Categories
Ərizələr

DYP Protokoldan sikayet

DYP protokoldan şikayət ilə bağlı ərizələri Erizem.az ilə hazırlayıb, məhkəməyə təqdim edə bilərsiniz. Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

DYP protokoldan şikayət üçün məhkəmə rüsumu

İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən, inzibati iş üzrə qəbul edilən qərardan verilən şikayətlər dövlət rüsumuna cəlb olunmur.

Yəni vətəndaş məhkəməyə ərizə və ya vəsatət təqdim edərkən bu cür işlər üçün dövlət rüsumu ödəmir.

DYP cərimə şikayət üçün hansı məhkəməyə müraciət olunmalıdır?

İXM-in 110.1-ci maddəsinə görə, inzibati xəta işi, adətən, həmin xəta törədilən yerdə baxılır. Lakin şəxs vəsatət təqdim etdikdə, iş onun qeydiyyatda olduğu (yaşadığı) yer üzrə məhkəmədə araşdırıla bilər.

Bu o deməkdir ki, siz həm cərimənin yazıldığı ərazi üzrə, həm də daimi qeydiyyat ünvanınız üzrə məhkəməyə müraciət edə bilərsiniz.

Eyni zamanda, inzibati orqana dyp protokoldan şikayət verməklə bərabər, cavabı gözləmədən birbaşa məhkəməyə də müraciət etmək hüququnuz var.

Cərimədən şikayət qaydası

Qanunvericiliyə əsasən, DYP-nin tərtib etdiyi protokoldan deyil, inzibati qərardan şikayət verilə bilər.

Əgər sizə qarşı qanunsuz olaraq cərimə tətbiq edilibsə, qərarı əldə etdiyiniz gündən etibarən 20 gün ərzində məhkəməyə və ya DYP-yə müraciət etmək hüququnuz var.

Əgər bu müddəti üzrlü səbəbdən keçmisinizsə, müddətin bərpası üçün vəsatət verə və hakimin qərarı ilə həmin müddət bərpa oluna bilər.

Qanuna əsasən, səlahiyyətli şəxs hadisəni yerində aşkar edib və sürücü protokol ilə razılaşırsa, dərhal qərar qəbul edilə bilər; əks halda, inzibati protokol tərtib olunur.

Protokoldan şikayət qaydası

DYP tərəfindən verilmiş qərarı istənilən şöbədən şəxsən əldə etmək mümkündür. Qərarı aldıqdan sonra şikayət ərizəsini tərtib edib, həmin qərarın surətini əlavə etməklə məhkəməyə təqdim etməlisiniz.

Şikayətdə hadisənin faktiki vəziyyəti, hüquqi əsaslar və arqumentlər göstərilməlidir.

DYP şikayət ərizəsi

Əgər siz DYP-nin qəbul etdiyi qərarla razı deyilsinizsə və onu qanunsuz hesab edirsinizsə, Erizem.az vasitəsi ilə şəxsi kabinetə daxil olaraq şikayət ərizəsini 10 manat ödəməklə özünüz hazırlaya bilərsiniz.

Mütəxəssislərimiz şikayətin hazırlanması, sənədlərin toplanması və məhkəməyə təqdim olunması prosesində sizə dəstək xidməti vasitəsi ilə ödənişsiz dəstək göstərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir