Categories
Ərizələr

Pul tələbinə dair iddia ərizəsi

Əgər bir sahibkara və ya hüquqi şəxsə mal/məhsul vermisiniz, lakin pulunuzu geri ala bilmirsinizsə, bu halda pul tələbinə dair kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilərsiniz.

Belə ki, iddia ərizəsi, habelə ona əlavə olunan sənədlər (alqı-satqı müqaviləsi, qaimə və s.) yalnız elektron məhkəmə informasiya sistemi üzərindən yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə elektron göndərilməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə pul tələbinə dair iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

İddia ərizəsi ilə cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə elektron qaydada müraciət edilir.

Kommersiya mübahisələri

Kommersiya mübahisələri (pul tələbi və s.)sahibkarlıq fəaliyyəti zamanı tərəflər (fərdi sahibkarlar və ya hüquqi şəxslər) arasında yaranan əmlak və iqtisadi xarakterli mübahisələrdir. Həmin mübahisələr kommersiya məhkəmələrində baxılıb həll edilir.

Kommersiya mübahisələri üzrə tərəflər hər ikisi fərdi sahibkar, yaxud tərəflərdən biri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və digəri hüquqi şəxs olmalıdır.

Mübahisə müqavilədən və ya kommersiya öhdəliyindən yaranmalıdır.

Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə pul tələbinə dair iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Kommersiya nədir?

Kommersiya — insanların, sahibkarların və ya şirkətlərin iqtisadi fəaliyyət göstərərək mal, məhsul və ya xidmətlərin alqı-satqısı vasitəsilə gəlir əldə etməsinə yönəlmiş fəaliyyətdir. Bu anlayış əsasən ticarət, sahibkarlıq və bazar münasibətləri ilə bağlıdır.

“Kommersiya” sözü latın mənşəlidir və ümumi mənada “ticarət fəaliyyəti” deməkdir. Müasir dövrdə isə bu anlayış daha geniş məna daşıyır və yalnız mağazada məhsul satmaqla məhdudlaşmır. İstənilən qazanc məqsədli iqtisadi fəaliyyət kommersiya hesab oluna bilər.

Hüquqi baxımdan kommersiya fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericiliklə tənzimlənir. Kommersiya ilə məşğul olan şəxslər vergi ödəməli, qeydiyyatdan keçməli və müəyyən hüquqi öhdəliklərə əməl etməlidirlər.

Nəticə olaraq, kommersiya iqtisadi münasibətlərin əsas hissəsini təşkil edən, mal və xidmətlərin dövriyyəsi vasitəsilə gəlir əldə edilməsinə yönəlmiş fəaliyyətdir. Müasir dövrdə kommersiya həm ənənəvi ticarət formasında, həm də rəqəmsal və beynəlxalq səviyyədə geniş şəkildə inkişaf etmişdir.

Kommersiya məhkəməsi nədir?

Mülki Prosessual Məcəllənin 6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır.

Kommersiya mübahisələrinə birinci instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır.

Azərbaycanda hal-hazırda aşağıdakı kommersiya məhkəmələri fəaliyyət göstərir:

Bakı Kommersiya Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Şəki Kommersiya Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Gəncə Kommersiya Məhkəməsi, Naxçıvan MR Kommersiya Məhkəməsi.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla kommersiya məhkəməsi üçün pul tələbinə dair iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Kommersiya hüququ

Kommersiya hüququ — kommersiya (ticarət və sahibkarlıq) fəaliyyəti zamanı yaranan hüquqi münasibətləri tənzimləyən hüquq sahəsidir. Bu hüquq sahəsi sahibkarlar, şirkətlər, müəssisələr və digər kommersiya subyektləri arasında yaranan iqtisadi münasibətlərin hüquqi əsaslarını müəyyən edir.

Sadə ifadə ilə desək, kommersiya hüququ:

  • kimlərin sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəyini,
  • ticarətin hansı qaydalarla aparıldığını,
  • müqavilələrin necə bağlandığını,
  • tərəflərin hüquq və vəzifələrini,
  • kommersiya mübahisələrinin necə həll edildiyini müəyyən edən hüquq normalarının məcmusudur.

Sahibkarlıq fəaliyyətinin əsas əlamətləri aşağıdakılardır:

Sahibkarlıq fəaliyyəti müstəqilliklə xarakterizə olunur. Sahibkarlıq fəaliyyəti sistematik gəlir əldə edilməsinə yönəlmişdir. Həmçinin, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər dövlət qeydiyyatından keçməlidirlər.
Kommersiya hüququnun subyektlərini qanunla müəyyən olunmuş qaydada yaradılmış və hüquqi (və ya) dövlət qeydiyyatından keçmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdir.

