Əmlak bölgüsü iddia ərizəsi
Qanunvericiliyə əsasən nikaha daxil olanadək və ya nikah dövründə hədiyyə şəklində verilmiş qızıl-zinət və cehiz əşyaları ər-arvadın birgə mülkiyyəti hesab olunmur. Həmin əmlak boşanma zamanı ər-arvad arasında bölünmür.
Qızıl-zinət və cehiz əşyalarını könüllü şəkildə geri qaytarılması mümkün olmadıqda, qızıl-zinət əşyalarının geri qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb edə bilərsiniz. Bunun üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində razılaşma əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Məhkəməyə qızıl-zinət və cehiz əşyaların geri qayatrılması tələbinə dair iddia ərizəsi yazılı şəkildə hazırlanır, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır, elektron məhkəmə kabineti vasitəsilə və ya şəxsən məhkəməyə təqdim olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair mediasiya təşkilatına ərizənizi pulsuz şəkildə, məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Boşanma zamanı əmlak bölgüsü
Qızıl-zinət və cehiz əşyalarını ər könüllü şəkildə geri qaytarmırsa, o zaman həmin əşyaların geri qaytarılmasını və ya geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsini qarşı tərəfdən tələb edə bilərsiniz. Bunun üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiya prosesində razılıq əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Buna görə mediasiya xərci 60 manat, məhkəmə xərci 50 manat təşkil edir.
Ailə Məcəlləsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Boşanma zamanı əmlak bölgüsü ilə bağlı tərəflər arasında qarşılıqlı razılaşma olmazsa, əmlak bölgüsü məhkəmə qaydasında həyata keçirilir.
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin əmlak ər-arvad arasında bölünmür.
Belə ki, arvada nikaha daxil olanadək və ya nikah dövründə hədiyyə şəklində verilən qızıl-zinət və cehiz əşyaları onun şəxsi əmlakını təşkil edir və bölünmür.
Qızıl zinət əşyalarının qaytarılması qətnamə
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir.
Qızıl-zinət əşyaları könüllü şəkildə geri qaytarılmadıqda onun geri qaytarılması üçün əvvəlcə mediasiya təşkilatına müraciət etməlisiniz. Mediasiya təşkilatı tərəfindən hər iki tərəfə mediasiya prosesində iştirakla bağlı bildiriş göndərilir və əşyaları tələb edən tərəf mediasiya prosesində iştirak etməlidir. Qarşı tərəf prosesdə iştirak edə də bilər, etməyə də bilər.
Əgər tərəflər arasında qızıl-zinət əşyalarının geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi ilə bağlı mediasiya prosesində razılıq əldə olunarsa, tərəflər Barışıq Sazişi bağlayır. Tərəflər bununla da məhkəmədən kənar məsələni həll etmiş olurlar.
Mediasiya prosesində tərəflər arasında razılaşma əldə olunmadıqda, iddiaçı mediasiyadan arayış əldə edib, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.
Qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia tam və ya qismən təmin edildikdə bu barədə məhkəmə qətnamə çıxarır. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi vaxtdan bir ay müddətində ondan apellyasiya şikayəti verilə bilər, əgər apellyasiya şikayəti verilməzsə, qətnamə qüvvəyə minir və icraya yönəlir.
Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda, bağışlanmış əşya hesab edilmir. Bu hal əsassız varlanmadır.
Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyinə əsasən nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur.
Bu halda siz qarşı tərəfdən ona nişan dövründə verilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edə bilərsiniz. Belə ki, bunun üçün mediasiya təşkilatına müraciət etmək tələb edilmir. Bunun üçün birbaşa məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Məhkəmə rüsumu 100 manat təşkil edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla həm mediasiya üçün ərizənizi, həm də məhkəmə üçün iddia ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Boşanma zamanı qızıl
Nikaha daxil olanadək və ya nikah dövründə qadına hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları onun şəxsi əmlakı hesab olunur. Boşanma zamanı həmin qızıl-zinət əşyaları ər-arvad arasında bölgü predmeti sayılmır. Əgər ər və ya arvad qızıl-zinət əşyalarını könüllü şəkildə geri qaytarmaqdan imtina edirsə, qızıl-zinət əşyalarını tələb edən tərəf həmin qızıl-zinət əşyalarının geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsini qarşı tərəfdən tələb edə bilər.
İddia ərizəsi ilə məhkəməyə müraciət olunursa, iddiaçı ilk növbədə sözügedən əşyaların mövcud olduğunu sübüta etməlidir.
Həmin əşyaların mövcudluğu fotolar və ya videolar vasitəsilə sübut oluna bilər. Yəni qızıl-ziynət əşyalarının qadının üzərində olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər. Onu da qeyd edək ki, arvad tərəfindən ərə hədiyyə edilən qızıl-zinət əşyaları ərə məxsus hesab olunur və o da ona məxsus həmin qızıl-zinət əşyalarını qarşı tərəfdən tələb edə bilər.
İddiaçı məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiyada tərəflər arasında razılaşma əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Məhkəməyə təqdim edilən sənədlər arasında qızıl-zinət əşyalarının siyahısını və dəyərini özündə əks etdirən qiymətləndirmə rəyi olmalıdır. Qiymətləndirmə rəyini əldə etmək üçün qiymətləndirici təşkilata müraciət etmək lazımdır.
Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən həmin qiymətləndirmə rəyi də məhkəməyə təqdim edilən sənədlər siyahısında olmalıdır. Mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə rüsumu isə qızıl-zinət əşyalarının özü tələb edildiyi halda 50 manat, dəyəri tələb edildiyi halda isə onların dəyərinə uyğun olaraq hesablanıb dövlət rüsumu ödənilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair mediasiya təşkilatına ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi cəmi 10 manat ödəniş etməklə özünüz hazır edə bilərsiniz.
Cehiz əmlak tələbi qətnamə
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Cehiz qızın (gəlinin) ailəsi tərəfindən gəlinə verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakı hesab olunur. Yəni cehiz ər-arvadın birgə mülkiyyətinə aid deyil.
Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını (əşyalarını) qarşı tərəfdən tələb edə bilər. Oğlan evi tərəfindən cehiz qıza könüllü verilməlidir.
Əgər cehiz əmlakı qarşı tərəf könüllü şəkildə qaytarmırsa, bu zaman şəxs məhkəməyə müraciət etməklə cehiz əmlakı tələb edə bilər.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiyada tərəflər arasında barışıq əldə edilmədikdə, “cehiz əşyaların geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.
İş məhkəməyə gedərsə, iddiaçı ilk növbədə sözügeden əşyaların mövcud olduğunu sübuta yetirməlidir. Bu əşyaların mövcudluğu fotolar və ya videolar vasitəsilə sübut oluna bilər. Yəni cehiz əşyalarının mövcud olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər. Bununla yanaşı həmin əşyaların siyahısı və dəyərini özündə əks etdirən qiymətləndirmə rəyi də məhkəməyə təqdim edilməlidir.
Mediasiya xərci 60 manat, məhkəmə xərci 50 manat təşkil edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair mediasiya təşkilatına ərizənizi pulsuz şəkildə, məhkəməyə iddia ərizənizi cəmi 10 manat ödəniş etməklə özünüz hazır edə bilərsiniz.
Boşanma zamanı cehiz
Nikaha daxil olanadək və ya nikah dövründə qadına verilmiş cehiz əşyaları onun şəxsi əmlakı hesab olunur. Boşanma zamanı həmin cehiz əşyaları bölünmür. Əgər ər cehiz əşyalarını könüllü şəkildə geri qaytarmaqdan imtina edirsə, cehiz əşyalarını tələb edən tərəf həmin cehiz əşyalarının geri qaytarılması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsini qarşı tərəfdən tələb edə bilər.
Cehiz əşyalarının mövcud olduğunu əks etdirən foto və ya videogörüntülər məhkəməyə sübut kimi təqdim oluna bilər.
İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiya prosesində tərəflər arasında razılaşma əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Məhkəməyə təqdim edilən sənədlər arasında cehiz əşyalarının siyahısını və dəyərini özündə əks etdirən qiymətləndirmə rəyi olmalıdır.
Mediasiya xərci 60 manat təşkil edir. Məhkəmə rüsumu isə cehiz əşyalarının özü tələb edildiyi halda 50 manat təşkil edir, dəyəri tələb edildiyi halda isə onların dəyərinə uyğun olaraq hesablanıb dövlət rüsumu ödənilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq qızıl-zinət və cehiz əşyaların geri qaytarılması tələbinə dair həm mediasiya təşkilatına ərizənizi ödənişsiz, məhkəməyə iddia ərizənizi cəmi 10 manat ödəniş etməklə özünüz hazır edə bilərsiniz.
Ailə məcəlləsi əmlak bölgüsü
Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
Əmlak bölgüsü ilə bağlı mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
Qızıl-zinət və cehiz əşyaları ər tərəfindən könüllü şəkildə arvada geri qaytarılmazsa, o zaman arvad həmin qızıl-zinət və cehiz əşyaların geri qaytarılmasını və ya qızıl-zinət və cehiz əşyaların geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsini tələb edə bilər. Hər bir tərəfə hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları onların hər birinin mülkiyyətidir. Bu birgə əmlak hesab edilmir. Cehiz əmlak da arvada ailəsi tərəfindən verilən hədiyyə hesab olunduğuna görə həmin əmlak da tərəflərin birgə əmlakı hesab edilmir.
Əmlak tələbi üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində razılıq əldə edilmədikdə qızıl-zinət və cehiz əşyaların geri tələb tələb olunması və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Mediasiya xərci 60 manat, məhkəmə xərci 50 manat təşkil edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması və ya qızıl-zinət və cehiz əşyaların geri qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.