Categories
Ərizələr

Hərbi xidmətdən yayınma cəzası

Əgər hərbi xidmətdən qəsdən boyun qaçırsanız, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərsiniz.

İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət:

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə gəlməməsinə görə – 100 manat məbləğində cərimə nəzərdə tutulur.

Çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda həqiqi HHX-ə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan  240 saatadək ictimai işlər tətbiq olunur.

Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti:

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə;

Eyni əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hərbi xidmətə çağırış yaş həddi

İlkin hərbi qeydiyyata alınma yaş həddi 15 yaşdır. Çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdırlar.

Əgər şəxs xidmətə yararlı olmadığını hesab edirsə, amma çağırışçıdırsa və hərbi xidmətə çağırılırsa, o zaman inzibati məhkəməyə iddia ərizəsi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək xəstəliyi ilə bağlı çağırışdan azad olunmasını məhkəmədən xahiş edə bilər.

Çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq məhkəməyə ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Hərbi xidmətdən yayınma

İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur. Buna görə inzibati məsuliyyət 16 yaşdan yaranır.

İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməsi inzibati məsuliyyətə səbəb olur. Həmin inzibati xətaya görə aşağıdakı inzibati tənbeh növlərindən biri tətbiq edilir:

300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur.

Həmin inzibati xətanı törədən şəxs onun barəsində məhkəmə qərar qəbul edənədək aidiyyəti orqana gəldikdə inzibati məsuliyyətdən azad olunur.

İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta işinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən baxılır.

Həmin Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta işinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən baxılır.

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.  

Vətəndaşlığı olmayan şəxslər və ya xarici vətəndaşlar (əcnəbilər) həmin cinayətə görə məsuliyyətə cəlb edilə bilməzlər.

Azərbaycan Respublikası vətəndaşı xaricdə yaşasa da, bu cinayətə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Hərbi xidmət keçməkdən boyun qaşırmaya görə cinayət məsuliyyəti o zaman yaranır ki, həmin cinayəti törədən şəxslər müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (https://www.seferberlik.gov.az/az) yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar.

Belə ki, hərbidən boyun qaçırmağa məsuliyyət yalnız Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamında göstərilən müddətdə üzrlü səbəb olmadan aidiyyəti orqana gəlmədiyi halda yaranır.

Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamı ilə müəyyən edilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməyin üzrlü səbəbləri çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında) və ya fövqəladə və ya digər qarşısı alına bilinməyən hallardır (bu zaman şəxsən gəlməməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə aiddiyyəti orqan təsdiq edilməlidir).

Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulan cinayətin (hərbi xidmət keçməkdən boyun qaçırma) istintaqı prokurorluq orqanları tərəfindən aparılır.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Hərbi xidmətdən yayınanlar

Hərbi xidmətdən yayınma həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.

İnzibati məsuliyyət yarandığı halda bu əməlin subyektləri çağırışçılar və hərbi vəzifəlilərdir.

Cinayət məsuliyyəti yarandığı halda Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti isə hərbiyə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən MHX və ya zabitlərin HHX-ə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır.

Əgər sizə hərbi xidmətə çağırışla bağlı rəsmi qaydada (sms bildiriş və ya kağız daşıyıcıda) məlumat verilməyibsə, o zaman siz inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməzsiniz. Əksinə sizə məlumat verilməməsi vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək üçün əsasə yaradır.

Hərbidən yayınma cəzası

Hərbidən yayınma həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.

Bu hal inzibati məsuliyyətə səbəb olduqda:

Buna görə 100 manat məbləğində cərimə tətbiq olunur.

HHX-ə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməyə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan  240 saatadək ictimai işlər tətbiq olunur.

Bu hal cinayət məsuliyyətinə səbəb olduqda:

Qanuni əsas olmadan hərbidən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Fərarilik nədir?

Fərarilik:

-yəni hərbi qulluqçunun  müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi),

-eləcə də başqa hərbi hissəyə dəyişdirilərkən, təyinat alarkən, ezamiyyətdən, məzuniyyətdən və ya müalicə müəssisəsindən qayıdarkən eyni məqsədlə hərbi hissəyə və ya xidmət yerinə gəlməməsi.

Fərarilik cinayəti o zaman başa çatmış hesab olunur ki, hərbi qulluqçu hərbidən boyun qaçırma məqsədilə hərbi hissənin mövqeyini və ya xidmət yerini özbaşına buraxıb getmiş olsun, yaxud 3 aydan artıq müddətdə xidmət yerinə qayıtmasın.

Əgər hərbi qulluqçu hərbidən boyun qaçırmaq məqsədilə hərbi hissəni (xidmət yerini) özbaşına buraxıb getmişsə, lakin əvvəlki niyyətindən imtina edərək hərbi hissəyə (xidmət yerinə) qayıtmışdırsa, bu hal cinayəti törətməkdən könüllü imtina kimi deyil, təqsirini boynuna almaqla könüllü gəlmə kimi qiymətləndirilməlidir.

Həqiqi hərbi xidmətə çağırışdan və səfərbərlik üzrə çağırışdan boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik cinayətlərində təqsirli bilinmiş şəxslərə cəza təyin edərkən məhkəmələr cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşdirilməsinə xüsusi diqqət yetirməlidirlər.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

321.1 maddə

Hərbi xidmət keçməkdən boyun qaçırma Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.

Bu cinayətin subyekti Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən MHX-ə və ya zabitlərin HHX-ə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır.

Bu cinayət tərkibi o halda yaranmış hesab olunur ki, həmin cinayəti törədən şəxslər MHHX-lərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar.

Habelə, hərbidən boyun qaçırmaya görə məsuliyyət yalnız Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamında göstərilən müddətdə üzrlü səbəb olmadan aidiyyəti orqana gəlmədiyi halda yaranır.

MHX-ə – Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin HHX-ə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar.

Hərbidən boyun qaçırmağa görə 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Bu əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə tətbiq edilir.

Fərarilik maddəsi

Cinayət Məcəlləsinin 334.1-ci maddəsinə əsasən fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

“Ağır şərait” dedikdə hərbi qulluqçunun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar başa düşülür.

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.

Hüquqi məsləhət

Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq nikahın etibarsız hesab edilməsi üçün ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir