Aliment ödənilmədikdə
Aliment qəsdən, təqsirli olaraq ödənilmədikdə inzibati və cinayət məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aliment ödəməli olan şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlmədiyi və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətdiyi, yalan məlumatlar verdiyi və s. hallar.
Şəxs üzrlü səbəbdən aliment ödəyə bilmirsə, bu o demək deyildir ki, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməlidir. Həmin maddə üzrə məsuliyyət üçün qanuni əsaslar olmalıdır.
Əgər həmin əsaslar varsa, icra məmuru şəxs barəsində, protokol tərtib edir və məhkəməyə göndərir. Məhkəmə də onun inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinə baxır, qərar verir.
Həmçinin aliment ödəməyən şəxsin borcu çox olduqda (məsələn, 1000-2000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Yekunda əgər bütün məcburi icra tədbirləri nəticəsiz qalarsa, aliment ödəməli olan şəxs barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat hazırlanıb, məhkəməyə göndərilir. Məhkəmə həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasları müəyyən etməklə aşağıdakı cəzalardan birini təyin edə bilər:
Cinayət Məcəlləsi 306.1 maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər: 2000 manatdan 4000 manatadək miqdarda cərimə; 320 saatdan dörd 480 saatadək ictimai işlər; 2 ilədək müddətə islah işlər; 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması; 3 ilədək müddətə azadlıqdan məhrumetmə.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Aliment ödənişi online
Ailə Məcəlləsinin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Aliment ödəyən şəxs alimenti nağd qaydada və ya onlayn qaydada ödəyə bilər. Bunun üçün adətən bankın mobil tətbiqindən istifadə etməklə kartdan/kart hesabından digər şəxsin bank hesabına köçürmə yolu ilə etməklə mümkündür.
Əgər alimentin artırılmasının və ya aazaldılmasını istəyirsinizsə, Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq ərizələrinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Alimentin ödənilmə müddəti
İlk növbədə boşanma və alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəlir. Aliment ödəməli olan şəxsə, yəni cavabdehə aliment ödənilməsi ilə bağlı icra sənədi üzrə icraata başlamaq barədə qərar göndərilir və 10 gün müddətində aliment ödənilməsinin könüllü ödənilməsinin təmin edilməsi bildirilir. Əgər cavabdeh alimenti könüllü şəkildə icra etməsə, icra məmuru tərəfindən məcburi icra tədbirləri görülür.
Əgər sadəcə alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edilibsə, qətnamə 10 iş günü müddətində hazır olur və 1 ay müddət keçəndən sonra ondan apellyasiya şikayəti verilməmişdirsə, icraya yönəlir. Aliment ödəməli olan şəxsə, yəni cavabdehə alimentin könüllü ödənilməsi ilə bağlı 10 gün müddət verilir. Həmin müddət ərzində aliment ödənilməsə, icra məmuru məcburi icra tədbirlərinə başlaya bilər. Aliment həmin müddətdən sonra qəsdən ödənilməsə cavabdeh inzibati və cinayət məsuliyyəti daşıya bilər.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
İnzibati məsuliyyət
Cavabdeh icra sənədi üzrə alimentin ödənilməsi tələbini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədikdə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirmədikdə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunur.
Bu halda o, 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, şəxsiyyəti nəzərə alınmaqla, barəsində 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Cinayət məsuliyyəti
Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh tərəfindən qərəzli olaraq icra edilmədikdə o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən icra məmurunun məhkəməyə təqdim etdiyi təqdimat əsasında cinayət məsuliyyətinə cəlb olunur.
Bu halda o, 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cəzadan sonra alimentin ödənilməsi
Aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu alimenti ödəmək öhdəliyindən azad etmir. İnzibati yaxud cinayət məsuliyyətinə cəlb edilmiş şəxs cəzasını çəkib bitirdikdən sonra, alimentin ödənilməsini davam etdirməlidir. İnzibati tənbeh və ya cəza təyin edilməsi aliment öhdəliyini aradan qaldırmır və aliment hər bir halda ödənilməlidir. Əks halda aliment ödəməli olan şəxs yenidən məsuliyyətə cəlb edilə bilər.
Alimenti vaxtında ödəməməyə görə məsuliyyət
Ailə Məcəlləsinin 108.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər.
Aliment ödənilmədikdə alimentin ödənilməsinin təmini üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ərizə və ya şikayətlə müraciət edə bilərsiniz. Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinetə daxil olaraq ərizə və ya şikayətinizi heç bir hüquqi biliyə sahib olmadan, cəmi 10 manat ödəməklə, sistem tərəfindən sizə verilən sualları cavablamaqla 3 dəqiqə ərzində özünüz hazırlaya bilərsiniz. Həmçinin şəxsi kabinetdə dəstək bölməsinə daxil olaraq istənilən vaxt ödənişsiz hüquqi məsləhət əldə edə bilərsiniz.
Alimentin gecikdirilməsinə görə dəbbə pulu
Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxs alimenti təqsirli olaraq (bilərəkdən) vaxtında ödəmədikdə aliment ödəməli olan şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
Erizem.az veb saytı vasitəsi ilə şəxsi kabinet yaradaraq sistem üzərindən verilən sualları cavablamaqla ərizələrinizi özünüz hazır edə, habelə hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün müraciət edə bilərsiniz.
