Nikahın etibarsız hesab edilməsi
Nikah yalnız qanunla göstərilən şərtlər daxilində bağlandıqda hüquqi qüvvəyə malik olur. Əgər bu şərtlər pozularsa və ya nikah ailə həyatı qurmaq niyyəti olmadan yalnız formal məqsədlərlə bağlanarsa, həmin nikah etibarsız (saxta nikah) hesab olunur. Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah nikah yaşı, nikaha mane olan hallar və tibbi müayinəyə dair tələblər pozularaq bağlanıbsa, həmçinin tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan saxta nikaha daxil olubsa, bu nikah etibarsız sayılır.
Nikah yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Ailə Məcəlləsinin 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Ədliyyə Nazirliyinin) informasiya sisteminə ötürülür.
Etibarsız nikah onun bağlandığı gündən etibarsız hesab olunur, yəni əvvəldən hüquqi qüvvəsi olmamış kimi qiymətləndirilir.
Nikahın etibarsız sayılmasını tələb etmək hüququ yalnız müəyyən şəxslərə aiddir. Ailə Məcəlləsinin 26-cı maddəsində həmin şəxslər qeyd edilmişdir.
Əgər nikah bağlandıqdan sonra yetkinlik yaşına çatmış şəxs varsa, yalnız həmin şəxs özü bu hüquqa malikdir. Nikah könüllü razılıq olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya tərəf nikah bağlanarkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmədiyi halda qurulubsa, hüquqları pozulan tərəf məhkəməyə müraciət edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq nikahın etibarsız hesab edilməsi barədə məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Əgər nikahın bağlanmasına qanuna görə mane olan hallar barədə məlumatı olmayan şəxs varsa, həmin şəxs də bu hüquqa malikdir. Bundan başqa, əvvəlki nikahı pozulmamış ər və ya arvad, 12-ci maddədə göstərilən tələblər pozulduqda hüquqları zərər çəkmiş digər şəxslər, müvafiq icra hakimiyyəti, saxta nikah bağlandığını bilməyən tərəf və ya ağır xəstəliyi gizlədilmiş ər və ya arvad da nigahın etibarsız sayılmasını tələb edə bilər.
Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmə işinə baxılana qədər faktiki olaraq ailə həyatı qurublarsa, bu nikah artıq saxta hesab edilə bilməz. Lakin qanunla qadağan olunmuş qohumluq halları mövcuddursa və ya nikah bağlanarkən tərəflərdən birinin başqa şəxslə mövcud nikahı varsa, bu nikah heç bir halda etibarlı sayıla bilməz.
Nəticə olaraq, əgər nikah etibarsız sayılarsa, o, bağlandığı gündən hüquqi nəticələr doğurmur və sanki heç vaxt mövcud olmayıb kimi qəbul edilir. Lakin yaxşı niyyətlə ailə həyatı qurmaq istəyən tərəfin, xüsusilə də uşaqların hüquqları qanunla qorunur.
Nigaha daxil olma qaydaları
Nikaha daxil olmaq istəyən tərəflər həmin nikahı qeydə aldırmalıdırlar. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər ərizə verdikdən 1 ay sonra həmin orqanda şəxsən iştirak etməklə nikah bağlaya bilərlər.
Lakin üzürlü səbəblər olduqda bu müddət icra hakimiyyəti tərəfindən azaldıla bilər və ya 1 aydan çox olmayaraq uzadıla bilər. Xüsusi hallarda, məsələn, hamiləlik və ya uşağın doğulması kimi vəziyyətlərdə nikah ərizə verilən gün də bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri yalnız nikahın dövlət qeydiyyatına alındığı gündən yaranır. Əgər müvafiq icra hakimiyyəti nikahı qeydiyyata almaqdan imtina edərsə, tərəflər bu qərardan inzibati qaydada və ya məhkəməyə müraciət edə bilərlər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəmə üçün ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Nikaha daxil olmaq üçün şəxsin 18 yaşına çatması vacibdir. Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaşdır.
Nikahın bağlanması üçün Ailə Məcəlləsinin 11-ci maddəsində göstərilən əsas şərtlər mövcuddur. Tərəflərin yazılı razılığı, nikah yaşına çatması və tərəflərin tibbi müayinədən keçməsi mütləqdir. Əgər Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallar mövcuddursa, nikah bağlana bilməz.
Qanuna görə nikaha mane olan hallar bunlardır: Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
övladlığa götürənlər və övladlığa götürülənlər;
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;
ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Əgər tərəflərdən biri özündə dəri-zöhrəvi xəstəlikləri və ya İİV infeksiyasını (AİDS) gizlədirsə, digər tərəf nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşları diplomatik nümayəndəliklərin akkreditə olunduğu ölkədə seçdikləri tibb müəssisəsində müayinədən keçə bilərlər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq nikahın etibarsız hesab edilməsi üçün mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Nikah üçün müraciət
Nikah yaşına çatmış tərəflər nikahın qeydə alınması üçün müvafiq hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyiinə müraciət edə bilərlər.
Nigah üçün tibbi müayinə
Nikah bağlamanın əsas şərtlərindən biri də nikaha daxil olan tərəflərin tibbi müayinədən keçmələridir.
Asan xidmət nikah üçün sənədlər
Nikaha daxil olmaq üçün tələb olunan sənədlər bunlardır:
Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri;
Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış (qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır);
Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;
1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı;
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Dövlət rüsumunun məbləği 10 manat təşkil edir.
Nigah yaşı 2026
Hal-hazırda Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilmişdir.
Nigah yaşının azaldılması
Ailə Məcəlləsinə 10.2-ci maddəsi nikah yaşının bir il azaldılmasını nəzərdə tuturdu. Lakin 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən həmin maddə ləğv edilmişdir. Ailə Məcəlləsinə əsasən nikah yaşının azaldılmasına yol verilmir.
Nigahın məhkəmə qaydasında pozulması
Nigahın pozulması yalnız bəzi hallarda müvafiq icra hakimiyyəti orqanında, yəni qeydiyyat şöbəsində həyata keçirilə bilər. Əgər qanunda nəzərdə tutulan şərtlər mövcuddursa, nikah mütləq məhkəmə qaydasında pozulur.
Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya tərəflərdən biri nikahın pozulmasına razı olmadıqda, bu məsələ yalnız məhkəmənin qərarı ilə həll edilir.
Həmçinin ər-arvad nikahı qarşılıqlı razılıqla pozmağa razı olsa belə, onlardan biri qeydiyyat orqanına gəlməkdən yayındıqda və ya ərizə verməkdən imtina etdikdə də nigahın pozulması məhkəmə yolu ilə aparılır. Lakin boşanma üçün məhkəməyə müraciət etməzdən əvvəl mütləq mediasiya təşkilatına müraciət edilməli, əgər mübahisəyə dair mediasiya təşkilatındada razılıq əldə edilməzsə, məhkəməyə müraciət edilməlidir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq boşanma üçün mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən, tərəflərdən biri nigahın pozulmasına razı olmadıqda, məhkəmə nigahın saxlanmasının və birgə ailə həyatının mümkün olub-olmadığını araşdırır. Əgər birgə yaşama və ailəni qoruma imkanı qalmayıbsa, məhkəmə nigahı pozur. Lakin məhkəmə barışıq üçün tərəflərə 3 aya qədər möhlət verə bilər. Bu müddətdə barışıq baş tutmazsa və tərəflərdən biri yenə nigahın pozulmasında təkid edərsə, məhkəmə nigahı mütləq şəkildə pozur.
Nikah yalnız qanunla müəyyən olunmuş şərtlər daxilində bağlandıqda hüquqi qüvvəyə malik olur. Əgər bu şərtlər pozularsa və ya nikah ailə həyatı qurmaq niyyəti olmadan yalnız formal məqsədlərlə bağlanarsa, həmin nikah etibarsız (saxta nikah) hesab olunur. Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah nikah yaşı, nikaha mane olan hallar və tibbi müayinəyə dair tələblər pozularaq bağlanıbsa, həmçinin tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan saxta nikaha daxil olubsa, bu nikah etibarsız sayılır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla nikahın etibarsız hesab edilməsi üçün mediasiya və məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Etibarsız nikah onun bağlandığı gündən etibarsız hesab olunur, yəni əvvəldən hüquqi qüvvəsi olmamış kimi qiymətləndirilir.
Nikahın etibarsız sayılmasını tələb etmək hüququ yalnız müəyyən şəxslərə aiddir.
Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən, əgər nikah yetkinlik yaşına çatmayan şəxslə bağlanıbsa, həmin yetkinlik yaşına çatmayan ər və ya arvad, onların valideynləri və ya onları əvəz edən şəxslər, həmçinin müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) bu nikahın etibarsız sayılmasını tələb edə bilər.
Əgər nikah bağlandıqdan sonra yetkinlik yaşına çatmış şəxs varsa, yalnız həmin şəxs özü bu hüquqa malikdir. Nikah könüllü razılıq olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya tərəf nikah bağlanarkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmədiyi halda qurulubsa, hüquqları pozulan tərəf məhkəməyə müraciət edə bilər.
Əgər nikahın bağlanmasına qanuna görə mane olan hallar barədə məlumatı olmayan şəxs varsa, həmin şəxs də bu hüquqa malikdir. Bundan başqa, əvvəlki nikahı pozulmamış ər və ya arvad, 12-ci maddədə göstərilən tələblər pozulduqda hüquqları zərər çəkmiş digər şəxslər, müvafiq icra hakimiyyəti, saxta nikah bağlandığını bilməyən tərəf və ya ağır xəstəliyi gizlədilmiş ər və ya arvad da nigahın etibarsız sayılmasını tələb edə bilər.
Məhkəmə nikah yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslə bağlanmış nikah işlərinə baxarkən mütləq müvafiq icra hakimiyyətini də (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) prosesə cəlb edir.
Bəzi hallarda nikahı etibarsız edən səbəblər sonradan aradan qalxa bilər. Ailə Məcəlləsinin 27-ci maddəsinə əsasən, əgər nikahın etibarsız sayılmasına səbəb olan hallar məhkəməyə müraciət olunmadan və ya işə baxılanadək aradan qalxarsa, məsələn, nikah bağlanarkən yetkinlik yaşına çatmayan şəxs bu müddətdə yetkinlik yaşına çatar və nikahı davam etdirmək istəsə, məhkəmə nikahı həmin vaxtdan etibarlı hesab edə bilər.
Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmə işinə baxılana qədər faktiki olaraq ailə həyatı qurublarsa, bu nikah artıq saxta hesab edilə bilməz. Lakin qanunla qadağan olunmuş qohumluq halları mövcuddursa və ya nikah bağlanarkən tərəflərdən birinin başqa şəxslə mövcud nikahı varsa, bu nikah heç bir halda etibarlı sayıla bilməz.
Nəticə olaraq, əgər nikah etibarsız sayılarsa, o, bağlandığı gündən hüquqi nəticələr doğurmur və sanki heç vaxt mövcud olmayıb kimi qəbul edilir. Lakin yaxşı niyyətlə ailə həyatı qurmaq istəyən tərəfin, xüsusilə də uşaqların hüquqları qanunla qorunur.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi və məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Nikahın etibarsız hesab edilməsinin nəticələri
Nikah məhkəmə qaydasında etibarsız hesab edildikdə, onun hüquqi nəticələri adi nikahdan fərqli olur. Ailə Məcəlləsinin 28-ci maddəsinə əsasən, etibarsız sayılmış nikah əsasən ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Yəni belə nikah bağlanmış şəxslər rəsmi olaraq ər və arvad hesab olunmur, aliment, miras və digər ailə-hüquqi öhdəliklər yaranmır.
Lakin qanun bəzi istisna hallarda tərəflərin, xüsusilə də vicdanlı tərəfin hüquqlarını qoruyur.
Birgə yaşadıqları müddətdə əldə etdikləri əmlak adi nikahdakı kimi birgə mülkiyyət hesab edilmir. Ailə Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, belə hallarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət qaydaları tətbiq olunur. Yəni əmlak tərəflərin faktiki töhfəsinə görə bölünür.
Niah əsasında bağlanmış müqavilələr də etibarsız hesab olunur. Ailə Məcəlləsinin 28.3-cü maddəsinə görə, etibarsız nikahla bağlı bağlanmış nikah müqaviləsi qüvvədən düşür.
Vacib məqam odur ki, nikahın etibarsız sayılması uşaqların hüquqlarına təsir etmir. Ailə Məcəlləsinin 28.4-cü maddəsinə əsasən, belə nikahdan doğulan və ya nigah etibarsız sayıldığı gündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqları tam qorunur və onlar nikahda doğulan uşaqlar kimi qanunla eyni statusa malikdirlər.
Məhkəmə həmçinin vicdanlı tərəfin hüquqlarını müdafiə edə bilər. Ailə Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, əgər nikah bağlanarkən hüquqları pozulmuş ər və ya arvad olubsa, məhkəmə digər tərəfdən onun saxlanması üçün aliment təyin edə bilər. Həmçinin birgə əldə olunan əmlakın bölgüsündə bəzi hallarda nikah dövründəki qaydaları tətbiq edə və nigah müqaviləsini tam və ya qismən etibarlı hesab edə bilər.
Nikah etibarsız sayıldıqda tərəflərdən biri digərinə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. Bu məsələ mülki qanunvericiliyə uyğun həll edilir (Ailə Məcəlləsinin 28.6-cı maddəsi).
Bundan başqa, Ailə Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, nikah qeydə alınarkən dəyişdirilmiş soyad saxlanıla bilər. Yəni tərəf istəsə, nikah zamanı aldığı soyadı saxlaya bilər.
