Categories
Ərizələr

Kompensasiya nədir?

İstifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya işçinin işlədiyi müddətdə istifadə etmədiyi illik məzuniyyət günlərinin qarşılığında ona pul şəklində ödənilən ödənişdir.

İşçi həmin məzuniyyət günlərindən istifadə etməyibsə, əmək müqaviləsinə xitam verilərkən ona işəgötürən həmin istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş etməlidir.

Belə ki, həmin ödəniş yalnız işdən çıxarkən ödənilir.

İşçi işlədiyi müddətdə istifadə etmədiyi bütün məzuniyyət günlərinə görə pul alır.

Əgər sizin istifadə edilməmiş məzuniyyət günləriniz olubsa və işdən çıxanda buna görə ödəniş verilməyibsə, işəgötürən həmin ödənişi verməkdən imtina edirsə, məhkəmə qaydasında həmin ödənişi almaq olar. Belə ki, bunun üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz.

Mediasiyada razılıq əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla mediasiya üçün ərizənizi ödənişsiz, məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Əmək məcəlləsi kompensasiya

Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, işçi müvafiq iş ilində əmək müqaviləsi ilə müəyyən edilmiş məzuniyyət hüququndan istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya (pul) ödənilir.

Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir.

Belə ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.

İstifadə edilməmiş məzuniyyətə görə ödənişin verilməsi məzuniyyət haqqının hesablanması ilə eynidir.

Əgər istifadə etmədiyiniz məzuniyyət günlərinə işəgötürən sizə kompensasiya ödəməkdən imtina edərsə, kompensasiyanın tələb olunması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz.

Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində işəgötürənlə aranızda razılıq əldə olunmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizənizi, mediasiya üçün ərizənizi, məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Məzuniyyət kompensasiya ərizəsi

İstifadə edilməmiş məzuniyyətə görə ödəniş ala bilməyən işçi əvvəlcə işəgötürənə müraciət edə bilər. Əgər işəgötürən kompensasiyanın verilməsindən imtina edərsə, bu zaman işçi məhkəməyə müraciət edərək ödəniş ala bilər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

İxtisar edilən işçiyə kompensasiya ödəniş

Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçinin əmək müqaviləsinə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla işdənçıxarma müavinətinin ödənilməsi tələbinə dair məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması məzuniyyət haqqının hesablanması ilə eynidir.

Belə ki, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü isə məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.

Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Belə ki, müəyyən edilmiş bir günlük əmək haqqının məbləği istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulmaqla kompensasiya məbləği müəyyən edilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

İstifadə olunmamış məzuniyyətə görə kompensasiyadan tutulmalar

İstifadə olunmamış məzuniyyətə görə ödənilən ödəniş ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına (işçidən 3%, işəgötürəndən 22 %) cəlb edilir. Yəni işçiyə ödənilən kompensasiyadan gəlir vergisi və məcburi sosial sığorta haqları da tutulur və qalan məbləğ işçiyə ödənilir.

Kompensasiya ödənişi

İstifadə edilməmiş məzuniyyətə görə ödəniş əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməlidir.

Əgər işdən çıxarkən sizinlə son haqq hesab aparılarkən sizə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənişi edilməzsə, məhkəməyə müraciət edərək kompensasiya ödənişinizi tələb edə bilərsiniz.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizə, iddia ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Kompensasiya necə hesablanır?

İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı zamanı işçiyə ödənilən müavinət orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb ödənilir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə məzuniyyət haqqının hesablanması ilə eynilik təşkil edir.

İxtisar zamanı kompensasiya hesablanması

İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əmək müqaviləsinə xitam verilərkən işçiyə işəgötürən tərəfindən orta aylıq əmək haqqına uyğun olaraq müavinət kompensasiya verilir. Orta aylıq əmək haqqı hər ay üçün alınan əmək haqqının orta məbləğidir.

Misal üçün bizə may, iyun, iyul aylarının əmək haqqıları verilibsə, bu zaman orta aylıq əməkhaqqını hesablaya bilərik.
may –  300 manat
iyun –  400 manat
iyul –  500 manat

Bu halda orta aylıq əməkhaqqı belə tapılacaq: (300+400+500) / 3 ay = 400 manat.
Orta əməkhaqqını hesablamaq üçün isə son 2 ay əsas götürülür və orada olan iş günləri tapılır. 

Belə ki, işçiyə stajdan asılı olaraq orta aylıq əmək haqqına uyğun olaraq müavinət (kompensasiya) ödənilir.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya

Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.

Belə ki, müqavilənin hansı səbəbdən ləğv olunmasından asılı olmayaraq işçiyə müvafiq iş ilində istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Həmin kompensasiyanın (pul əvəzinin) verilməsi həm əsas, həm də əlavə məzuniyyətə aid edilir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Kompensasiya hesablanması

Əgər sizə ödənilməli olan kompensasiya ödənişi düzgün hesablanmazsa və ya hesablanmış həmin kompensasiyanın sizə verilməsindən imtina olunarsa, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz.

Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiyada razılıq əldə olunmadıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək olar. Mediasiya xərci 60 manat, məhkəmə rüsumu tələb edilmir.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Kompensasiya hesablanması qaydası

İstifadə olunmamış məzuniyyətə görə kompensasiya məzuniyyət haqqının hesablanması ilə eyniyyət təşkil edir.

Belə ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Kompensasiyanın hesablanması kalkulyatoru

Əmək qanunvericiliyə əsasən məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görəödəniş hesablanarkən də tətbiq edilir. 

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 

Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. 

12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Kompensasiya əmri

“Kompensasiya əmri” işəgötürən tərəfindən işçiyə ödənilməli olan kompensasiya ödənişinin rəsmiləşdirilməsi üçün verilən sənəddir.

Hüquqi məsləhət

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq istər əmək, istər sə də digər mübahisələr üzrə məhkəməyə ərizələrinizi, iddia ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməkləsistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir