Categories
Ərizələr

Ölkədən çıxışa qadağa

Ölkədən çıxışa qadağa (stop) şəxsin Azərbaycan Respublikasının ərazisini tərk etməsinin qanunla müəyyən müddətə məhdudlaşdırılmasını nəzərdə tutur.

Ölkədən çıxışa qadağa (stop) qoyulması əsasən məhkəmə qərarı, icra sənədi və ya qanunda nəzərdə tutulmuş digər əsaslar üzrə tətbiq edilir. Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən müəyyən hallarda ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Ölkədən çıxışa qadağa (məhdudiyyət) tətbiq edilə bilən əsas hallar bunlardır:

  • Məhkəmə qərarının icra olunmaması;
  • Aliment borcu
  • Kredit və digər borclar
  • Cinayət prosesi ilə bağlı hallar
  • Hərbi xidmət öhdəliyi
  • Dövlət sirri ilə bağlı fəaliyyət.

Qeyd edilməlidir ki:

  • Sadəcə borcun olması avtomatik “stop” demək deyil.
  • Bununla bağlı məhkəmə qərarı və ya icra sənədi olmalıdır.
  • Məhdudiyyət müvəqqəti xarakter daşıyır və məhdudiyyət üçün əsas aradan qalxdıqda ləğv edilir.

Ölkədən çıxışa stop (məhdudiyyət) qoyulub-qoyulmaması barədə məlumatın əldə edilməsi üçün aidiyyəti qurumlara sorğu göndərə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq sorğuları heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Ölkədən getmək hüququnun məhdudlaşdırılması

“Ölkədən getmək hüququnun məhdudlaşdırılması” şəxsin Azərbaycan Respublikasını tərk etməsinin qanunla müəyyən edilən hallarda müvəqqəti olaraq qadağan edilməsidir. Bu qadağa yalnız qanuni əsaslar olduqda və səlahiyyətli dövlət orqanının qərarı ilə tətbiq edilə bilər.

Məhdudiyyətin götürülməsi üçün məhdudiyyəti tətbiq edən orqana və ya məhkəməyə müraciət edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla aiddiyəti orqanlara və məhkəməyə ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;

5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

5-1. müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda – çağırış üzrə qərar qəbul edilənədək;

6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək.

Ölkədən çıxışın məhdudlaşdırılması yoxlamaq

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını öyrənməyin bir neçə üsulu vardır. Bu barədə məlumatın verilməsi üçün Ədliyyə Nazirliyinin saytından istifadə edə bilərsiniz. Habelə, “mobil icra” tətbiqindən də istifadə edə bilərsiniz.

Bu barədə məlumatın verilməsi üçün Dövlət Vergi Xidmətinin saytından da istifadə edə bilərsiniz.

Bu barədə məlumatın əldə edilməsi üçün Dövlət Sərhəd Xidmətinə, Dövlət Vergi Xidmətinə rəsmi sorğu da göndərə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla sorğuları özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə məlumatın əldə edilməsi üçün həmçinin, icra sənədinin göndərildiyi icra şöbəsinə yaxınlaşa bilərsiniz.

Ölkədən çıxışa qadağa daha çox aliment borcu, bank və kredit təşkilatlarına olan borclar, vergi borcları, digər məhkəmə qərarlarının icra edilməməsi, habelə cinayət işi ilə əlaqədar tətbiq edilən prosessual məcburiyyət tədbirləri ilə əlaqədar qoyulur. Əsas aradan qalxdıqdan sonra məhdudiyyət də götürülür.

Ölkədən çıxışın məhdudlaşdırılması

Şəxsin ölkədən çıxış hüququnun məhdudlaşdırıldığı hallar:

  1. Belə ki, aliment borcu olduqda – Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyi icra edilmədikdə, icra məmurunun təqdimatı əsasında məhkəmə şəxsin ölkədən çıxışını müvəqqəti məhdudlaşdıra bilər. İcra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ölkədən çıxış məhdudlaşdırıla bilər.
  2. Kredit və digər borclar üzrə icra sənədi icra edilmədikdə – Məhkəmə qərarı qüvvəyə mindikdən sonra borclu qərarı icra etmirsə və icraatdan yayınırsa, çıxışa məhdudiyyət tətbiq oluna bilər. Təkcə borcun olması kifayət etmir; adətən icra sənədinin olması və borclunun icradan yayınması nəzərə alınır.
  3. Cinayət işi üzrə:
    Şəxs barəsində həbs qətimkan tədbiri, polis nəzarətinə vermə, başqa yerə getməmək barədə iltizam və digər qətimkan tədbirləri seçildiyi halda;
  4. Vergi borcları olduqda – Xüsusilə sahibkarlıq fəaliyyəti ilə bağlı böyük məbləğdə vergi borcu olduqda məhkəmə qaydasında məhdudiyyət tətbiq edilə bilər.
  5. Hərbi xidmətlə bağlı hallar – Həqiqi hərbi xidmətə çağırılan şəxslərin müəyyən dövrdə ölkədən çıxışı məhdudlaşdırıla bilər.
  6. Dövlət sirri ilə işləyən şəxslər – Dövlət sirri ilə bağlı fəaliyyət göstərən bəzi şəxslər üçün qanunla müəyyən müddətdə xaricə çıxış məhdudiyyəti tətbiq oluna bilər.

Ölkədən çıxışa stop yoxlamaq

Ölkədən çıxışa stop (məhdudiyyət) qoyulması ilə bağlı məlumatı Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, DİN, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinə müvafiq sorğuların göndərilməsi ilə və ya həmin qurumların saytı vasitəsilə öyrənmək olar.

Əgər barənizdə məhkəmə qərarı və ya icra sənədi varsa və sizin icra edilməmiş öhdəliyiniz varsa, ölkədən çıxışa məhkəmənin qərarı ilə stop (məhdudiyyət) qoyula bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla aidiyyəti qurumlara göndərilməsi üçün sorğularınızı özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Stop yoxlamaq din

Ölkədən çıxışa stop qoyulub-qoyulmaması barədə məlumat almaq üçün istifadə olunan asan və rahat üsullardan biri də DİN-nin E-polis mobil tətbiqindən istifadə etməkdir. Həmin tətbiq üzərində qeydiyyatdan keçməklə bu barədə dərhal məlumat əldə etmək mümkündür.

Asan xidmət stop yoxlamaq

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə məlumatın əldə edilməsi üçün Asan Xidmətə də yaxınlaşaraq məlumat əldə edə bilərsiniz.

Məhdudiyyətin götürülməsi üçün kifayət qədər əsaslar olduqda bu məhdudiyyəti tətbiq edən orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla həm aidiyyəti qurumlara, həm də məhkəməyə iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Vergi stop yoxlamaq

Ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığı barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytları vasitəsilə məlumat əldə edə bilərsiniz. Belə ki, Dövlət Vergi Xidmətinin new.e-taxes.gov.az saytına daxil olaraq sağ tərəfdə yerləşən “Xidmətlər” bölməsinə daxil olub “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” xanasını seçirsiniz, Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və FİN kodu daxil edib, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə məlumat əldə edə bilərsiniz.

Habelə, Dövlət Vergi Xidmətinə rəsmi qaydada sorğu da göndərərək bu məlumatı əldə edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla sorğunuzu özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Din stop yoxlamaq

Daxili İşlər Nazirliyinin E-polis tətbiqini yükləyərək ölkədən çıxışa məhdudiyyət qoyulub-qoyulmadığını öyrənə bilərsiniz. Burada DİN-in dövlət xidmətləri səhifəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə bağlı bölmə yer alır. Həmin bölməyə daxil olaraq tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarınızı daxil edərək ölkədən çıxışınıza stop(məhdudiyyət) qoyulub-qoyulmadığı barədə məlumat ala bilərsiniz.

Səfərbərlik stop yoxlamaq

Hərbi xidmət keçmə ilə əlaqədar olaraq şəxsin ölkədən çıxışına stop (məhdudiyyət) qoyula bilər. Bu barədə məlumatın əldə edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla sorğunuzu özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Dsx stop yoxlamaq

Ölkədən çıxışın məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə barədə Dövlət Sərhəd Xidmətindən məlumat almaq üçün həmin quruma sorğu göndərə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla sorğunuzu özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

E polis stop yoxlamaq

E-Polis” mobil tətbiqi Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış elektron xidmət platformasıdır. FIN kod, mobil nömrə və ya “Digital Login” vasitəsilə tətbiqə daxil olmaq mümkündür. Bu tətbiq vasitəsilə ölkədən getmək hüququ məhdudlaşdırılmış şəxslərlə bağlı bölməyə daxil olub bu barədə məlumat əldə edə bilərsiniz.

Ölkədən çıxışa qadağa

Bir neçə qurum və ya məhkəmə vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Belə ki, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Müdafiə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıra bilər. Belə ki, ölkədən getmək hüququ məhkəmə qərarı və ya istintaq orqanının qərarı ilə məhdudlaşdırıla bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ölkədən çıxışa məhdudiyyət qoyulub-qoyulmaması barədə aidiyyəti qurumlara sorğunuzu özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Ölkədən çıxışa stop yoxlamaq din

Ölkədən çıxışa stop qoyulub-qoyulmaması barədə məlumatın əldə edilməsinin rahat üsullarından biri də DİN-nin E-polis mobil tətbiqindən istifadə edilməsidir. Belə ki, həmin tətbiq üzərindən dövlət xidmətləri bölməsini seçirsiniz. Həmin bölmədə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə bağlı bölmə vardır. Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu və cavabdeh şəxslər barədə məlumatı oradan əldə edə bilərsiniz.

Ölkədən çıxışa qadağa yoxlamaq

Ölkədən çıxışa qadağa (stop) Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidmətinin DİN-nin (e-polis tətbiqi) saytları vasitəsilə yoxlanıla bilər. Belə ki, DİN-in E-polis mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı qısa müddətdə əldə etmək olar.

Digər dövlət qurumlarından bu barədə məlumatın əldə edilməsi üçün həmin orqanlara sorğu göndərilməsi tövsiyə olunur.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla sorğunuzu özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Deport yoxlamaq

Azərbaycan Respublikasından deport (ölkədən çıxarılma) barədə məlumatı aşağıdakı üsullarla əldə edə bilərsiniz:

Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi; Dövlət Sərhəd Xidmətinə, habelə səfirliyə və ya konsulluğa rəsmi qaydada sorğu göndərilməklə bu barədə məlumat əldə etmək olar.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla sorğunuzu özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Deport barədə qərar əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu dövlətin ərazisini məcburi qaydada tərk etməsi barədə qəbul edilən rəsmi qərardır. Deport şəxsin ölkədən çıxarılmasıdır. Ölkədən çıxışa stop şəxsin ölkədən çıxmasına mane olur.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aidiyyəti dövlət orqanı və ya məhkəmə qərarı əsasında məhdudlaşdırıla bilər.

Məhdudiyyətin götürülməsi üçün kifayət qədər əsaslar olduqda bu məhdudiyyəti tətbiq edən orqana və ya məhkəməyə müraciət edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi, sorğularınızı özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Habelə, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyaları ödənilmədikdə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərar qəbul edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir