Categories
Ərizələr

Xəyanətə görə təzminat

Ər-arvad arasında nikahın pozulması səbəblərindən biri də xəyanətdir. Xəyanətə məruz qalmış tərəflər xəyanət nəticəsində şərəf və ləyaqətinin alçaldığını bildirirsə, habelə şəxsiyyət hüquqlarının pozulması əsası ilə məhkəməyə müraciət edərək ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini qarşı tərəfdən tələb edə bilər. Tələb olunan məbləğ real, ağlabatan olmalı və məqsədli şəkildə şişirdilməməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət də şamil olunmur. Yəni həmin hüquqları pozulan şəxs istənilən vaxt pozulmuş hüquqlarının bərpasını tələb edə bilər.

Şəxsiyyət hüquqlarına Azərbaycan Respublikası Konstitusiyasının III fəslində sadalanan hüquq və azadlıqlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə və daxili qanunvericilik aktlarında təsbit edilmiş sair hüquqlar (valideynlik, uşaqla ünsiyyət, unudulmaq hüquqları və s.) aiddir.

Şəxsiyyət hüquqlarının müdafiəsi usulları – şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılmasıdır. Məsələn, şəxsin razılığı olmadan yayılmış şəxsi həyat məlumatlarının, video və ya foto təsvirlərinin dərhal silinməsi tələb oluna bilər, xəyanətə məruz qalmış ər və ya arvad ona dəymiş ənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər, həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda, həmin media resursunda təkzib verilməsi tələb oluna bilər.

Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiya üsulları – maddi zərərin və mənəvi təzminatın ödənilməsidir. Məhkəmələr təzminat təyin edərkən pozuntunun növünü, dərəcəsini, davam etmə müddətini və baş verdiyi mühiti nəzərə almalıdır.

Şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər.

Şəxsiyyət hüquqlarının müdafiəsi və zərərin kompensasiyası tələblərinə baxılarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin xarakteri aydınlaşdırılmalı və buna uyğun tələbin hüquqi əsası müəyyən edilməlidir.

Xəyanətə görə təzminat almaq üçün məhkəmədə iddia qaldırarkən dövlət rüsumu iddianın məbləğindən asılı olaraq dəyişir.

Mənəvi təzminat tələblərinə dair iddia ərizəsində tələb edilmiş məbləğ göstərilməlidir. Həmin məbləğin göstərilməməsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinin pozulması hesab olunur və həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılma əsasıdır.

Xəyanət üstündə boşanma

Xəyanət nikahın pozulması üçün irəli sürülən səbəblərdən biri də xəyanət hesab olunur.

Ər və ya arvadın faktiki ailə münasibətləri pozulmuşdursa, digər tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edib nikahın pozulmasını istəyə bilər.

Məhkəmə boşanma işinə baxarkən yalnız xəyanət faktını deyil, ailə münasibətlərinin faktiki olaraq davam etməsinin mümkün olub-olmadığını araşdırır.

Tərəflərin birgə yaşayışı və ailənin saxlanılması mümkün deyilsə, məhkəmə nikahın pozulması barədə qətnamə qəbul edə bilər.

Xəyanətə görə təzminat üçün xəyanət faktını təsdiq edən sübutlar (yazışmalar, fotoşəkillər, videolar, şahid ifadələri və s.) məhkəməyə təqdim olunmalıdır. Lakin hər bir sübutun qanuni yolla əldə olunması vacibdir.

Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Qərarına əsasən xəyanətə məruz qalmış ər və ya arvad şəxsiyyət hüquqlarının pozulması əsası ilə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldıra bilər.

Belə ki, məhkəməyə müraciət edərək mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia 2025-ci ilin 24 dekabrından sonra meydana gələn və sübut olunan xəyanət hallarına aid edilir.

Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Boşanma (nikahın pozulması) üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət olunmalı və mediasiya prosesindən keçmək lazımdır. Mediasiya prosesində tərəflər arasında razılıq (barışıq) əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət olunur.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Mənəvi ziyan ali məhkəmə

Xəyanətə məruz qalmış şəxs ona dəymiş mənəvi ziyanın məbləği müəyyən edilərkən bu halda ümumi meyarlarla yanaşı, evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti və digər xüsusi hallar da nəzərə alınmalıdır.

Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).

Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

Mənəvi zərərə görə kompensasiya – hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəmə üçün ərizə və iddia ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Xəyanətə uğrayan qadın

Xəyanətə məruz qalan şəxs aşağıdakı hallarda məhkəməyə müraciət edə bilər:

Nikahın pozulması (boşanma) üçün, uşaqların atanın yoxsa ananın yanında qalacağının müəyyən edilməsi üçün, aliment tələbi ilə bağlı, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi üçün, əgər qarşı tərəf onun şərəf və ləyaqətini alçaldan məlumatlar yayıbsa, həmin hərəkətlərlə bağlı ayrıca iddia qaldıra bilər, habelə xəyanətə görə təzminat almaq üçün məhkəmədə iddia qaldıra bilər. Bunun üçün həmin hal sübutua yetirilməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla mediasiya və məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Hamilə qadın boşana bilərmi?

Bəli, hamilə qadın boşanma üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Hamilə qadının boşanma ilə bağlı iddia qaldırmadığı halda qarşı tərəf boşanma üçün məhkəməyə müraciət edə bilməz.

Ailə Məcəlləsinə görə, hamilə qadının nikahın pozulması üçün məhkəməyə müraciət etmək hüququ var. Qadın istədiyi halda hamiləlik dövründə və ya uşaq doğulduqdan sonra boşanma tələbi irəli sürə bilər. Ər-arvadının hamiləliyi dövründə və uşağın doğulmasından sonra bir il ərzində arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldıra bilməz.

Belə ki, Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Boşanma üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə yazılmalı və mediasiya təşkilatına müraciət olunmalıdır. Mediasiya prosesində razılıq əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla mediasiya və məhkəmə üçün ərizə və iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Xəyanətə görə təzminat necə almaq olar?

Xəyanətə məruz qalmış ər və ya arvad məhkəməyə müraciət edərək xəyanət nəticəsində ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər.

Belə ki, Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Qərarına əsasən xəyanətə məruz qalmış ər və ya arvad şəxsiyyət hüquqlarının pozulması əsası ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edə bilər.

Xəyanətə görə təzminat üçün məhkəməyə müraciət edən tərəfin məhkəməyə ödəməli olduğu dövlət rüsumu iddianın məbləğindən asılı olaraq dəyişir.

Xəyanət mütləq şəkildə sübuta yetirilməlidir. Sübut kimi foto və video materiallar, səs yazıları, yazışmalar (WhatsApp, Instagram və s.) və ya qeyri-rəsmi nikahdan olan övladın olması kimi hallar qəbul edilə bilər və bu sübutlar məhkəməyə təqdim edilə bilər.

Xəyanətə görə təzminat üçün mənəvi zərərin məbləği müəyyən edilərkən ər-arvadın yaşı, şəxsiyyəti, davranışı, həyat tərzi, evliliyin müddəti, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti və digər xüsusi hallar da nəzərə alınmalıdır. Tələb olunan məbləğ ağlabatan və real olmalı, əsassız şəkildə şişirdilməməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizə pulsuz, məhkəmə üçün iddia ərizəsini heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Xəyanət sözünün antonimi

Ali Məhkəmənin Qərarına əsasən ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları Konstitusiya, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən “Uşaq Hüquqlarına dair” Konvensiya, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarda təsbit edilmişdir.

Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ailə üzvlərindən qarşılıqlı yardım və hörmət gözləmək hüququ, ər-arvadın özünə soyad seçmək hüququ, ər-arvadın hüquq bərabərliyi, valideynlərin uşaqların tərbiyəsində, təhsilində iştirak etmək, onlarla ünsiyyət hüququ, uşaqların ad, ata adı və soyad daşımaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq, təhsil almaq, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmaqdan, istismar və zərərli təsirlərdən, cinsi istismardan, cinsi və məişət zorakılığından müdafiə olunmaq və sair hüquqlar aiddir. Aliment və əlavə xərclər almaq hüququ özü-özlüyündə əmlak hüquqları olsa da, bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər.

Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının əksəriyyəti qarşı tərəfin öhdəliyi ilə şərtləndirildiyindən, bu öhdəliklərin pozulması şəxsiyyət hüquqlarına müdaxilə ilə nəticələnən hüquqazidd əməl qismində çıxış edir. Xəyanət həmin hərəkətlərdən biridir.

Ər-arvadın ailə qanunvericiliyi ilə müəyyən edilən hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir.

Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsivəkil xidməti üçün müraciət edə bilərsiniz.

Xəyanət edən kişi ilə necə davranmalı?

Xəyanətə məruz qalan qadın bu halları sübut etdikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında qarşı tərəfdən tələb edə bilər.

Lakin xəyanət halları foto və video materiallardan, səs yazılarından, yazışmalarından (WhatsApp, Instagram və s.) istifadə olunmaqla sübuta yetirilməlidir.

Xəyanətə görə təzminat üçün mənəvi zərərin məbləği müəyyən edilərkən ər-arvadın yaşı, şəxsiyyəti, davranışı, həyat tərzi, evliliyin müddəti, sağlamlıq vəziyyəti və digər xüsusi hallar da nəzərə alınmalıdır. Tələb olunan məbləğ də əsassız şişirdilməməli və ağlabatan olmalıdır.

Konsultasiya

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəmə üçün ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir