Dəfn pulu necə alınır?
Dəfn üçün birdəfəlik müavinətin təyin olunması üçün şəxs bu hüquq yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun ərazi bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Habelə, elektron hökümət portalı və ya my.gov.az saytına daxil olaraq dəfn üçün birdəfəlik müavinəti almaq üçün elektron qaydada müraciət edə bilərsiniz.
Dəfn üçün müavinətin ödənilməsi üçün əsas şərtlərdən biri ölüm haqqında şəhadətnamənin əldə edilməsidir. Əgər ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunarsa, ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün yaşayış yeriniz üzrə məhkəməyə müraciət edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə ölüm faktının müəyyən edilməsi və digər ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Dəfn pulu üçün sənədlər
Dəfn üçün müavinəti almaq üçün müraciət edərkən aşağıdakı sənədlər tələb olunur:
- Müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
- Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
- Müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
- Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
Sığortaolunanın vəfatı halında dəfn xərcləri üçün müavinət almaq məqsədilə işəgötürənə bu sənədlər təqdim olunmalıdır:
- Ölüm faktını təsdiq edən arayış;
- Dəfn işlərini öz üzərinə götürən şəxs barədə bələdiyyədən alınan arayış.
İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.
Əmək pensiyaçılarına münasibətdə dəfn üçün müavinəti almaq üçün müraciət edərkən bu sənədlər lazımdır:
- Əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsinin surəti;
- Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
- Dəfni təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
- Ölənin dəfnini öhdəsinə götürmüş şəxs barədə müvafiq bələdiyyə tərəfindən verilmiş arayış.
Dəfn pulu nə qədərdir 2026
Sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə ödənilən dəfn üçün müavinətin məbləği 600 manat;
Əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin 3 misli miqdarında (960 manat);
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun olaraq, sığortaolunanın (işləyərək maaşından sığorta haqqı tutulan şəxs) vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.
Dəfn üçün müavinətin verilməsi qaydaları
“Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sığortaolunanlara (işləyərək maaşından sığorta haqqı tutulan şəxslər) dəfn üçün müavinət məcburi dövlət sosial sığorta vəsaitləri hesabına Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.
“Əmək pensiyaları haqqında” Qanunun 42-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.6-cı maddəsinə müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir.
Sığortaolunanlar dedikdə isə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir.
Dəfn pulu üçün müraciət
Dəfn pulunu əldə etmək üçün müraciəti həm elektron qaydada, həm də Dövlət Sosial Müdafiə Fondunun ərazi bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” edə bilərsiniz.
Dəfn pulu necə hesablanır?
Belə ki, dəfn üçün müavinətin məbləği aşağıdakı kimi müəyyən edilib:
- Sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə ödənilən dəfn üçün müavinətin məbləği 600 manat;
- Əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin 3 misli miqdarında (960 manat);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun olaraq, sığortaolunanın (işləyərək maaşından sığorta haqqı tutulan şəxs) vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.
“Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi” haqqında 12 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2025-ci il iyulun 1-dən dəfn üçün birdəfəlik müavinətin məbləği 600 (altı yüz) manat (sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə münasibətdə) məbləğində müəyyən edilmişdir.
Dəfn pulu hardan alınır?
Dəfn üçün birdəfəlik müavinətin təyin olunması üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun ərazi bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Ölüm pulu kimlərə düşür?
Dəfn pulu aşağıdakı şəxslərin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə verilir:
- Əmək pensiyaçıları;
- Ömürlük müavinət alan dövlət qulluqçuları;
- Yaşa görə müavinət alanlar;
- Əlilliyə görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- İşsizlikdən sığorta ödənişi alanlar;
- İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər, yəni sığortaolunanlara.
Dəfn pulu kimlərə verilmir?
İşləməyən, sığorta ödənişi etməyən və əmək pensiyaçısı olmayan şəxslər üçün dəfn pulu ödənilmir. Bu halda dəfn üçün müavinətin ödənilməsindən imtina edilə bilər. Əgər şəxs işləyibsə, sığortaolunan şəxs olubsa, habelə əmək pensiyaçısı olubsa, ona bu ödəniş edilməlidir. Əgər ödənişin edilməsindən imtina edilərsə, iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət olunmalıdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Dəfn pulu neçə günə verilir?
Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə təyin edilib ödənilir, dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən bu müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizənizi, ərizə və şikayətlərinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Dəfn pulu 2026
Dəfn üçün müavinət birdəfəlik təyin olunan müavinət növlərindən biridir.
“Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sığortaolunanlara (işləyərək maaşından sığorta haqqı tutulan şəxslər) dəfn üçün müavinət məcburi dövlət sosial sığorta vəsaitləri hesabına Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.
“Əmək pensiyaları haqqında” Qanunun 42-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir.
Sığortaolunanlar dedikdə isə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının əsasən xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir.
İşləməyənlərə dəfn pulu verilirmi?
Belə ki, işləməyən və sığorta ödənişi etməyən şəxslər üçün dəfn pulu ödənilmir. Dəfn pulu aşağıdakı şəxslərin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə verilir:
- Əmək pensiyaçıları;
- Ömürlük müavinət alan dövlət qulluqçuları;
- Yaşa görə müavinət alanlar;
- Əlilliyə görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- İşsizlikdən sığorta ödənişi alanlar;
- İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər, yəni sığortaolunanlara.
Dəfn üçün müavinətin verilməsindən imtina edildikdə müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizənizi, ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.