Categories
Ərizələr

Boşanma zamanı kredit

Ər-arvad nikah dövründə ailə ehtiyacları üçün kredit götürüblərsə, boşanma zamanı həmin kredit bölgüsü üçün məhkəməyə müraciət etmək lazımdır.

Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiyada razılaşma olmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Boşanma zamanı kredit borcunu kim ödəməlidir?

Boşanma zamanı kredit borcunun kim tərəfindən ödəniləcəyi kreditin nə vaxt, hansı məqsədlə götürülməsindən və kimin adına rəsmiləşdirilməsindən asılıdır.

Ümumi qayda belədir:

  • Əgər kredit nikah dövründə ailənin ümumi ehtiyacları (mənzil, avtomobil, məişət əşyaları, təhsil və s.) üçün götürülübsə, məhkəmə onu ailənin ümumi öhdəliyi kimi qiymətləndirə bilər. Bu halda kredit borcu əmlak bölgüsü zamanı nəzərə alına bilər.
  • Əgər kredit yalnız ər və ya arvadın şəxsi məqsədləri üçün götürülübsə və ailənin mənafeyi üçün istifadə edilməyibsə, həmin borc adətən onu götürən şəxsin üzərində qalır.
  • Kredit müqaviləsi yalnız bir şəxsin adınadırsa, bank qarşısında borclu yenə də həmin şəxs olaraq qalır. Boşanma bankla bağlanmış müqaviləni dəyişdirmir. Lakin digər tərəf ailə ehtiyacları üçün istifadə olunmuş kreditə görə öz payını ödəməyə məhkəmə qərarı ilə məcbur edilə bilər.

Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edir.

Birgə nikah dövründə əldə edilmiş kreditin ər-arvad arasında bölünməsi üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Tərəflər arasında razılaşma əldə olunmasa, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizə pulsuz, məhkəmə üçün iddia ərizəsini heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Boşanma zamanı mülk bölgüsü

Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

  • Nikah dövründə ər-arvadın birgə vəsaiti hesabına əldə edilmiş əmlak (mənzil, ev, torpaq, avtomobil, mebel, məişət texnikası və s.) ümumi birgə mülkiyyət hesab olunur və, bərabər paylarla bölünür.
  • Nikahdan əvvəl əldə edilmiş əmlak onu əldə edən həyat yoldaşının şəxsi mülkiyyəti sayılır və bölgüyə daxil edilmir.
  • Hədiyyə və ya miras qaydasında əldə edilmiş əmlak, nikah dövründə əldə edilsə belə, onu alan şəxsin şəxsi mülkiyyəti hesab olunur və ümumi qaydada bölünmür.
  • Əgər nikah müqaviləsi bağlanıbsa, əmlak bölgüsü həmin müqavilənin şərtlərinə uyğun həyata keçirilir.

Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Nikah dövründə ipotekada olan mənzilin kreditini kim ödəməlidir?

Birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan pul vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

Birgə nikah dövründə ipoteka kreditləri hesabına əldə edilmiş fərdi yaşayış evi, mənzil və s. ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edir. İpotekalı mənzilin krediti bank qarşısında müqavilədə borcalan kimi göstərilən şəxs tərəfindən ödənilməlidir.

Nikah dövründə ipoteka ilə alınmış mənzilin kreditinin kim tərəfindən ödənilməsi məsələsi bir neçə amildən asılıdır.

Ümumi qayda belədir:

  • Əgər mənzil nikah dövründə ailənin ümumi ehtiyacları üçün ipoteka ilə alınıbsa, o, adətən ər-arvadın ümumi birgə əmlakı hesab edilir. Bu halda məhkəmə əmlak bölgüsü zamanı həm mənzilə olan payları, həm də kredit öhdəliyini nəzərə ala bilər.
  • Bank qarşısında isə yalnız kredit müqaviləsində borcalan kimi göstərilən şəxs məsuliyyət daşıyır. Boşanma bu öhdəliyi avtomatik olaraq dəyişmir. Bank digər həyat yoldaşından yalnız o halda ödəniş tələb edə bilər ki, o, müqavilə üzrə birgə borcalan və ya zamin olsun.
  • Əgər məhkəmə mənzili hər iki tərəfin ümumi əmlakı kimi qiymətləndirərsə, daxili münasibətlərdə kredit yükünün də tərəflər arasında paylaşdırılması barədə qərar qəbul edə bilər. Lakin bu qərar bankın müqavilə üzrə hüquqlarını dəyişmir.
  • Əgər ipoteka krediti ailənin deyil, yalnız bir tərəfin şəxsi ehtiyacları üçün götürülübsə və mənzil də onun şəxsi mülkiyyəti hesab edilirsə, kredit öhdəliyi də, bir qayda olaraq, həmin şəxsin üzərində qalır.

Məhkəmə hər bir işdə aşağıdakı halları qiymətləndirir:

  • ipoteka nə vaxt götürülüb (nikahdan əvvəl, yoxsa nikah dövründə);
  • mənzil hansı vəsait hesabına alınıb;
  • kredit ödənişləri hansı mənbədən edilib;
  • tərəflər arasında nikah müqaviləsinin olub-olmaması;
  • azyaşlı uşaqların mənafeyi və digər mühüm hallar.

İpoteka krediti hesabına əldə edilmiş əmlakın bölgüsü, həm də kredit ödənişlərinin bölgüsü üçün ərizə və iddia ərizələrinin Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla özünüz hazır edə bilərsiniz.

Birgə nikah dövründə kredit

Əgər ipoteka və ya digər kredit nikah dövründə ailənin ümumi ehtiyacları üçün götürülübsə, ümumi hüquqi yanaşma belədir:

  • Nikha dövründə ailə üçün kredit hesabına əldə edilmiş əmlak adətən ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur.
  • Boşanma zamanı məhkəmə əmlakla yanaşı kredit öhdəliyini də nəzərə alır və tərəflərin paylarını müəyyən edə bilər.
  • Bank qarşısında isə kredit müqaviləsində borcalan kimi göstərilən şəxs (və ya birgə borcalanlar) məsul olaraq qalır. Boşanma kredit müqaviləsini avtomatik dəyişmir.

Belə ki, məsələn, ər nikah dövründə ailənin yaşaması üçün ipoteka krediti ilə mənzil alıbsa, boşanma zamanı məhkəmə mənzilin hər iki tərəfə aid olduğunu müəyyən edərsə, kredit öhdəliyinin də tərəflər arasında bölüşdürülməsini nəzərə ala bilər. Lakin bank yenə də müqavilədə borcalan kimi göstərilən şəxsdən ödəniş tələb etmək hüququnu saxlayır.

Belə hallarda məhkəmə kreditin:

  • nikah dövründə götürülməsini;
  • ailənin ümumi ehtiyacları üçün istifadə olunmasını;
  • kredit ödənişlərinin hansı vəsait hesabına edilməsini;
  • tərəflərin digər mühüm hallarını qiymətləndirərək qərar verir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir