Doğum haqqında şəhadətnamə elektron
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır.
Belə ki, valideynlər “mygov” üzərindən doğumun qeydə alınması üçün müraciət edə və “Doğum haqqında şəhadətnamə”ni elektron formada əldə edə bilərlər.
Doğum haqqında şəhadətnamə doğum haqqında tibbi sənəd əsasında verilir. Əgər həmin sənəd olmazsa, doğum faktının müəyyən edilməsi üçün doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərsiniz.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə doğum faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Həmin işə xüsusi icraat qaydasında baxılacaq. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edəcək. Çıxarılan məhkəmə qətnaməsi doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
Doğum haqqında şəhadətnamə təkrar
Doğum haqqında şəhdətnamə itirildikdə təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd; Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Dövlət rüsumunun məbləği 3 manat təşkil edir.
Doğum haqqında təkrar şəhadətnamənin verilməsindən əsassız imtina edilərsə, məhkəməyə müraciət etmək hüququnuz var. Belə ki, bu halda doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərsiniz.
Ərizə ərizəçinin qeydiyyat yeri üzrə məhkəməyə təqdim edilir. Məhkəmə qətnaməsi doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi üçün əsas hesab edilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla doğum faktının müəyyən edilməsi üçün məhkəməyə ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Doğum haqqında şəhadətnamə
Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Doğum qeydə alındıqda bu barədə doğum haqqında şəhadətnamə verilir.
Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd;
6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
Doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə
Yeni doğulmuş uşağa doğum haqqında şəhadətnaməni almaq üçün həm elektron qaydada, həm də Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə yaxınlaşmaqla müraciət edə bilərsiniz.
Uşağa doğum haqqında şəhadətnamə verildikdən sonra doğum haqqında müavinət də təyin edilir. Müavinətin məbləği 600 manat təşkil edir.
Doğum haqqında tibbi şəhadətnamə
Doğum haqqında tibbi şəhadətnamə (sənəd) doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında tibbi şəhadətnamə olmadıqda, doğum faktı məhkəmə qaydasında müəyyən edilir.
Bunun üçün məhkəməyə ərizə təqdim edilməlidir. Ərizə ərizəçinin qeydiyyat yeri üzrə məhkəməyə təqdim edilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizənizi özünüz hazır edə bilərsiniz.
Doğum haqqında şəhadətnamə itirildikdə pdf
Doğum haqqında şəhadətnamə itirildikdə, təkrar şəhadətnamənin verilməsi üçün “Asan Xidmət” mərkəzləri və ya Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etmək olar. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün 3 manat dövlət rüsumu nəzərdə tutulur.
Doğum haqqında şəhadətnamə neçə günə verilir?
Doğum haqqında şəhadətnamə müraciət edildiyi vaxtdan 1 gün müddətində hazırlanır və verilir. Doğum haqqında şəhadətnamə verildikdən sonra uşağın doğulmasına görə birdəfəlik 600 manat məbləğində müavinət də təyin edilir. Müavinət təxminən 10 gün və ya 1 ay ərzində ödənilə bilər.
Asan xidmət doğum haqqında şəhadətnamə
Doğum haqqında şəhadətnaməni “Asan Xidmət” Mərkəzində yerləşən qeydiyyat şöbələrindən də əldə edə bilərsiniz. Bunun üçün aşağıdakı şəxslər müraciət edə bilər.
1.Valideynlər və ya onlardan biri;
2.Valideynlər müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər.
Doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddət (1 ay) keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər.
Əgər doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilərsə, doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək olar. Bu barəddə çıxarılan məhkəmə qətnaməsi doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olan doğum faktının müəyyən edilməsi barədə məhkəməyə ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Doğum haqqında şəhadətnamə almaq üçün sənədlər
Həmin sənədlər aşağıdakılardır:
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (Forma 103);
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
- Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
- Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Metirka neçə günə verilir?
Valideynlər “mygov” üzərindən doğumun qeydə alınması üçün müraciət edə və “Doğum haqqında şəhadətnamə”ni elektron formada əldə edə bilərlər.
Habelə doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Asan Xidmət Mərkəzlərində yerləşən qeydiyyat şöbəsinə və ya rayon (şəhər) qeydiyyat şöbələrinə müraciət edə bilərlər. Doğum haqqında şəhadətnamə (metrka) 1 gün müddətində müraciət edən şəxsə verilir.
Metirka almaq üçün sənədlər
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (Forma 103);
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
- Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
- Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Metirka itirmək
Doğum haqqında şəhadətnamə (metirka) itirildikdə doğum haqqında təkrar şəhadətnamə və ya arayış verilməsi üçün qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi yaxınlaşmaq olar.
Təkrar şəhadətnamə verildikdə 3 manat dövlət rüsumu tutulur, bu barədə arayış verildikdə isə dövlət rüsumu tutulmur.
Doğum haqqında şəhadətnamə itirilməsi
Doğum haqqında şəhadətnamə itirildikdə təkrar şəhadətnamə və ya bu barədə arayış verilməsi üçün müraciət olunur.
Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası ərazisi üzrə Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur.
Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir.
Doğum haqqında şəhadətnamənin dublikatı
Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə doğum haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Doğum haqqında təkrar şəhadətnamələrin verilməsi üçün qeydiyyat şöbəsinə yaxınlaşa bilərsiniz.
Təkrar şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun məbləği 3 manat təşkil edir. Doğum haqqında arayışın verilməsi üçün ödəniş tələb edilmir.
Əgər doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilərsə, doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bunun üçün məhkəməyə ərizə ilə müraciət olunmalıdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq doğumun qeydə alınması üçün doğum faktının müəyyən edilməsi barədə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Doğum haqqında şəhadətnamə rüsum
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu tələb edilmir.
Lakin doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun məbləği 3 manat təşkil edir. Doğum haqqında arayış isə pulsuz verilir.
İtirilmiş doğum haqqında şəhadətnamə
Doğum haqqında şəhadətnamə itirildikdə Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə doğum haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qanun
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaları Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir.
Doğum faktının müəyyən edilməsi qətnamə
Doğumun qeydə alınması və bu barədə şəhadətnamənin verilməsindən imtina olunduqda, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmək lazımdır.
Doğum faktının müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar göstərilməlidir.
Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq doğum faktının müəyyən edilməsi barədə məhkəməyə ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz, habelə vəkil xidməti üçün müraciət edə bilərsiniz.