Categories
Ərizələr

Atam xəstədir, necə onun qəyyumu təyin oluna bilərəm?

Əgər sizin valideyniniz psixi pozuntularına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyilsə, həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz.

Bunun üçün ərizə qeydiyyat yeriniz üzrə məhkəməyə təqdim edilməlidir. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Məhdud fəaliyyət qabiliyyəti nədir?

Belə ki, 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar məhdud fəaliyyət qabiliyyətli şəxslərdir.

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Bu halda həmin şəxslər üzərində himayəçi təyin edilir.

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək lazımdır. Məhkəməyə müraciət üçün dövlət rüsumu 100 manat təşkil edir.

Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iş üzrə məhkəməyə ərizə onun ailə üzvləri, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə verilir.

Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumlu və himayəçilik komissiyası) tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.

Fəaliyyət qabiliyyəti olmayan şəxs kimdir?

Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

Bu halda həmin şəxslər üzərində qəyyumluq təyin edilir.

Əgər valideyniniz psixi pozuntularına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyilsə, həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz.

Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Bunun üçün məhkəmə rüsumu 100 manat təşkil edir.

Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Qəyyum nədir?

Belə ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

Psixi pozuntuya görə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxılmalıdır. 

Çıxarılan məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Qəyyumluq və ya himayəçilik barədə məhkəmənin qərarından narazı qaldığınız halda apellyasiya instansiyasına müraciət edə bilərsiniz. Apellyasiya şikayəti qətnamənin elanından sonra 30 gün ərzində verilməlidir. Şikayət ərizəsində sübutlar, yeni faktlar və hüquqi əsaslar göstərilməlidir. Məhkəmə materialları yenidən araşdırır və qərarı qüvvədə saxlaya, dəyişdirə və ya ləğv edə bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün apellyasiya şikayətinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Qəyyumluq nədir?

Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir.

Psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.

Şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi və onların üzərində qəyyum və ya himayəçinin təyin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Qəyyumluq üçün tələb olunan sənədlər

Yetkinlik yaşına çatmayan şəxs üzərində Qəyyum və Himayəçi təyin edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısını təqdim edirik:

1. Rayon İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə;

2. Qəyyumun və ya himayəçinin tərcümeyi-halı;

3. İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;

4. Yaşayış yerindən 2 saylı forma arayış;

5. Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin notariat qaydada təsdiq edilmiş surətləri);

6. Qəyyumluğa və ya himayəçiliyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq əraziləri;

7. Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;

8. Qəyyumluğa və ya himayəçiliyə götürənin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

9. Qəyyumluğa və ya himayəçiliyə götürənin nikah haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;

10. Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın təhsil alması barədə arayış;

11. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi;

12. Qəyyum və ya himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onloloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar.

Şəxsin məhdud fəaliyyətli qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün isə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Qəyyumluq necə verilir?

Yetkinlik yaşına çatmayan şəxsin üzərində qəyyum təyin edilməsi üçün yerli icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmək lazımdır. Qəyyumluq və Himayəçilik Komissiyasının Qərarı əsasında qəyyum və ya himayəçi təyin edilir.

Psixi pozuntusu olan şəxsin üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək lazımdır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Qəyyum təyin olunması

Qəyyumu və ya himayəçini qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan 3 ay ərzində təyin edir.

Psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

Qəyyumluq sənədi

Yetkinlik yaşına çatmayan şəxs üzərindən qəyyum təyin edildiyini göstərən sənəd yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilən qərardır. Həmin Qərar əsasında qəyyum təyin olunan şəxsə vəsiqə verilir.

Bundan başqa məhkəmə qətnaməsi əsasında qəyyum təyin edilən şəxsə qətnamə qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında vəsiqə də verilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Kimlər qəyyum ola bilər?

Mülki Məcəllənin 35.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin olunmurlar.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Himayəçi nədir?

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.

Himayəçi yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Məhkəmə qətnaməsi yerli icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.

Qəyyumluq və himayəçilik haqqında qanun

Qəyyumluq və himayəçiliklə bağlı məsələləri tənzimləyən hər hansı bir qanun yoxdur. Qəyyumluq və himayəçilik orqanlarının fəaliyyəti və bununla bağlı məsələlər əsasən ailə və mülki qanunvericiliklə tənzimlənir.

Qəyyumluğa götürmə qaydaları

Psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi üçün məhkəməyə ərizə ilə müraciət olunur.

Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Patronaj təyin edilməsi

Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmır.

Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.

Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Qəyyumluq və himayəçilik kimlərə təyin edilir?

Qəyyum – 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində təyin edilir.

Himayəçi – 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.

Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında şəxsin üzərinə qəyyum və himayəçi təyin edilir. Lakin təyin edilmiş qəyyumluq və himayəçiliyin ləğvi də mümkündür.

Belə ki, şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, Qəyyumluq və Himayəçilik Komissiyasının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi məhkəmə qətnaməsi əsasında mümkündür. Belə ki, məhkəmə bu barədə qətnamə qəbul edir. Məhkəmənin qətnaməsi əsasında onun üzərində təyin edilmiş himayəçilik ləğv edilir.

Məhkəmə şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsinin ləğv edilməsi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzәrindә müəyyən edilmiş qəyyumluq ləğv edilir.

Şəxs üzərində təyin edilən qəyyuluq və himayəçiliyin ləğvi üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Habelə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Qəyyumluq və himayəçilik komissiyası

Qəyyumluq və Himayəçilik Komissiyası yerli icra hakimiyyəti Başçısı yanında fəaliyyət göstərir.

Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir.

Bu qurumlar müraciətləri qəbul edir, şəxs barəsində məlumat toplayır, məhkəməyə təqdimat hazırlayır və təyin edilmiş qəyyumun fəaliyyətinə sistemli nəzarət həyata keçirirlər.

Qəyyumluq və himayəçilik haqqında əsasnamə

Hal-hazırda Qəyyumluq və Himayəçilik haqqında Əsasnamə qəbul edilməyib.

Qəyyumluq və himayəçilik orqanları və onların fəaliyyəti ailə və mülki qanunvericiliklə müəyyənləşdirilir.

Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşir.

Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə üçün ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir