Ölüm haqqında şəhadətnamənin alınması
Ölüm haqqında şəhadətnamənin alınması üçün elektron qaydada, yaxud da qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinə yaxınlaşa bilərsiniz.
Ölüm haqqında şəhadətnamə ölüm haqqında tibbi sənəd (şəhadətnamə) əsasında verilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə ərizənizi sistem üzərindən verilən sualları cavablamaqla özünüz hazır edə, habelə ödənişsiz hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Ölüm haqqında şəhadətnamə elektron
Vəfat etmiş şəxsin yaxın qohumu “mygov” üzərindən ölümün qeydə alınması üçün müraciət edə və “Ölüm haqqında şəhadətnamə”ni elektron formada əldə edə bilər. Bu barədə şəhadətnamə ölüm haqqında tibbi sənəd (şəhadətnamə) əsasında verilir.
Ölümün elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və EHİS vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.
Ölümün qeydə alınması üçün dövlət rüsumu ödənilmir.
Ölümün qeydə alınmasından və bu barədə şəhadətnamə verilməsindən imtina olunduqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Belə ki, ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmək lazımdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Ərizə ərizəçinin qeydiyyat yeri üzrə məhkəməyə verilir. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.
Ölüm haqqında şəhadətnamə itirildikdə
Ölüm haqqında şəhadətnamə itirildikdə bu barədə təkrar şəhadətnamə və ya arayış verilir.
Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası ərazisi üzrə Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur.
Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir.
Ölüm haqqında təkrar şəhadətnamənin verilməsi üçün 3 manat dövlət rüsumu nəzərdə tutulur.
Ölüm haqqında arayışın verilməsi üçün isə ödəniş nəzərdə tutulmur.
Ölüm haqqında şəhadətnamə neçə günə verilir?
Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
Ölüm haqqında şəhadətnamə verildikdən sonra ölüm haqqında müavinət təyin edilir. Həmin müavinətin məbləği 600 manat təşkil edir. Təxminən 10 gün və ya 1 ay müddətində ödənilir.
Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır.
Ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmadıqda ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət olunmalıdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla öülm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Ölüm kağızı necə alınır?
Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır və bu barədə şəhadətnamə verilir.
Ölüm haqqında şəhadətnamə ölüm haqqında tibbi sənəd (şəhadətnamə) əsasında verilir. Şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bunun üçün qeydiyyat yeri üzrə məhkəməyə ərizə ilə müraciət olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ölüm faktının müəyyən edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə bilərsiniz.
Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Asan xidmət ölüm haqqında şəhadətnamə
Zəruri olan sənədlərin siyahısı:
1.Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı (Forma 106), ölüm haqqında feldşer arayışı);
2.Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
3.Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun yaşamasına icazəni təsdiq edən sənədlər;
4.Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
İlkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Təkrar şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər:
1.Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
2.Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr);
3.Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Bunun üçün dövlət rüsumu 3 manat təşkil edir.
Şəhadətnamənin verilməsi üçün kimlər müraciət edə bilər?
1.Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
2.Ölmüş şəxsin qohumları;
3.Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Ölüm haqqında şəhadətnamə online
Vəfat etmiş şəxsin yaxın qohumu “mygov” üzərindən ölümün qeydə alınması üçün elektron qaydada müraciət edə və “Ölüm haqqında şəhadətnamə”ni elektron formada əldə edə bilər.
Ölüm haqqında şəhadətnamə
Ölüm haqqında şəhadətnamə ölüm haqqında tibbi sənəd (şəhadətnamə) əsasında verilir. Ğlüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə yolu ilə müəyyən edilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizənizi hazır edə bilərsiniz.
Məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
Ölüm haqqında şəhadətnamə dublikat
Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Təkrar şəhadətnamənin verilməsi üçün 3 manat dövlət rüsumu tələb olunur. Ölüm haqqında arayış üçün isə heç bir dövlət rüsumu tələb edilmir.
Ölüm haqqında tibbi arayış
Ölüm haqqında tibbi arayış ölüm haqqında tibbi şəhadətnamədir. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır.
Tibbi Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.
Ölüm haqqında şəhadətnamənin verilməsi
Ölüm haqqında şəhadətnamə ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasənda verilir.
Şəhadətnamənin alınması üçün üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinə müraciət oluna bilər.
Ölüm qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu tələb edilmir.
Ölüm haqqında həkim arayışı forma 106
Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” (Qayda) ilə tənzimlənir.
“Ölüm haqqında tibbi şəhadətnamə’’ mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ölüm faktının müəyyən edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə bilərsiniz.
Ölüm haqqında şəhadətnamə pdf
Ölüm haqqında şəhadətnamənin verilməsi üçün həm elektron qaydada, həm də qeydiyyat şöbəsinə yaxınlaşaraq müraciət edə bilərsiniz.
Ölümün qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:
1.Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı (Forma 106), ölüm haqqında feldşer arayışı);
2.Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
3.Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun yaşamasına icazəni təsdiq edən sənədlər;
4.Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
Ölümün qeydə alınması üçün dövlət rüsumu ödənilmir.
Ölüm haqqında şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Buna görə də məhkəməyə ərizə ilə müraciət olunmalıdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Hüquqi faktın müəyyən edilməsi ərizə forması
Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.
Məhkəmə hüquqi əhəmiyyəti olan faktları (ölümün qeyd edilmə faktı) o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.
Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Ölüm faktının müəyyən edilməsi iddia ərizəsi
Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Ərizə yazılı formada ərizəçinin qeydiyyat yeri üzrə məhkəməyə təqdim edilməlidir. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz, habelə vəkil xidməti üçün müraciət edə bilərsiniz.