Zamin nədir?
Əgər borclu öz borcunu və ya müqavilə üzrə öhdəliyini yerinə yetirməzsə, kreditor həmin tələbi zaminə qarşı da irəli sürə bilər.
Zaminlik başqa bir şəxsin götürdüyü kreditin qaytarılmasına görə sizin də məsuliyyət daşımağınızdır.
Zaminin məsuliyyəti
Zamin:
- əsas borca,
- faizlərə,
- gecikdirmə cərimələrinə,
- kreditorun çəkdiyi bəzi xərclərə görə də məsuliyyət daşıya bilər (müqavilənin şərtlərindən asılı olaraq).
Əgər zamin borcu ödəyərsə, sonradan həmin məbləğin borcludan geri alınmasını tələb etmək hüququ qazanır.
Belə ki, zamin iddia ərizəsi ilə borclunun qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edərək ödədiyi pul məbləğini geri tələb edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə iddia ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Zaminlik haqqında qanun
Zaminlik münasibətlərini tənzimləyən hər hansı bir qanun yoxdur. Bu münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Zamin borclunun öhdəliyinin icrasına görə kreditor qarşısında məsuliyyət daşıyır. Zamin borcu ödədikdən sonra həmin məbləğin borcludan geri alınmasını tələb edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Zamin durmaq nə deməkdir?
Zamin durmaq — başqa bir şəxsin borcuna və ya müqavilə üzrə məsuliyyətinə təminat vermək deməkdir. Yəni siz zamin olduqda, əsas borclu şəxs öz öhdəliyini yerinə yetirməsə, qanunla və ya müqavilə ilə müəyyən edilmiş hallarda həmin borcun ödənilməsinə görə siz də zamin olduğunuz halda məsuliyyət daşıyırsınız.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəməyə ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Kimlər zamin dura bilməz?
Zamin ola biləcək şəxslər üçün ümumi qadağalar məhduddur. Əsas şərt şəxsin mülki fəaliyyət qabiliyyətinə malik olmasıdır.
Aşağıdakı şəxslər zamin dura bilməz və ya onlarla bağlanan zaminlik müqaviləsi etibarsız hesab olunur.
- 18 yaşına çatmamış şəxslər (yetkinlik yaşına çatmayanlar);
- Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslər;
- Məhdud fəaliyyət qabiliyyətli şəxslər.
Praktikada isə banklar və digər kreditorlar əlavə tələblər qoyurlar və aşağıdakı şəxsləri zamin kimi qəbul etməyə bilərlər:
- Rəsmi gəliri olmayan şəxslər;
- Pis kredit tarixçəsi olan şəxslər;
- Gecikmiş kredit borcları olan şəxslər;
- Gəliri öhdəliklərini qarşılamaq üçün kifayət etməyən şəxslər;
- Pensiya və ya digər gəlirləri çox aşağı olan şəxslər.
Yəni qanun baxımından zamin durmaq qadağan olmayan şəxs bank tərəfindən zamin kimi qəbul edilməyə bilər.
Zaminliyi olanlara kredit verən banklar
Zaminliyi olan şəxslərə kredit verilməsi mümkündür, lakin bu, bankın kredit siyasətindən və şəxsin maliyyə vəziyyətindən asılıdır.
Ancaq nəzərə almaq lazımdır ki, zamin olduğunuz kredit sizin maliyyə yükünüz kimi qiymətləndirilə bilər; borclunun gecikmələri varsa, bu kredit alma imkanınıza mənfi təsir göstərə bilər, gəliriniz və digər öhdəlikləriniz kifayət qədərdirsə, kredit almağınız mümkündür.
Mülki Məcəllənin 477 ci maddəsi
Mülki Məcəllənin 477-ci maddəsində zaminlik müqaviləsi xitam verilməsi halları öz əksini tapmışdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Bankda zamin hüquqları
Zaminin əsas hüquqları aşağıdakılardır:
- Kredit müqaviləsi ilə tanış olmaq hüququ
- Borcun vəziyyəti barədə məlumat almaq hüququ
- Borcluya qarşı etirazları irəli sürmək hüququ
- Ödənilmiş məbləğin borcludan geri alınmasını tələb etmək hüququ (Əgər zamin banka borcu ödəyibsə, ödədiyi məbləğin borcludan qaytarılması üçün məhkəməyə müraciət edə bilər)
- Borcu təsdiq edən sənədləri tələb etmək hüququ
- Zaminliyin xitam verilməsini tələb etmək hüququ
Zaminlik müqaviləsini imzalamazdan əvvəl onun müddəti, məsuliyyət həddi və bankın zaminə qarşı hansı hallarda tələb irəli sürə biləcəyi diqqətlə yoxlanılmalıdır.
Zaminin ödədiyi borcu əsas borcludan tələb etmək hüququ
Zamin borclunun borcunu ödəyərsə, ödədiyi məbləğin geri qaytarılmasını borcludan tələb etmək hüququ əldə edir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Məhkəməyə müraciət edərkən adətən aşağıdakı sübutlar təqdim olunur:
- Zaminlik müqaviləsi;
- Kredit müqaviləsi;
- Borcun zamin tərəfindən ödənilməsini təsdiq edən bank sənədləri;
- Borcluya göndərilmiş tələb məktubları (olduqda).
Əgər zamin borcun yalnız bir hissəsini ödəyibsə, həmin hissə üzrə də borcluya qarşı tələb irəli sürə bilər. Məhkəmə zaminin ödədiyi məbləğin həqiqətən onun tərəfindən ödənildiyini müəyyən etdikdən sonra, bir qayda olaraq həmin məbləğin borcludan tutulması barədə qətnamə qəbul edə bilər.
