Atalığın müəyyən edilməsi iddia ərizəsi
Ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, belə olan halda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
Belə ki, atalığın müəyyən edilməsi üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət edib mediasiya prosesindən keçmək lazımdır. Əgər mediasiyada razılaşma əldə olunmazsa, atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Bunun üçün mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.
Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerin məhkəməsinə də verilə bilər. Bunun üçün məhkəməyə yaşayış yerindən arayış təqdim edilməsi kifayətdir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, atalığın müəyyən edilməsi tələbinə dair məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə
Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında mümkündür. Atalıq məhkəmə qaydasında müəyyən edildikdə qeydiyyat şöbəsi “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən atalığı qeydə alır.
Atalıq müəyyən edildikdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Müvafiq qeydiyyat şöbəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir.
Atalığın müəyyən edilməsinin qeydə alınması üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:
- Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə ərizəsi;
- Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Uşağın doğum haqqında şəhadətnaməsi;
- Atalıq məhkəmə qaydasında müəyyən edilərsə qanuni qüvvəyə minmiş qətnamə;
- Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
5.1. qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd;
5.2. ananın ölümü haqqında şəhadətnamə (surəti);
5.3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
5.4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
5.5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
Atalığın müəyyən edilməsinin qeydə alınması və buna dair şəhadətnamənin verilməsi üçün dövlət rüsumu yoxdur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq atalığın müəyyən edilməsinə dair iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Nigahdan kənar uşaq
Ailə Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, istər tərəflərin birgə ərizəsi, istərsə də məhkəmənin qətnaməsi ilə atalıq müəyyən olunduqda, nikahdan kənar doğulmuş uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, aralarında nikah olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla atalığın müəyyən edilməsinə dair məhkəməyə iddia ərizəsini özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Uşağa atalığın verilməsi
Əgər ər-arvad nikaha daxil olublarsa, onların birgə nikahından doğulmuş uşaqların ata adı ərin, ana adı arvadın adı olaraq müəyyən edilir. Yəni tərəflərin nikahının olması atalıq verilməsi üçün əsas hesab edilir. Lakin ata aralarında rəsmi nikah olsa da, uşağın atası olmadığını hesab edirsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilər.
Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
Əgər uşaq nikahdan kənar doğularsa, uşağın atası uşağa atalıq verməkdən imtina edərsə, atalıq məhkəmə qaydasında müəyyən edilə bilər. Bunun üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Mediasiya xərci 60 manat, məhkəmə rüsumu 50 manat təşkil edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla atalığın müəyyən edilməsi üçün məhkəməyə iddia ərizəsini özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Atalığın müəyyən edilməsi analizi
Atalığın müəyyən edilməsi zamanı genetik müayinə (DNT testi) məhkəməyə qədər həll edilə bilər. Əgər könüllü olaraq bu testin əldə edilməsi olmadıqda isə məhkəmədə atalığın müəyyən edilməsi zamanı məhkəmə tibbi-bioloji ekspertizanın keçirilməsi barədə məhkəməyə təqdim edilən vəsatət əsasında həyata keçirilə bilər. Bununla bağlı məhkəmə qərardad çıxardır və aidiyyəti üzrə müvafiq quruma göndərir.
Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq atalığın müəyyən edilməsi tələbinə dair mediasiya təşkilatına ərizə, məhkəməyə iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Doğum haqqında şəhadətnamə asan xidmət
Doğumun qeydə alınması və bu barədə şəhadətnamə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsi (və ya ASAN Xidmət mərkəzlərində yerləşən qeydiyyat şöbəsi) tərəfindən verilir. Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
Ailə Məcəlləsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Atalıq testi qiyməti
Atalığın müəyyən edilməsi və ya atalığın mübahisələndirilməsi zamanı genetik müayinə – DNT testi atanın uşağın bioloji atası olub-olmadığını müəyyən etməyə imkan verir. Testin qiyməti təxminən 2000-3000 manat arası dəyişir. Həmin xərci testi tələb edən tərəf ödəyir.
Atalığın müəyyən edilməsi zamanı ekspertizanın keçirilməsi ilə əlaqədar yaranan xərcləri həmin tələbi irəli sürən tərəf (iddiaçı) ödəyir. Əgər iddiaçının xeyrinə iş üzrə məhkəmə qətnaməsi çıxarsa, belə olan halda həmin xərclər cavabdeh tərəfindən ödənilir.
İddia ərizəsi nümunəsi
Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsi və ona əlavə olunan sənədlər elektron məhkəmə sistemində yaradılmış (e-mehkeme.gov.az) elektron kabinet vasitəsilə elektron qaydada müvafiq məhkəməyə göndərilə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün iddia ərizənizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
Ailə məcəlləsi (atalıq/analıq)
Belə ki, Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (yəni analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsi tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
Əgər uşaq aralarında nikah bağlanmış şəxslərdən olarsa, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğularsa, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə (nikah haqqında şəhadətnamədə) təsdiq olunur.
Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur.
Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.