Nəticə olaraq, etibarsız sayılan nikah hüquqi cəhətdən mövcud olmamış kimi qəbul olunur. Amma uşaqların və vicdanlı tərəfin hüquqları qanunla qorunur, vurulan ziyanın ödənilməsi, aliment və bəzi hallarda əmlak bölgüsü təmin edilir. Bu qaydalar vətəndaşları saxta və qanunsuz nikahlardan qorumağa, eyni zamanda, hüquqları pozulan şəxslərə ədalətli müdafiə verməyə yönəlib.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla nikahın etibarsız hesab edilməsi üçün məhkəmə üçün ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
Nigah yaşı
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş olaraq müəyyən edilib.
Nigah üçün qan analizi asan xidmət
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın verilməsi üçün nikaha daxil olmaq istəyən şəxslər özü iştirak etməlidir. Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində 14 iş günü ərzində həyata keçirilir. 1 nəfər üçün arayışın verilməsi – 20 manat təşkil edir. Arayış vətəndaşın özünə şəxsən təqdim edilir. Arayış qan analizlərinin cavabları hazır olan gündən 1 ay ərzində etibarlıdır.
Nikah hüququ
Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
Ər-arvadın hüquq və vəzifələri yalnız nikahın dövlət qeydiyyatına alındığı gündən yaranır. Əgər müvafiq icra hakimiyyəti (Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi) nikahın qeydiyyatından imtina edərsə, nikaha daxil olmaq istəyən şəxslər bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, nikahın bağlanması üçün üç əsas şərt mövcuddur:
- Nikaha daxil olmaq istəyən şəxslərin yazılı razılığı,
- Onların nikah yaşına çatması,
- Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq tibbi müayinədən keçməsi.
Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər AR Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə, tibbi-genetik, psixoloji və ailənin planlaşdırılması ilə bağlı məsləhətlər dövlət və ya bələdiyyə tibb müəssisələrində dövlət vəsaiti və ya icbari tibbi sığorta hesabına həyata keçirilir.
Nikaha daxil olan şəxslərə tibbi müayinədən keçdiklərini təsdiq edən elektron arayış verilir. Bu arayış yalnız müayinənin keçirildiyini təsdiqləyir, lakin nəticələri əks etdirmir və nəticələr həkim sirri hesab olunur.
Əgər nikaha daxil olan tərəflərdən biri özündə dəri-zöhrəvi xəstəlikləri və ya İİV infeksiyasını (AİDS) gizlədirsə, digər tərəf nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq mediasiya üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Boşanma ərizəi necə yazılır?
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq boşanma ilə bağlı mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Ailə məcəlləsi boşanma
Nigaha xitam verilməsi, yəni boşanma, yalnız qanunda nəzərdə tutulan əsaslarla həyata keçirilə bilər. Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən, nikah aşağıdakı hallarda xitam olunur:
- Ər və ya arvad vəfat etdikdə və ya məhkəmə qaydasında ölmüş elan edildikdə nigah avtomatik olaraq xitam edilir.
- Ərin, arvadın və ya hər ikisinin qarşılıqlı ərizəsi əsasında, həmçinin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan elan edilmiş şəxsin qəyyumunun müraciəti ilə nikaha xitam verilə bilər.
Ailə Məcəlləsinin 15-ci maddəsinə görə, ər arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il ərzində arvadın razılığı olmadan boşanma barədə iddia qaldıra bilməz. Bu, qadının və yeni doğulmuş uşağın maraqlarını qorumaq məqsədi daşıyır.
Nigaha xitam verilməsi həm müvafiq icra hakimiyyəti orqanında (yəni qeydiyyat şöbəsində), həm də məhkəmə qaydasında aparıla bilər. Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, hansı halda boşanmanın məhkəmə yolu ilə və ya qeydiyyat orqanında aparılacağı bu Məcəllənin 17–21-ci maddələrində göstərilən hallardan asılıdır.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq boşanma ilə bağlı mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən isə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa və hər iki tərəf boşanmağa razıdırsa, nikaha qeydiyyat şöbəsində xitam verilə bilər.
Bu hallarda nikaha xitam ərizə verildikdən 1 ay sonra qeydiyyat orqanı tərəfindən rəsmiləşdirilir və boşanma haqqında şəhadətnamə verilir. Nikahın pozulması haqqında şəhadətnamənin verilməsi üçün dövlət rüsumu 20 manat təşkil edir.
Lakin Ailə Məcəlləsinin 18-ci maddəsinə görə, əgər boşanma ilə əlaqədar əmlak bölgüsü, uşaqların kimlə qalması, aliment ödənilməsi və ya digər mübahisəli məsələlər yaranarsa, bu məsələlər mütləq məhkəmə tərəfindən həll edilir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq boşanma ilə bağlı mediasiya üçün ərizənizi pulsuz, məhkəmə üçün iddia ərizənizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
