Şəxsi məlumatların yayılması
Cinayət Məcəlləsinin 156-cı maddəsinə şəxsi məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Şəxsi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla digər şəxslərin hər hansı başqa üsulla tanış olmasıdır.
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Həmin cinayət işləri üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılır. Bu halda zərərçəkmiş şəxs və ya onun nümayəndəsi prokurorluq orqanına müraciət edə bilər.
Şəxsi məlumatlarının yayılması şəxsin şərəf və ləyaqətinin alçalmasına, habelə işgüzar nüfuzuna xələl gəlməsinə səbəb olubsa, şəxs ona dəymiş zərərin maddi və mənəvi zərərin əvəzinin (təzminat) ödənilməsini təlb edə bilər. Bunun üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır.
Habelə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxs mülki iddia qaldıraraq ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizənizi, habelə mülki iddia ərizəsini heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Şəxsi məlumatlar nədir?
Şəxsi birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat şəxsi məlumat hesab edilir. Məsələn, bunlar şəxsi məlumat sayılır: ad, soyad, ata adı; FIN kodu; şəxsiyyət vəsiqəsinin seriya nömrəsi; telefon nömrəsi; yaşayış ünvanı; bank kartı məlumatları; e-poçt ünvanı; şəkil və video görüntüsü; səs yazısı; barmaq izi və biometrik məlumatlar.
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyyətinə səbəb olur. Bu işlər üzrə istintaq aparılması prokurorluq orqanlarının səlahiyyətinə aiddir. Zərərçəkmiş şəxs bu vəziyyətlə qarşılaşdıqda dərhal prokurorluq orqanına məlumat verə bilər.
Əgər sizin də şəxsi məlumatlarınız icazəsiz olaraq yayılıbsa və ya ələ keçirilibsə, bu da siz həm maddi, həm də mənəvi zərər məruz qoyubsa, məhkəməyə müraciət edərək sizə dəymiş zərərin əvəzini tələb edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Konfidensial fərdi məlumatlar
Qanunvericiliyə əsasən şəxsi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.
Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Bu şəxsi məlumatlar qanunla nəzərdə tutulan hallarda və ya subyektin razılığı ilə istifadə oluna bilər.
Əks halda şəxsi məlumatlar açıqlanması və yayılması qadağan olunan məlumatlardır. Bunlara misal: şəxsiyyət vəsiqəsinin seriyası, fin kodu, telefon nömrəsi, yaşayış ünvanı,bank hesab məlumatları, sağlamlıq, ailə həyatı barədə məlumatlar və s.
Açıq kateqoriyalı fərdi məlumatlar
Qanunvericiliyə əsasən fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.
Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.
Bu məlumatlar sosial şəbəkələrdə (instaqram, facebook, sayt və s) açıq yerləşdirilib deyə hər kəs onu istədiyi kimi istifadə edə bilməz. Bu hal fərdi məlumatların məxsus olduğu şəxsin şəxsi toxunulmazlıq hüququnun pozuntusudur və cinayət məsuliyyətinə səbəb olur.
Şəxsi və ailə həyatına hörmət hüququ
Konstitusiyanın 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüququn qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırılması mümkündür.
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyir.
Həmin maddəyə əsasən Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət
edilməsi hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya
cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər
şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik
cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət
hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
Bu hüquq nələri qadağan edir?- İcazəsiz foto və ya video çəkiliş, şəxsi yazışmaların oxunması və ya yayılması, şəxsi məlumatların qanunsuz toplanması, ailə həyatına müdaxilə, şəxsi məlumatların razılıq alınmadan (razılıq olmadan) paylaşılması və s.
Bu hüquq pozularsa, polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Şəxsi həyatın toxunulmazlığı hüququnu pozma
Konstitusiyanın 32-ci maddəsində qeyd olunur ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
Şəxsi həyatın toxunulmazlığı hüququnu pozma Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti səbəb olur və həmin cinayətlərin istintaqı prokurorluq orqanları tərəfindən aparılır. Zərərçəkmiş şəxs və ya onun nümayəndəsi bu halda prokurorluq orqanına müraciət edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə mülki iddia ərizəsi və ya iddia ərizəsini heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Cinayət məcəlləsi 156
Şəxsi həyatın toxunulmazlığını pozma cinayətini törədən şəxs barəsində aşağıdakı cəzalar tətbiq edilir.
1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri
Eyni əməllər:
1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
2. pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə cəzası aşağıdakı kimidir:
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla mülki iddia ərizənizi və ya maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
İcazəsiz şəkil çəkmə
Bir şəxsin razılığı olmadan onun foto və ya videosunun çəkilməsi məsuliyyətə səbəb olur.
Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Belə hal baş verərsə, şəklin silinməsini tələb edə və ya polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə maddi və mənəvi zərərin ödənilməsi (təzminat ödənilməsi) tələbinə dair iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Qanunsuz video çəkiliş
Bir şəxsin razılığı olmadan onun videosunun çəkilməsi, habelə həmin görüntünün paylaşılması, yayılması cinayət məsuliyyətinə səbəb olur. Bu hal Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.
Belə hal baş verərsə, videonun silinməsini tələb edə və ya polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yayılmış fiziki şəxs onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
İcazəsiz şəkil paylaşma
Bir şəxsin şəklini onun icazəsi olmadan paylaşmaq cinayət məsuliyyətinə səbəb ola bilər. Belə ki, bu halda şəxsi həyatın toxunulmazlığı hüququ pozulmuş ola bilər.
Lakin ictimai yerdə – küçə, park, və digər ictimai yerlərdə çəkilən görüntülərin paylaşılması şəxsin hüquqlarını pozmadığı halda məsuliyyətə səbəb olmur. Burada məsuliyyət həmin görüntünün istifadə formasından asılı olaraq müəyyən edilir.
Belə ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu hal cinayət məsuliyyətinə səbəb olur. Cəzası aşağıdakı kimidir:
1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri
Eyni əməllər:
1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
2. pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə cəzası aşağıdakı kimidir:
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə.
İcazəsiz video çəkmə
İcazəsiz video çəkmə bir şəxsin razılığı olmadan görüntüsünün qeydə alınmasıdır.
Belə hal baş verərsə, video görüntünün silinməsini tələb edə və ya polisə və prokurorluq orqanlarına şikayət edə bilərsiniz. Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Fərdi məlumatların qorunması
“Fərdi məlumatlar haqqında” Qanuna əsasən fərdi məlumatların mülkiyyətçisi qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxsdir.
Fərdi məlumatların operatoru fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxsdir.
Fərdi məlumatlar toplandığı andan mühafizə olunur.
Fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır.
Konstitusiyanın 32-ci maddəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə mülki iddia ərizənizi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Fərdi məlumatlar lisenziya
Şəxsi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin (şəxsin) yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı ilə yol verilir.
Subyektin razılığı olmadan şəxsi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir:
1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə;
2. konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə;
3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda.
Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi yalnız qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Fərdi məlumatların mühafizəsinə dair tələblər
Qanunvericiliyə əsasən şəxsi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır.
Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizam verməlidirlər.
Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.
Fərdi məlumatlar ümumi istifadəli informasiya sistemlərinə açıq mənbələrdən daxil edildikdə həmin informasiya sisteminin operatoru daxil edilən məlumatların tərkibini və əldə edilmə mənbəyini subyektə bildirməlidir. Bu məlumatlar subyektin, məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə həmin informasiya sistemindən təxirə salınmadan çıxarılmalıdır.
Mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir.
Fərdi məlumatların mühafizəsinə dair tələblər Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Fərdi məlumatlar haqqında qanun
“Fərdi məlumatlar haqqında” Qanun 11 may 2010-cu ildə qəbul edilmişdir. Qanun şəxsi məlumatların qanuni qaydada toplanmasını, həmin məlumatların təhlükəsiz saxlanmasını, üçüncü şəxslərə qanunsuz verilməsinin qarşısının alınması, vətəndaşların öz məlumatlarına nəzarət hüququnu təmin etməyə xidmət edir.
Bu qanun fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir.