Evin kupçasını necə almaq olar?
Kupça almaq ilə bağlı ərizəni Erizem.az ilə hazırlayıb, məhkəməyə təqdim edə bilərsiniz. Erizem.az veb saytı vasitəsi ilə ərizələrinizi şəxsi kabinetə daxil olaraq heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Həyət evinə kupça almaq
Həyət evinə kupça almaq üçün sənədlərin tam və düzgün hazırlanması çox vacibdir. Əgər sənədlərin toplanması və qeydiyyatla bağlı çətinlik yaranarsa, hüquqi yardım üçün ixtisaslı mütəxəssis və ya vəkilə müraciət etmək məsləhətdir. Düzgün sənədləşmə gələcəkdə mülkiyyətlə bağlı problemlərin qarşısını alır.
Kupça nədir?
“Kupça” — əslində “çıxarış” sözünün xalq arasında işlənən formasıdır. Bu sənəd daşınmaz əmlakın kimə məxsus olduğunu hüquqi cəhətdən təsdiq edir. Yəni, əmlakın satılması, bağışlanması və ya miras kimi proseslərin aparılması üçün kupça mütləq tələb olunur.
Kupçanı yoxlamaq
Daşınmaz əmlak alarkən kupçanın orijinallığını yoxlamaq çox vacibdir. Azərbaycan vətəndaşları Elektron Hökumət Portalı üzərindən elektron çıxarışların doğruluğunu pulsuz şəkildə yoxlaya bilirlər. Bunun üçün sadəcə sənədin qeydiyyat və reyestr nömrələrini daxil etmək kifayətdir.
Kupça almaq üçün sənədlər
Kupça əldə etmək üçün təqdim edilməli sənədlər aşağıdakılardır:
- Alqı-satqı müqaviləsi – notarius tərəfindən təsdiqlənmiş satış sənədi;
- Texniki pasport – əmlakın ölçüləri və texniki göstəricilərini göstərən sənəd;
- Torpaq mülkiyyət sənədləri – əgər torpaq sahəsi varsa, onun mülkiyyətini sübut edən sənədlər;
- Tikinti icazəsi – yeni tikililər və əsaslı təmir hallarında tələb olunur;
- Şəxsiyyət vəsiqəsi – mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənəd.
Kupça almaq üçün müraciət qaydası
Kupça alma prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- Müraciət – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edilir.
- Sənədlərin təqdimatı – Lazımi sənədlər qeydiyyat üçün təqdim olunur.
- Rüsumun ödənilməsi – Bakı şəhərində 110 AZN, regionlarda isə 55 AZN dövlət rüsumu ödənilir. Əgər alqı-satqı və ya miras yolu ilə qeydiyyat aparılırsa, əlavə ödəniş tətbiq oluna bilər.
- Qeydiyyat – Qurum sənədləri araşdıraraq əmlakı rəsmi qeydiyyata alır və çıxarış verir.
Kupça itərsə nə etmək olar?
Kupça itdikdə onun bərpası üçün aşağıdakı addımlar atılmalıdır:
- Qəzetdə kupçanın itməsi barədə elan dərc olunur.
- Daha sonra ərazi polis idarəsinə müraciət edilir və Tapıntılar Bürosundan arayış alınır.
- Qəzet elanı və arayışla birlikdə Daşınmaz Əmlakın qeydiyyat idarəsinə müraciət olunur.
- Ərizə əsasında vətəndaşa çıxarışın dublikatı təqdim edilir.
Bir evə 2 nəfər kupça ala bilərmi?
Bəli, mümkündür. Əgər əmlak bir neçə şəxsə məxsusdursa, bu, ümumi mülkiyyət hesab olunur. Ümumi mülkiyyət paylı və ya birgə ola bilər. Paylı mülkiyyətdə hər kəsin payı müəyyən olunur və həmin pay sahibləri öz payları üçün ayrıca çıxarış ala bilirlər. Bunun üçün bölgü planı tərtib edilməli və notarius tərəfindən təsdiqlənməlidir.
Kupça verilməsindən imtina edilib. Nə edə bilərəm?
Əgər çıxarışın verilməsindən imtina olunarsa, vətəndaş cavabdeh dövlət orqanının yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilər.
Əgər imtina qərarı əsassızdırsa, bu barədə bildiriş aldığınız gündən 30 gün ərzində iddia qaldıra bilərsiniz.
Məhkəmə prosesi zamanı dövlət rüsumu tutulmur, lakin hüquqşünas və ya vəkilin iştirakı tövsiyə olunur.
Çıxarış almaq üçün dövlət rüsumu
Elektron çıxarış (kupça) üçün dövlət rüsumu 50 manat təşkil edir.
Xidmətin müddətinə əsasən əlavə ödənişlər:
- 10 iş gününə – 36 manat
- 7 iş gününə – 54 manat
- 3 iş gününə – 72 manat
- 1 iş gününə – 108 manat
Əlavə olaraq, mənzilə dair texniki sənədlərin (pasport və plan) hazırlanması üçün 75 manat rüsum ödənilməlidir.
Bələdiyyə sənədi olan torpağa kupça almaq
Əgər sizə 2007-ci il dekabrın 1-dək bələdiyyə qərarı ilə torpaq ayrılıbsa, həmin sənəd əsasında kupça almaq mümkündür.
Bu tarixdən sonra verilən bələdiyyə qərarları hüquqi qüvvəyə malik deyil. 2007-ci ildən sonra torpağın alınması yalnız hərrac və ya müsabiqə yolu ilə mümkündür.
Kupça üçün müraciət Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ərazi idarəsinə edilir.
Əgər imtina cavabı alınarsa, vətəndaş 30 gün ərzində inzibati məhkəməyə müraciət edə bilər.
Kupça almaq
Torpağa çıxarış almaq üçün Erizem.az ilə şəxsi kabinetə daxil olaraq Daşınmaz Əmlak tərəfindən sizə verilən imtina cavabından məhkəməyə şikayət ərizəsi hazırlaya bilərsiniz.
Həmin şikayət ərizəsi Daşınmaz Əmlakın imtina cavabının ləğv olunaraq sizə çıxarış verilməsi öhdəliyininin həmin quruma qoyulması üçündür. Ərizəni 10 manat ödəməklə, sistem tərəfindən verilən suallara cavab verməklə heç bir hüquqi biliyə sahib olmadan özünüz hazırlaya bilərsiniz.