Zaminin borcun ödənilməsini borcludan tələb etmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddia ərizəsində göstərilən tələbin məbləğindən asılı olaraq məhkəməyə dövlət rüsumu ödənilməlidir. Tələb 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 1000 manatdan yuxarı olduqda dövlət rüsumunun məbləği dəyişir.
Zaminlik müqaviləsi nümunə
Zaminlik müqaviləsində adətən aşağıdakı məlumatlar öz əksini tapır:
- Tərəflər haqqında məlumatlar
- Kreditorun adı (bank və ya digər şəxs);
- Borclunun adı, soyadı, şəxsiyyət vəsiqəsi məlumatları;
- Zaminin adı, soyadı, şəxsiyyət vəsiqəsi məlumatları və ünvanı.
- Əsas öhdəlik
- Zaminliyin hansı borca görə verildiyi;
- Kredit və ya digər müqavilənin nömrəsi və tarixi;
- Borcun məbləği.
- Zaminin məsuliyyətinin həcmi
- Zaminin əsas borca görə məsuliyyəti;
- Faizlərə görə məsuliyyəti;
- Cərimə və dəbbə puluna görə məsuliyyəti;
- Məhkəmə və icra xərclərinə görə məsuliyyəti.
- Məsuliyyətin növü
- Zaminin borclu ilə birgə (solidar) məsuliyyət daşıyıb-daşımadığı;
- Yaxud əlavə (subsidiar) məsuliyyət daşıyıb-daşımadığı.
- Zaminliyin müddəti
- Zaminliyin hansı müddət üçün verildiyi;
- Müddət göstərilmədikdə zaminliyin qüvvədə qalma şərtləri.
- Kreditorun hüquqları
- Borclu öhdəliyi yerinə yetirmədikdə Zamindən tələb etmək hüququ;
- Borcun tam və ya qismən tələb edilməsi qaydası.
- Zaminin hüquqları
- Borcu ödədikdən sonra həmin məbləğin borcludan geri tələb edilməsi hüququ;
- Regress tələbi ilə məhkəməyə müraciət etmək hüququ.
- Tərəflərin imzaları
- Kreditorun, borclunun və zaminin imzaları;
- Müqavilənin bağlanma tarixi və yeri.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Zamin durmaq
Zamin durmaq o deməkdir ki, siz başqa bir şəxsin borc və ya digər öhdəliyini yerinə yetirəcəyinə təminat verirsiniz. Əgər həmin şəxs öhdəliyini yerinə yetirməzsə, kreditor (məsələn, bank) tələbi sizə qarşı da irəli sürə bilər.
Zamin duran şəxs aşağıdakıları bilməlidir?
- Zamin olmaq sadəcə formal imza deyil, hüquqi məsuliyyət yaradır.
- Borclu krediti ödəmədikdə, bank borcun ödənilməsini zamindən tələb edə bilər.
- Zamin əsas borca, faizlərə və bəzi hallarda cərimələrə görə də məsuliyyət daşıya bilər.
- Zamin borcu ödədikdən sonra həmin məbləği borcludan tələb etmək hüququna malikdir.
Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
Zamin borcu ödədikdən sonra ödədiyi məbləğin geri qaytarılmasını borcludan tələb etmək hüququ əldə edir. Bunun üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək lazımdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Zaminlik müqaviləsi
Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanır.
Əgər əsas borclu və zamin borcu tam məbləğdə ödəyə bilmirsə, borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla borcun hissə-hissə ödənilməsi, habelə pul tələbi ilə bağlı iddia ərizəsini özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Zaminlik yoxlamaq
Əgər öz adınıza hər hansı kredit üzrə zamin olub-olmadığınızı yoxlamaq istəyirsinizsə, bunu bir neçə yolla edə bilərsiniz:
- “Azərbaycan Kredit Bürosu” MMC vasitəsilə kredit hesabatınızı əldə edin. Kredit hesabatında həm öz kreditləriniz, həm də zamin olduğunuz öhdəliklər əks oluna bilər.
- Kredit götürdüyünüz və ya zamin durduğunuz banka müraciət edin və məlumat tələb edin.
- Elektron xidmətlər mövcuddursa, şəxsiyyət vəsiqəsi məlumatlarınızla daxil olaraq kredit tarixçənizi yoxlaya bilərsiniz.
Zaminlikdən imtina
Əgər siz hələ zaminlik müqaviləsini imzalamamısınızsa, istənilən vaxt zamin olmaqdan imtina edə bilərsiniz.
Zamin birtərəfli qaydada “mən zamin olmaq istəmirəm” deyərək zaminlikdən çıxa bilməz. Zaminlik əsas öhdəlik başa çatana və ya qanunda nəzərdə tutulmuş digər əsaslar yaranana qədər qüvvədə qalır.
Mülki Məcəllənin 477-ci maddəsində zaminlik müqaviləsinə xitam verilməsinin halları göstərilmişdir.
Krediti olan şəxs zamin dura bilərmi?
Bəli, krediti olan şəxs də zamin dura bilər. Kredit borcunun olması şəxsin zamin olmasını qadağan etmir.
Məsələn, şəxs aylıq 1.600 manat gəlir əldə edir və artıq aylıq 1.300 manat kredit ödənişi varsa, bank onu zamin kimi qəbul etməyə bilər. Əksinə, kredit öhdəliyi olsa da, gəlirləri kifayət qədər yüksəkdirsə, zamin kimi qəbul edilə bilər.
Zaminlik müqaviləsinə xitam verilməsi
Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminlik müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:
1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;
4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