Buraya fərdi sahibkarlar, kommersiya hüquqi şəxsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-kommersiya hüquqi şəxslər təşkil edir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla qarşı tərəf üçün pretenziyanı, kommersiya məhkəməsinə iddia ərizəsini özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Kommersiya hüququ pdf

Kommersiya hüququ sahibkarlıq və mənfəət məqsədli iqtisadi fəaliyyətlə bağlı yaranan hüquqi münasibətləri tənzimləyən hüquq sahələrindən biridir.

Kommersiya hüququnun subyektlərini sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər təşkil edir.

Həmin subyektlər arasında yaranan kommersiya mübahisələləri müqavilə üzrə öhdəliklərin icra edilməməsindən, borcun icra edilməməsi və ya gecikdirilməsi kimi mübahisələrdən yaranır (əsas borcu, faiz borcunun, dəbbə pulunun ödənilməməsi, və s.)

Kommersiya mübahisələri üzrə işlərə də kommersiya məhkəmələrində baxılır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla pul tələbinə dair pretenziya, məhkəmə üçün iddia ərizəsini  özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Kommersiya hüququ dərslik

Kommersiya hüququ — sahibkarlıq və ticarət fəaliyyəti zamanı yaranan hüquqi münasibətləri tənzimləyən hüquq sahəsidir. Bu hüquq sahəsi kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin və təşkilatların hüquq və vəzifələrini müəyyən edir, iqtisadi münasibətlərin qanun çərçivəsində həyata keçirilməsini təmin edir və kommersiya dövriyyəsində hüquqi sabitlik yaradır.

Kommersiya hüququnun prinsiplərinə aşağıdakıları aid etmək olar:

Kommersiya hüququ subyektlərinin bərabərldiyi prinsipi; müqavilə azaldığı prinsipi; kommersiya hüququ subyektlərin iradə sərbəstliyi prinsipi; sahibkarların əmlak müstəqilliyi prinsipi; mülkiyyətin toxunulmazlığı prinsipi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradalması prinsipi; pozulmuş hüquqların bərpasının təmin edilməsi və onların məhkəmə müdafiəsi prinsipi; azad sahibkarlıq fəaliyyəti prinsipi; vahid iqtisadi məkan prinsipi; inhisarlıqdan müdafiə və rəqabət prinsipi; qanunçuluq prinsipi.

Kommersiya hüququnun subyektlərinə – qanunla müəyyən olunmuş qaydada yaradılmış və hüquqi (və ya) dövlət qeydiyyatından keçmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdir.

Kommersiya məhkəməsinə iddia ərizəsi

Kommersiya məhkəməsinə pul tələbinə dair iddia ərizəsi yazılı şəkildə özünüz və ya nümayəndəniz vasitəsilə imzalanmaqla yalnız elektron qaydada təqdim edilməlidir.

Kommersiya mübahisələri üzrə (pul tələbinə dair və s.) iddia ərizəsi elektron qaydada məhkəməyə təqdim edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır.

Məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl qarşı tərəfə mütləq qaydada pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Əks halda iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır.

Qarşı tərəfə pretenziya, məhkəməyə iddia ərizəsini Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Vöen kommersiya

Ümumiyyətlə, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər dövlət qeydiyyatından keçməklə, VÖEN-ə (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə) əldə etməlidirlər.

Məhkəmə aidiyyəti

Mülki Prosessual Məcəlləyə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

Kommersiya mübahisəsi üzrə iddia cavabdehin (fərdi sahibkarın) rəsmi qeydə alındığı yerin, hüquqi ünvanının yerləşdiyi yer üzrə kommersiya məhkəməsinə verilir.

Hüquqi şəxsə iddia hüquqi şəxsin hüquqi ünvanının olduğu yer üzrə kommersiya məhkəməsinə verilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla həm pretenziya, həm də məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə bilərsiniz.

İddia ərizəsi dövlət rüsumu

Kommersiya məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərkən qiymətləndirilən iddia tələbi üzrə dövlət rüsumunun məbləği iddia tələbindən asılı olaraq dəyişir.

Əgər iddia qiyməti 1000 manatadək olarsa, dövlət rüsumu 30 manat təşkil edəcək. İddia tələbi 1000 manatdan artıq olarsa, dövlət rüsumunun məbləği dəyişir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir