Əfv komissiyasına müraciət forması
Əfv üçün ərizə məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.
Əfvetmə barədə ərizə məhkum olunmuş şəxsin müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verildikdə, onun soyadı, adı, atasının adı, iş yeri və ya yaşadığı yer göstərilməlidir.
Əfvetmə barədə ərizə onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və yaxud qanuni nümayəndəsi tərəfindən imzalanmalıdır.
Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.
Ərizə Əfv Komissiyası ərizələri qəbul edir, rəy tərtib edir və sənədlər Prezidentə təqdim edilir. Əfetmə barədə də Prezident sərəncam imzalayır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əfv komissiyasına ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Əfvetmə barədə ərizə aşağıdakı müddətlərdə verilə bilər?
1. islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
Əfvetmə nədir?
Əfvetmə Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Əfvetmə barədə baxılan müraciətlər və Komissiyanın tövsiyələri Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Əfvetmə barədə qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə:
1. məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
2. məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
3. məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Əfvetmə haqqında Prezidentin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əfv komissiyasına ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
“Əfvetmə haqqında” Əsasnaməyə əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti azadlığa buraxılma aşağıdakı cəzaları çəkən məhkumlara şamil edilir:
İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə.
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini,
4. habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında əfv məsələləri komissiyası
İnsan hüquq və azadlıqlarının təmin olunmasında mühüm yer tutan strukturlardan biri Əfv Məsələləri Komissiyasıdır.
Azərbyacan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası Prezident Administrasiyası yanında fəaliyyət göstərən orqandır. Belə ki, Əfv Komissiyası Prezident tərəfindən yaradılır.
Əfv Komissiyasının əsas məqsədi Prezidentə əfv sərəncamlarının verilməsi ilə bağlı təqdimatlar hazırlamaq, daxil olan müraciətləri təhlil etmək və bu sahədə hüquqi əsaslarla rəy verməkdir.
Əfv Komissiyasının əsas funksiyalarından biri əfv müraciətlərinin qəbul edilməsidir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əfv komissiyasına ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Əfv komissiyası ünvan
Əfv Məsələləri Komissiyası Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən orqandır. Ünvan aşağıdakı kimidir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ünvanı: Bakı, İstiqlaliyyət küçəsi 19, Prezident Sarayı
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin ünvanı: Bakı, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla əfv komissiyasına ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Əfv komissiyasının üzvləri
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası aşağıdakı tərkibdən ibarətdir:
Komissiyanın sədri:
- Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri:
- Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
- Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
- Fərid Əhmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri
- Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
- Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
- Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
- Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri
- Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri
- Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri
- Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Mehriban Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
- Rəşad Məcidov – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini
- Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
- Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri
- Aygün Mikayılova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru
Komissiyanın katibi
- Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla əfv komissiyasına ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Əfv komissiyasının iclası
Əfv Məsələləri Komissiyasının iclasında Ali Məhkəmənin sədri, Baş prokuroru və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.
Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Komissiyasının qərarları Komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.
Əfvetmə barədə məsələ üzrə Əfv Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Ali Məhkəmənin və Baş Prokurorluğun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:
1. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini;
2. məhkumun şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğunu, ailə vəziyyətini, səhhətini, yaşını;
3. cəza çəkdiyi müddətdə məhkum olunmuş şəxsin cəzanı icra edən orqana münasibətini, davranışını, əməyi, təhsilə və törətdiyi cinayətə münasibətini.
Əfv Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:
Əfv Məsələləri Komissiyası insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və kollegiallıq prinsiplərini rəhbər tutaraq aşağıdakı qərarlardan birini qəbul edir:
1. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması barədə;
2. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunmaması barədə.
Əfvetmə barədə məsələlər Əfv Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, 1 il keçdikdən sonra baxıla bilər.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı mətbuatda dərc olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla əfv komissiyasına ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Əfv komissiyası əlaqə
Əfv Məsələləri Komissiyası Prezident Administrasiyası nəzdində fəaliyyət göstərir. Əlaqə vasitələri aşağıdakı kimidir:
E-poçt: office@pa.gov.az Çağrı mərkəzi: 1111
Telefon: +99412 535 36 55; +99412 535 36 57
Əfv komissiyasının sədri
Əfv Məsələləri Komissiyasının sədri:
1. əfvetmə barədə məsələ ilə bağlı Əfv Komissiyasına daxil olan müraciətləri və vəsaitləri öyrənir, Komissiyanın iclasını çağırır, onun keçirilmə tarixini və gündəliyini müəyyən edir;
2. Əfv Komissiyasının iclasına sədrlik edir, iclasda əfvetmə barədə məsələlərə hərtərəfli, tam və obyektiv baxılmasını təmin edir;
3. Əfv Komissiyasının iclasının protokolunu imzalayır (Komissiyanın üzvləri imzaladıqdan sonra);
4. Əfv Komissiyasının iclasından sonra əfvetmə barədə baxılmış müraciətləri və Komissiyanın tövsiyələrini Prezidentə təqdim edir.
Əfv komissiyası 2026
Əfvetmə barədə ərizə və vəsatətlər üzrə toplanmış sənədlər və Əfv məsələləri sektorunun ümumi arayışı Əfv Komissiyasına daxil olur.
Əfv Komissiyasının iclasları keçirilir. Komissiya məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya tövsiyə olunmaması barədə qərarlardan birini qəbul edir.
Əfvetmə barədə məsələlər Əfv Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əfv komissiyasına ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Prezident əfv sərəncamı imzaladı
Əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusilə bayram günləri ərəfəsində imzalanır.
Bunun üçün bir neçə ay əvvəldən əfv barədə müraciət edən məhkumlar, onların müdafiəçiləri, qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən müraciətlər qeydə alınır, Əfv Komissiyasının müvafiq iclasları keçirilir, həmin müraciətlərə baxılır, müraciətçilərin siyahısı tərtib olunur və sədr tərəfindən Prezidentə təqdim edilir.
Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əfv komissiyaslna ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Əfvə düşənlərin siyahısı 2026
Hər il əfvə düşənlərin siyahısı president.az saytında dərc olunur. Həmin sayt vasitəsilə siyahı ilə tanış ola bilərsiniz.
Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, 1 il keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq əfv komissiyasına ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Əfvetmə haqqında əsasnamə
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının fəaliyyətini və əfvetmə prosedurunu təkmilləşdirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli, 538 nömrəli Fərmanı ilə “Əfvetmə haqqında” Əsasnamə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur.
Əfvetmə, bir qayda olaraq, bu Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir və müəyyən müddət ərzində tətbiq edilir.