiş zərəri ödənilməsi tələbinə dair” məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Qəza zamanı cərimə

Əgər qəza zamanı sağlamlığa xəsarət yoxdursa, avtomobilə ziyan dəyməyibsə, hadisəni törədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol hərəkəti qaydalarına riayət edilməməsinə görə 40 manat məbləğində cərimə tətbiq edilir.

Yol hərəkəti qaydalarını pozan sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq edilir.

Hadisə yerindən yayınma cərimə

İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə onun barəsində 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq edilməsi nəzərdə tutulur. İnzibati xətanı aşkar edən yol polis əməkdaşı həmin xəta barədə dərhal protokol tərtib edir.

Avtoqəza zamanı nə etməli?

Hadisə zamanı sürücü ilkin olaraq yol polisini məlumatlandırmalıdır. Bunun əsasında hadisə  yerinə  gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirməlidir və sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlər də sığorta şirkətinə vaxtında təqdim olunmalıdır.

Qəza zamanı sığorta şirkətinə də dərhal məlumat verilməsi lazımdır. Zərərvuran, müvafiq halda isə zərərçəkən nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verməlidir. Sığorta şirkətinin qaynar xətt nömrələrini bilmirsinizsə, 9707 SMS xidmətindən istifadə edə bilərsiniz.  

Qəza yerini tərk etmək

Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulur ki, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər siz zərərçəkmiş şəxsə kömək göstərilməsi məqsədilə yol nəqliyyat hadisəsi yerini tərk etmisinizsə, bu zaman həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunursunuz.

Zərər çəkmiş şəxsə kömək göstərilməsi məqsədilə yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs inzibati məsuliyyət daşımır, onun barəsində 100 manat cərimə və 4 cərimə balı tətbiq edilmir.

Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsi zamanı da o, inzibati məsuliyyət daşımır. Həmin şəxs barəsində 100 manat cərimə  4 cərimə balı da tətbiq edilmir.

Avto qəza cəriməsi

Qanunvericiliyə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda səbəb olduqda 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Əgər onun əməlində inzibati xəta tərkibinin əlamətləri olarsa o, inzibati məsuliyyətə cəlb edilir. Bu zaman zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Sığorta hadisəsi nədir?

Sığorta hadisəsi sığorta müqaviləsində əvvəlcədən nəzərdə tutulan və baş verdiyi zaman sığorta şirkətinin sığortalıya (və ya faydalanan şəxsə) sığorta ödənişi etməsi ilə nəticələnən hal və ya hadisədir. Sığorta hadisəsi sığorta pulunun ödənilməsinə əsas verən hadisədir.

Avto qəza cinayət məcəlləsi

Yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması cinayət məsuliyyətinə səbəb ola bilər. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa, habelə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa, Cinayət Məcəlləsinin 263.1-ci və 263.1-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Avto qəza zamanı sığorta

Qəza (yol nəqliyyat hadisəsi) baş verdikdə zərərvuran, müvafiq halda isə zərərçəkən nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkətinə dərhal məlumat verməlidir. Hadisə baş verdikdə icbari sığorta şəhadətnaməsində göstərilən nömrə vasitəsilə sığorta şirkətinə dərhal məlumat verə bilərsiniz.

Avto qəza zamanı xəsarət

Qəza  zamanı  xəsarət alan şəxs varsa, onların həyatını xilas etmək üçün Təcili Tibbi Yardıma (103), zəruri hallarda Fövqəladə Hallar Nazirliyi (112) dərhal məlumat verməlisiniz və mütləq xəsarət alan şəxsi və ya şəxsləri həmin  təcili tibbi yarıma çatdırmalı, şəxsin sağlmalığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımları atmalısınız. Xəsarət almış şəxsə kömək göstərilməsi məqsədilə hadisə yerini tərk etməyiniz sizin üçün inzibati və ya cinayət məsuliyyəti yaratmır.

Avtomobil icbari sığorta

Avtomobilin icbari sığortası olması vacibdir, ona görə ki, avtomobil idarə edən şəxs hər hansı bir üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu halda hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının mövcudluğu sizi dəymiş ziyanın əvəzini ödəmək öhdəliyindən azad edir.

Üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurularsa, bu zaman – 5000 manatadək olan zərərin ödənilməsi nəzərdə tutulur. Yəni ən çoxu 5000 manatadək olan zərərin əvəz qarşılana bilər. Həmin məbləğ 5000 manatdan çox olarsa, həmin zərərin əvəzi 5000 manatla məhdudlaşır.

Aşağıdakı hallar istisna olmaqla sığorta ödənişi almaq üçün Dövlət Yol Polisinin arayışı tələb olunur:

Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Avtomobil icbari sığorta yoxlamaq

Avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortasının olub-olmadığını yoxlamaq çox rahatdır. Bunun üçün İcbari Sığorta Bürosunun saytına daxil olub, icbari müqavilələrin sığortalanması xanasına daxil olursunuz. İcbari sığortanı yoxlamaq üçün avtomobilin dövlət qeydiyyat nişanı və ya müqavilə nömrəsini sistemə əlavə edirsiniz. Bundan başqa avtomobil idarə edərkən yolda saxlanıldığınız vaxt yol polisi əməkdaşı da sizin icbari sığortanızın olub-olmadığını elektron sistem üzərindən yoxlaya bilər.

Qəza cəriməsi

Qəza baş verdikdə, əgər bu hadisənin törədilməsində siz təqsirkarsınızsa, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barənizdə 40 manat məbləğində cərimə tətbiq edilir. Əgər hadisə baş verdikdə zərərçəkmiş şəxs varsa və onun sağlamlığına yüngün bədən xəsarəti yetirilibsə, bu zaman barənizdə 300 manat məbləğində cərimə nəzərdə tutulur və ya sürücülük hüququnuz 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Əgər hadisə baş verdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayınmısınızsa, bu zaman barənizdə 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq edilir.

Əgər hadisə yerini zərərçəkmiş şəxsə kömək göstərmək məqsədilə tərk etmisinizsə, bu zaman 100 manat cərimə və 4 cərimə balı tətbiq edilmir.

Sığorta bütün zərəri qarşılamır

Sığorta hadisəsi baş verdikdə dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə məbləği barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin məbləğinin qiymətləndirilməsi müstəqil ekspert tərəfindən aparılır. Müstəqil eksperti sığortalının tələbi ilə sığortaçı təmin edir.

Sığortaçını müəyyən etmək mümkün olmadıqda baş vermiş hadisə ilə əlaqədar zərərvuran şəxsin müəyyən edilməsi məqsədilə hadisənin baş verdiyi ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.

Əgər sizə dəymiş zərəri sığorta şirkəti əsassız olaraq aşağı məbləğdə qiymətləndirərsə və dəymiş ziyanı tam məbləğdə qarşılamazsa, bu halda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyanı tam məbləğdə ödənilməsini tələb edə bilərsiniz. Habelə, əgər sizə dəymiş ziyan 5000 manatdan çoxdursa, sığorta şirkəti həmin ziyanın ən çoxu 5000 manatını qarşılaya bilər. Qalan dəymiş zərərin sizə ödənilməsi üçün zərərvurana qarşı məhkəmədə iddia qaldıra bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Yol nəqliyyat hadisəsi zamanı cərimə

Zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirildiyi müyyən edilərsə, bu inzibati məsuliyyətə səbəb olur və bu halda 300 manat cərimə tətbiq edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

İcbari sığorta yoxla

İcbari sığortanın olub-olmadığını yoxlamaq çox asandır. Belə ki, bunun üçün İcbari Sığorta Bürosunun saytına daxil olub icbari müqavilələrin sığortalanması xanasına keçid edirsiniz. Sizdən tələb olunan məlumatları sistemə əlavə edərək icbari sığortanızı yoxlayırsınız.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin yoxlanılması üçün qeyd olunan sayta daxil olursunuz. Bu zaman yoxlamaq üçün avtomobilin dövlət qeydiyyat nişanı (nömrəsi) və ya müqavilə nömrəsini sistemə əlavə edirsiniz. Bundan başqa avtomobil idarə edərkən yolda saxlanıldığınız vaxt yol polisi əməkdaşları da sizin icbari sığortanızın olub-olmadığını elektron sistem üzərindən yoxlaya bilərlər.

İcbari sığorta

“İcbari sığortalar haqqında” Qanunun 8.1-ci maddəsinə görə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə əsasən siz avtomobillə qəza törədib başqa şəxsin əmlkaına və ya sağlamlığına zərər vurarsınızsa, həmin zərəri sizin əvəzinizdən sığorta şirkəti ödəyir. Əgər sığorta şirkəti sizə dəymiş zərərin əvəzini ödəməkdən imtina edərsə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini sığorta şirkətindən tələb etmək hüququnuz var.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizənizi özünüz hazır edə bilərsiniz.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən “İcbari sığortalar haqqında” Qanun ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Avtomobil icbari sığorta ödənişi

Üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurularsa, bu zaman – 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir.

Sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:

  • zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi və ya zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi – 5 000 manat;
  • zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun əlilliyinin müəyyən olunması:
  • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə –  4 000 manat;
  • orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə –  3 000 manat;
  • orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə  – 2 000 manat;
  • əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 1 500 manat;
  • yüngül xəsarət alması – 750 manat.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir